Gözdəki üstün xüsusiyyətlər

Bu sətirlərə baxdığınız anda gözünüzdən beyninizə saatda 500 km sürətlə bir elektrik cərəyanı irəliləməyə başlayır. Bu axın 600 min sinir arasından hər hansı birilə beyinə çatdırılır. Axın çatdırıldıqda, siz də qarşınızdakı sətirləri oxumağa başlayırsınız.

Göz 600 min sinirlə beynə bağlanır. Eyni anda 1.5 milyon mesaj alıb bunları nizamlayır və saatda 500 km-lik sürətlə beyinə göndərir. Tək bir nöqtəyə baxdıqda, əslində bir-birindən fərqli yüzlərlə detal görürsünüz. Göz bunların hamısından gələn mesajları ayırd edir, hamısını şərh edir və hər birini beyinə çatdırır. Əlinizdəki qəzet sizə yaxın olduğu halda, eyni anda arxa planda gördüyünüz mənzərə uzaqdır. Amma hər birini eyni dəqiqlikdə görürsünüz. Baxdığınız yerdəki tək bir nöqtə belə bulanıq deyil. Qarşınızdakı mənzərənin nə qədər çox detalı olursa olsun, o mənzərə içində hərəkət edən kiçik bir qarışqanın belə görüntüsü beyninizə mütləq çatır.

Heç bir kamera, heç bir televiziya bu dəqiqliyi təmin edə bilməmişdir. Heç bir texnologiya ilə gözlə təmin edilən mükəmməlliyi və görmə sürətini əldə etmək mümkün deyil. İnsan özünə doğuşdan verilmiş olan bu nemətdən məhrum qalsa, ətrafını təkrar görə bilmək üçün yenə bu qüsursuz sistemə ehtiyac duyacaq. Bu da ancaq Allah’ın diləməsiylədir.

İnsan üçün hələ ana bətnində kiçik bir embrion olarkən yaradılmış bu xüsusi nemət Müstəan olan, yəni Özünə hər an ehtiyac duyulan və Özündən hər an kömək gözlənilən Allah’ın bir nemətidir.

De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” (Mülk surəsi, 23)