Embrion ananın immunitet sistemindən necə gizlənir?

Bətnin içi ananın bədəninə aid olsa da hələ doğulmamış körpə ananın bədəni üçün xarici bir maddədir.  Necə ki, orqan nəqli edilmiş xəstələr üçün kənar toxuma böyük bir təhlükədirsə, embrion da ananın immun (müdafiə) sistemi tərəfindən "xarici" olaraq tanınır və təhlükə ünsürü olaraq qəbul edilir. Çünki inkişaf etməkdə olan embrion genlərinin yarısını anasından, yarısını atasından alır və atadan gələn hər cür komponentin ananın bədənində "immunigen" olaraq qəbul edilməsi lazımdır. Başqa sözlə, bu vəziyyətin embrionu yox etmək üçün immun sistemini hərəkətə keçirməsi gözlənilir. Ancaq ananın immunitet sistemi öz içindəki orqanizmə yad olan toxumanı - embrionu rədd etmir, bədən embriona savaş açmır. Çünki ananın qanındakı immun sistemi işçilərinin körpənin qanına keçməsinə izn vermir. Bu səbəbdən, həmin işçilər körpəni xarici bir toxuma olaraq görüb, onu yox edə bilmirlər.

Ananın immun sisteminin körpəyə hücum edib onu yox etməməsi çox heyrətamizdir. İnkişaf etməkdə olan embrion həqiqətən də ananın bədənində xarici bir maddə kimidir. Bədəndə patrul keşiyi çəkən immun hüceyrələri xarici maddələri yox etmək üçün hərəkətə keçməzdən əvvəl bunlarla "tanış olurlar". Hüceyrələr xarici maddələri tanımaq üçün MHC (major histocompatibility complex) deyilən molekulları hüceyrə pərdələrində istifadə edirlər. Embrion hüceyrələrində MHC molekullarına rast gəlinmədiyi üçün ananın immun hüceyrələri tərəfindən tanınmırlar. Lakin bu hüceyrələrdə MHC molekullarının heç olmaması təbii öldürücü hüceyrələrin anormallığı fərq etməsinə və bu hüceyrələri yox etməsinə yol aça bilər. Bunun üçün də embrion hüceyrələri "klassik olmayan" bir növ molekulu hüceyrə pərdələrində daşıyırlar: HLA G (insan lökosit immunigeni G)

Başqa sözlə, ananın immun (müdafiə)  sistemi embrionun HLA G-ni yad hesab etmir və təbii öldürücülər də onu görməzlikdən gəlirlər. Lakin yenə də bu tək başına kifayət deyil. Bu üsullardan başqa kimyəvi siqnallar da istifadə edilir. Plasenta kimyəvi siqnal verərək, ananın immun (müdafiə) sisteminə təsir edir. Məhz bu səbəbdən, ana hamiləlik dövründə infeksiyalara qarşı daha müdafiəsiz olur.

Şübhəsiz ki, embrionun ananın immun hüceyrələri tərəfindən düşmən olaraq tanınmayacaq bir sistemlə yaradılmış olması çox böyük bir möcüzədir. Əgər bu istisna bədənə girən başqa bir maddə üçün edilmiş olsaydı, bədənimiz təhlükələrlə qarşı-qarşıya olardı. Digər tərəfdən, əgər embrion üçün bu istisna sistem olmasaydı, canlı aləmin davamı mümkün olmazdı. "O Allah ki, yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir..." (Həşr surəsi, 24) ayəsiylə bildirildiyi kimi, hər incəlik Rəbbimizin yaratma sənətindəki qüsursuzluğu ortaya qoyur...