KAİNATDAKI YARADILIŞ DƏLİLLƏRİ

KAİNATIN ÖLÇÜLƏ BİLMƏYƏN BÖYÜKLÜYÜ

Möhtəşəm böyüklükdəki kainatın sahib olduğu həssas tarazlıqlar bu qüsursuz nizamın Allah'ın üstün yaratması nəticəsində mövcud olduğunu sübut edir.

Elmi nailiyyətlərin bizə işarə etdiyi çox əhəmiyyətli bir məqam var. Kainatın möhtəşəm böyüklüyü! Kainatın böyüklüyü üzərində düşündükdə qarşımıza çox böyük rəqəmlər çıxır.

Bildiyimiz kimi, Yer planeti Günəş sisteminin bir parçasıdır. Bu sistem kainatın içindəki digər ulduzlara görə orta-kiçik ulduz olan Günəşin ətrafında dövr edənsəkkiz planetdən və onların əlli dörd peykindən meydana gəlir. Yer bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.

Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətmə ilə açıqlayaq: əgər diametri 12.200 km olan Yeri üzüm çəyirdəyi böyüklüyünə gətirsək, Günəş də bildiyimiz futbol topunun iki misli qədər böyüklükdə olan dairəvi bir kürə halına gələr. Amma əsl maraq doğuran şey aradakı məsafədir. Gerçəklərə uyğun bir model qurmağımız üçün çəyirdək böyüklüyündəki Yer ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etməliyik. Belə olan təqdirdə, Günəş sisteminin xaricində olan planetləri isə kilometrlərlə kənara daşımağımız lazım olacaq.

Ancaq bu qədər nəhəng bir ölçüyə sahib olan Günəş sistemi içində olduğu Samanyolu qalaktikası ilə müqayisədə olduqca kiçik ölçülərdədir. Çünki Samanyolu qalaktikasının içində Günəş kimi və çoxu ondan daha böyük olan təxminən 250 milyard ulduz var. Bu ulduzların içində Günəşə ən yaxın olanı Alfa Sentavradır. Əgər Alfa Sentavranı yuxarıda göstərdiyimizölçüyə, yəni Yerin üzüm çəyirdəyi böyüklüyündə olduğu və Günəş ilə Yerin arasının 280 metr olduğu ölçüyə yerləşdirsək, onu Günəşin 78 min kilometr uzağına qoymağımız lazım olacaq!

Modeli bir az da kiçildək. Yeri gözlə çətin görülən bir toz zərrəsi qədər edək. O zaman Günəş qoz böyüklüyündə olacaq və Yerin üç metr məsafəsində dayanacaq. Bu ölçü içində Alfa Sentavranı isə Günəşdən 640 kilometr uzağa qoymağımız lazımdır.

Samanyolu qalaktikasında məhz aralarında bu cür nəhəng məsafələr olan 250 milyard ulduz var. Bizim Günəşimiz də spiral şəklindəki bu qalaktikada yerləşir. Samanyolu qalaktikası da bütün kosmosu düşündükdə çox "kiçik" bir yer örtüyüdür. Fərziyyələrə görə kosmosda təxminən 300 milyarda qədər qalaktikalar var. Bu qalaktikaların arasındakı boşluqlar isə Günəşlə Alfa Sentavra arasındakı boşluğun milyonlarla misli qədərdir.

Corc Greenstein bu qarışıqlıq oyandıran böyüklüklə bağlı "The Symbiotic Universe" (Simbiyotik kainat) adlı kitabında belə yazır: "Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsalar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, kvazarlarda və digər göy cisimlərində davam edən təməl fiziki proseslərdə heç bir dəyişiklikbaş verməzdi. Uzaq bir nöqtədən baxdıqda, qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Tək fərq o olardı ki, gecə çəmənlikdə yerə uzanıb izlədiyim səmada daha çox ulduz görərdim. Lakin üzr istəyirəm, bəli, bir fərq də olardı: Bu mənzərəni seyr edən "mən" olmazdım... Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın vacib şərtidir." (Corc Greenstein, The Symbiotic Universe. s. 21) Greenstein bunun səbəbini də açıqlayır; kosmosdakı böyük boşluqlar bəzi fiziki dəyişikliklərin tam insan həyatına uyğun şəkildə olmasını da təmin edir. Həmçinin Yerin kosmos boşluğunda gəzişən nəhəng göy cisimləri ilə çarpışmasına mane olan faktor da kainatdakı göy cisimlərinin arasının bu cür böyük boşluqlarla dolu olmasıdır.

