Dəniz məməlilərinin maraqlı yatma forması

Dəniz məməliləri tamamilə suda yaşamağa uyğun xüsusi bədən sistemlərinə sahibdirlər və bu sayədə heç yorulmadan kilometrlərlə məsafəni üzə bilir, suda və quruda olan hər şeyi eyni dəqiqlikdə görə bilirlər.

Balinalar və delfinlər "dəniz məməliləri" olaraq tanınan canlı qrupunu meydana gətirirlər. Bu canlılar məməli sinifinə daxildir, çünki eynilə qurudakı məməlilər kimi balalayır, əmizdirir, ağciyərlə nəfəs alır və bədənlərini isidirlər.

Həyatlarını suda keçirən dəniz məməliləri boğulmadan necə yatırlar?

Amerikadakı South Caroline Aquariumun administratoru Bruce Hecker və iş yoldaşları apardıqları tədqiqatlar nəticəsində bu sualın da cavabını tapmış və iki əsas yatma üsulunu ortaya qoymuşlar.

Dəniz məməliləri suyun içində üfüqi və ya şaquli formada, səssiz şəkildə istirahət edir və ya başqa bir heyvanın yanında yavaş-yavaş üzərkən yatırlar. Tək başlarına yaşayan delfinlər də daha çox gecələri dərin yuxuya gedirlər. Buna “kötükləşdirmə” deyilir, çünki bu halda olarkən delfin suyun səthində üzən bir kötüyə bənzəyir. Dəniz məməliləri eyni anda həm yatıb, həm də üzdükləri zaman kənardan mürgüləyən kimi görünürlər. Gənc balina və delfinlər anaları onları öz üzmə xətti içərisinə çəkərkən istirahət edir, yeyir və yatırlar. Bu zaman ana da hərəkət zamanı rahatlıqla yata bilir. Yetkin erkək delfinlər isə adətən cütlər halında gəzir və yatdıqlarında yan-yana üzürlər. Dişilər və gənclər daha geniş sürülər halında gəzirlər. Eyni sahədə istirahət edə bilir və ya bir-birinə yoldaşlıq edə biləcək heyvanlar üzmə əsnasında yatmaq üçün uyğunlaşa bilirlər.

Bu canlılar yatarkən beyinlərinin yarısı oyaq, tərs tərəfdəki gözləri isə açıq qalır. Beyinin digər yarısı zəif siqnal səviyyəsində oyaq qalır. Bu oyaq hissə ovçulara, əngəllərə və digər heyvanlara qarşı gözətçilik etmək üçün istifadə edilir. Eyni zamanda təzə hava üçün səthə nə vaxt çıxılacağının da siqnalını verir. Təxminən iki saatdan sonra, heyvan bu mərhələni tərsinə çevirəcək, beyinin aktiv hissəsini istirahət etdirəcək, qalan hissəsini oyandıracaq. Bu modelə “pişik yuxusu” deyilir. Delfinlər yalnız bir dəfə və bir neçə saatlıq adətən gecələr yatırlar. Gecənin irəliləyən saatlarında aktivdirlər və  böyük ehtimalla bu oyaq vaxtları dərinlərdəki balıqları və sprutları ovlamaqla keçirirlər.

Şübhəsiz ki, dəniz məməlilərinə bu sistemləri verən uca Allah’dır. Allah bu canlıları da həyatlarını davam etdirə bilmələri üçün ən uyğun xüsusiyyətlərlə yaratmışdır. Bizim üzərimizə düşən isə Rəbbimizə qəti şəkildə iman etmək, Onun varlığının yer üzündəki açıq-aşkar dəlillərini görə bilmək və bunlar üçün Allah’a şükr etməkdir. Bir ayədə Rəbbimiz belə buyurur: "Sizin yaradılışınızda və törədib-yaydığı canlılarda qəti inanan bir qövm üçün ayələr var..." (Casiyə surəsi, 4)