Kainatın bu böyüklüyünü və möhtəşəm nizamını qüsursuz bir tarazlıq içində yoxdan var edən aləmlərin Rəbbi olan Allah'dır. Kainatın böyüklüyü və sahib olduğu həssas tarazlıqlar Allah'ın üstün yaratma sənətinin açıq-aşkar dəlilləridir. Müasir elmin əldə etdiyi bu nəticə isə Quranda bundan 14 əsr əvvəl xəbər verilmiş olan bir həqiqətin təsdiqindən ibarətdir.

Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allah'dır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)! (Əraf surəsi, 54)

VAN ALLEN QURŞAQLARI

"Van Allen Qurşaqları" adlanan və dünyanın maqnetik sahəsindən qaynaqlanan bir təbəqə planetimizə gələn zərərli şüalara qarşı qalxan funksiyası yerinə yetirir. Günəşdən və digər ulduzlardan davamlı olaraq yayılan bu şüalar insanlar üçün öldürücü təsirə malikdir. Xüsusilə, Günəşdə tez-tez meydana gələn və "parlama" adı verilən enerji partlamaları, - "Van Allen Qurşaqları" olmasa, Yerdəki bütün həyatı yox edə bilər.

"Van Allen Qurşaqları"- nın həyati əhəmiyyətini dr. Hugh Ross belə izah edir:

Yer Günəş sistemindəki planetlər arasında ən yüksək sıxlığa malikdir. Bu böyük nikel-dəmir nüvəsi böyük bir maqnetik sahəyə malikdir. Bu maqnetik sahə Van Allen radiasiya qoruyucu təbəqəsini meydana gətirir. Bu təbəqə yer üzünü radiasiya borbardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat mümkün olmazdı.

Maqnetik sahəsi olan və qayalıq bölgələrdən ibarət olan digər yeganə planet Merkuridir. Lakin bu maqnetik sahənin gücü Yerdəkindən 100 dəfə azdır. Van-Allen radiasiya qoruyucu təbəqəsi sadəcə Yerdədir.

Ötən illərdə təsbit edilən bir partlamada ortaya çıxan enerjinin Xerosimaya atılana bənzər 100 milyard atom bombasına bərabər olduğu hesablanmışdır. Partlamadan 58 saat sonra kompasların əqrəblərində həddindən artıq hərəkətlilik müşahidə edilmiş, Yer atmosferinin 250 km hündürlüyündə istilik artaraq 2500°C-ə yüksəlmişdir. Qısacası, Yerin üzərindəonu əhatə edən və xarici təhlükələrə qarşı qoruyan mükəmməl sistem işləyir.

KAİNATIN GENİŞLƏNMƏ SÜRƏTİNDƏKİ MÖCÜZƏVİ ÖLÇÜ

Kainatın genişlənmə sürəti kainatın hal-hazırkı quruluşunun meydana gələ bilməsi üçün çox kritik bir ölçüdədir. Əgər genişlənmə sürəti dahayavaş olsaydı, bütün kainat hələ Günəş sistemi tam formalaşmadan təkrar içinə çökmüş olacaqdı. Əgər kainat daha sürətli genişlənsəydi, maddə, nə qalaktikaları, nə də ulduzları bir daha əsla meydana gətirə bilməyəcək şəkildə boşluqda dağılıb gedəcəkdi. Hər iki vəziyyət də canlı aləmin və bizlərin mövcud ola bilməməsi demək idi. Ancaq bunların heç biri reallaşmamış və kainatın genişlənmə sürətinin sahib olduğu çox həssas ölçü sayəsində indiki kainat ortaya çıxmışdır. Bəs bu tarazlıq nə qədər həssasdır?

Avstraliyadakı Adelaide Universitetinin məşhur riyazi fizika professoru Paul Davies bu sualı cavablandırmaq üçün uzun hesablamalar aparmış və inanılmaz bir nəticəyə çatmışdır. Daviesə görə, kainatın yaradıldığı böyük partlamanın ardınca reallaşan genişlənmə sürəti əgər milyard dəfə milyardda bir nisbətində (1/1018) belə fərqli olsaydı, kainat ortaya çıxa bilməzdi. Milyard dəfə milyardda bir ifadəsi rəqəmlə belə yazılır: "0,000000000000000001".

Yəni bu dərəcə astronomik kiçiklikdə bir fərqlilik belə kainatın mövcud ola bilməməsi demək idi. Bu səbəblə, Big Bang hər hansı bir partlama deyil, hər yönüylə çox yaxşı hesablanmış və təşkil edilmiş bir yaradılışdır.

GÖY CİSİMLƏRİNİN ARALARINDAKI MƏSAFƏLƏR

Yer planeti, bildiyimiz kimi, Günəş sisteminin bir parçasıdır. Günəş sistemi isə qüsursuz planın və mükəmməl tarazlıqların olduğu bir məkandır. Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətmə ilə açıqlayaq: Əgər diametri 12.200 km olan Yeri bir üzüm çəyirdəyi böyüklüyünə gətirsək, Günəş də bildiyimiz futbol topunun iki misli qədər böyüklükdə dairəvi bir kürə halına gələr. Əsl maraq doğuran şey aradakı məsafədir.

Gerçəklərə uyğun bir model qurmağımız üçün üzüm çəyirdəyi böyüklüyündəki Yer ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etməliyik. Günəş sisteminin xaricində olan planetləri isə kilometrlərlə kənara daşımağımız lazım olacaq.

Göy cisimlərinin kosmosdakı genişlənməsi və aralarındakı bu nəhəng boşluqlar Yerdə canlı həyatın mövcud ola bilməsi üçün zəruridir. Göy cisimləri arasındakı məsafələr Yerdəki həyatı dəstəkləyəcək şəkildə bir çox universal güclə münasib bir uyğunluq təşkil edir.Bu məsafələr planetlərin orbitlərinə, hətta varlıqlarına təsir edir. Bu məsafələr indiki ölçüdən daha az olsaydı, ulduzlar arası cazibə qüvvəsi planetlərin orbitlərini möhkəm olmayan və qeyri-sabit hala gətirəcəkdi. Bu isə planetlərdə çox yüksək hərarət dəyişikliyinə gətirib çıxaracaqdı. Əgər boşluqlar bir az daha çox olsaydı, supernovalarla kosmosa atılan ağır elementlərin yayılması çox seyrək olacaq və Yer kimi dağlıq planetlər meydana gələ bilməyəcəkdi.

Ulduzlar arasında hal-hazırda mövcud olan boşluqlar Yer kimi bir planet sisteminin mövcud ola bilməsi üçün ən ideal məsafəyə malikdir.

ATOMDA GİZLƏNƏN BÖYÜK GÜC

Allah sonsuz qüdrəti ilə kainatın ən güclü qüvvəsini kainatın ən kiçik hissəsi olan atomların içinə sığdırmışdır. Bu vəziyyət Allah'ın yaratma sənətinin ən böyük dəlillərindən biridir. 19-cu əsrin birinci yarısından indiyə qədər yüzlərlə alimin atomun sirrlərini ortaya çıxara bilmək üçün gecə gündüz çalışmaları nəticəsində atomun forması, hərəkəti, quruluşu kimi müxtəlif xüsusiyyətlərini aşkar edən bu çalışmalar maddəni əzəli və əbədi bir varlıq olaraq qəbul edən klassik fizikanı kökündən sarsıtdı və müasir fizikanın əsasını qoydu.

Çox kiçik olan bu hissəciklər öz içlərində mükəmməl bir quruluşa sahibdirlər. Ancaq atomdakı möcüzəvi xüsusiyyətlər bununla da məhdudlaşmır. Atom eyni zamanda içində çox böyük bir enerjini də saxlayır.

Nüvədəki gizli güc

Atom nüvəsinin içində protonları və neytronları bir-birinə bağlayan çox güclü bir qüvvə mövcuddur. Bu qüvvəyə "Güclü nüvə qüvvəsi" deyilir. Nüvə enerjisi nüvədəki bu qüvvənin sərbəst buraxılması ilə ortaya çıxır. Bu qüvvəyə bir müdaxilə edilmədiyi zaman heç kimə bir zərəri yoxdur, amma həmçinin insan müdaxiləsi ilə milyonları öldürən bir güc halına gələ bilir. Atomun nüvəsindəki milyonlarla insanın həyatını təhlükəyə ata bilən bu fövqəladə qüvvəni "fision" (nüvə parçalanma) və "füzion" (nüvə birləşməsi) reaksiyaları ortaya çıxarır.

Atomun içində gizli olan bu güc elə böyükdür ki, insanlar bu enerjinin kəşfi ilə artıq okeanları birləşdirən nəhəng kanallar açır, dağları dəlir, süni iqlimlər yaradır və bunlar kimi bir çox faydalı işlər görə bilir. Amma bunu da ifadə etmək lazımdır ki, atomun içində gizli olan güc bir tərəfdən bu şəkildə insanlığa xidmət edərkən, digər tərəfdən də insanlıq üçün çox böyük bir təhlükə meydana gətirir. Belə ki, bu gücün yanlış məqsədlər üçün istifadə edilməsi ilə II Dünya Müharibəsi əsnasında Xerosima və Naqasakidə on minlərlə insan bir neçə saniyə kimi çox qısa bir müddət içində həyatlarını itirdilər. Yaxın keçmişdə də, Rusiyadakı Çernobil Nüvə Stansiyasında baş verən bir qəzaçox sayda insanın ölməsinə və şikəst qalmasına gətirib çıxarmışdı.

Bu qədər kiçik bir nüvənin içinə bu qədər böyük bir enerji sığdırılması heyrətamiz bir möcüzədir. Allah insanlara sonsuz gücünü, yaratdığı varlıqlarda göstərir, dilədiyi gücü dilədiyi yerdə yaradır. İnsanlara da sonsuz elmindən ancaq dilədiyi qədərini verir.

ELEKTRONLARIN ORBİTİ

Allah gördüyümüz və görə bilmədiyimiz hər yeri sonsuz bir sənətlə yaratmış və bizim xəbərimiz belə olmadığı halda, yaratdığı saysız-hesabsız nemətləri bizim əmrimizə vermişdir.

"Allah, həqiqətən özündən başqa ilah olmadığına şahidlik etdi; mələklər və elm sahibləri də Ondan başqa ilah olmadığına ədalətlə şahidlik etdilər. Ondan başqa İlah yoxdur, Qüdrətlidir, Müdrikdir." (Ali İmran surəsi, 18)

Atomu meydana gətirən hissəciklərin öz oxları ətrafında fövqəladə bir sürətlə hərəkət etmələrinə "spin" adı verilir. Kainatdakı bir çox sistemdə spin hərəkəti əhəmiyyətli bir rol oynayır. Atomun içindəki hissəciklərdən kosmosdakı ulduzlara qədər bütün sistemlər bu hərəkət üzərində qurulmuşdur. Hissəciklərin spin hərəkəti isə ilk dəfə 1925-ci ildə aşkarlanmış və bu hərəkət "Pauli Kənarlaşma Qanunu" olaraq xatırlanmağa başlanmışdır. Bu qanuna görə, iki bənzər hissəcik eyni vəziyyətə sahib ola bilməz, yəni qeyri-müəyyənlik qanununun təyin etdiyi sərhədlər daxilində həm eyni mövqedə, həm də eyni sürətdə ola bilməzlər. Bu qaydanı bu şəkildə açıqlaya bilərik: Bildiyiniz kimi, atom çox kiçik hissəcikdir və o kiçik hissəciyin içində də çox kompleks bir sistem var. Əgər bu sistemi meydana gətirən bir-birinə bənzər hissəciklər eyni sürətdə və eyni yöndə hərəkət etsəydilər nə olardı, bir düşünək:

Əvvəlcə protonu meydana gətirən 3 kvarkı yada salaq. 3 kvark eyni anda, eyni sürətdə və eyni istiqamətdə hərəkət etdikləri təqdirdə, artıq 3 kvark deyə bir şey qalmaz, hamısı da tək bir kvarka çevrilərlər. Belə bir vəziyyətdə də protonların meydana gəlməsi mümkün olmaz və nüvə, başqa sözlə, atom meydana gələ bilməzdi. Çünki kvark bir enerjidən ibarətdir və eyni istiqamətdə və eyni sürətdə hərəkət edən 3 ayrı enerjinin ola bilməsi mümkün deyil. Bunların hərhansı bir şəkildə bir-birlərindən ayrılmaları lazımdır. Bu ayırım da ancaq hərəkət fərqi iləyarana bilər. Ancaq bu şərtlə, kvarklar (enerji paketləri) neytronları və protonları meydana gətirə bilərlər. Əgər kvarkların hamısı eyni istiqamətdə və eyni sürətdə hərəkət etsəydilər, nə protonlar, nə neytronlar, nə də nüvə meydana gələ bilərdi. Nəticə olaraq, atomlar, molekullar olmadığına görə də maddə mövcud olmazdı.

İndi cavablandırılması vacib olan çox əhəmiyyətli bir sual var ki, bu sual bizi ən əvvələ aparır: Niyə bütün hissəciklər bu strategiyaya tabe olur, yəni itaət edirlər? Niyə tək bir hissəcik belə bu qaydaya etiraz etmir? Bütün bu hissəciklərin burada saydıqlarımızı tətbiq edə biləcək şüur, ağıl, iradə və zəkalarımı var? Əlbəttə ki, xeyr. Kütləsi belə olmayan, yalnız enerjidən ibarət olan bu hissəciklərin, heç şübhəsiz ki, nə özlərinə aid bir ağılları, nə də müstəqil bir iradələri ola bilər. Burada qarşımıza çıxan Allah'ın sonsuz ağılı, sonsuz gücü və sonsuz elmidir. Allah bütün bu hissəciklərə boyun əydirmiş və beləcə kainatı yaratmışdır. Allah bir ayədə bu həqiqəti bizə belə bildirir: "... Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir." (Bəqərə surəsi, 116)

QALAKTİKANIN ƏN KONFORTLU YERİ

"... O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir." (Nəhl srəsi, 12)

Samanyolu qalaktikası kainatdakı təxminən 300 milyard qalaktikadan yalnız biridir. 300 milyard qalaktika... Bir dəfəyə deyilə bilən bu rəqəmi bir düşünün... Əgər hər bir saniyədə bir qalaktika saysanız hamısını saymağınız təxminən 10.000 il davam edəcək. Bundan əlavə, 10.000 illik dövrdə tək bir saniyə olaraq sayacağınız qalaktikamızın içindəki ulduz sayı təxminən 200 milyarddır. Günəş isə bu ulduzlardan yalnız biridir.

Günəşin bütün xüsusiyyətləri dünyadakı həyat üçün nizamlanmışdır: Orta böyüklükdə bir ulduz olması; dünyaya uyğun məsafədə yerləşməsi; yaydığı işığın xüsusiyyətləri;tərkibindəki element nisbətinin bizim üçün uyğun olması və s. İstilik və işıq qaynağımız olan Günəşin bütün xüsusiyyətləri Allah'ın rəhməti ilə bizlər üçün nizamlanmış ölçüdədir. Kainatın yaradıcısı uca Allah bir Quran ayəsində belə bildirir:

"... O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir." (Nəhl surəsi, 12)

Qalaktikadakı bütün ulduzlar, Yerin Günəş ətrafında dövr etdiyi kimi, qalaktikanın mərkəzi ətrafında dövr edir. Bu mərkəz ətrafında dövr edən təxminən 300 milyard ulduzun hər birinin orbiti fərqlidir. Günəş və əlbəttə ki, onunla birlikdə biz də bu mərkəz ətrafında davamlı olaraq fırlanırıq. Günəşin bu mərkəz ətrafındakı tək bir dövrü tamamlamasının təxminən 230 milyon il davam etdiyi hesablanmışdır.

Qorunan Günəş

Günəşin orbitini araşdıran astronom Guillermo Gonzalez Günəşin qalaktikadakı təhlükəli bölgələrdən qorunduğunu aşkarladı. Gonzalez Günəşin bu xüsusi orbitinin altında onu digər ulduzlardan ayıran bəzi xüsusiyyətlərin olduğunu ifadə edir. Beləcə Günəşin mövqeyi qalaktikanın həyat üçün uyğun standartlarda olan çox nadir yerlərindən biri olaraq gözə dəyir.

Gonzalez bu baxımdan Günəş sisteminin "səciyyəvi qalaktik bölgə" olaraq təyin etdiyi bölgədə yerləşdiyinibildirir. Həmçinin əlavə edir: "Planetimizdəki bütün canlılar -ən sadə bakteriyadan ən kompleks quruluşda olan canlılara qədər hamısı- varlıqlarını bu faktorların bənzərsiz tarazlığına borcludur".

Gonzalezin təhlükələrinə diqqət çəkdiyi iki bölgə qalaktikamızın mərkəzi və qalaktikamızın xaricindəki spiral qollardır. (Bir çox qalaktika spiral şəklindədir. Bu qalaktikalardakı ulduzlar bir spiralı meydana gətirən xəttlərdəki kimi düzülürlər. Qollar isə qalaktikanın ən xaricindədir).

Buna görə əgər qalaktikanın mərkəzinə yaxın olsaydıq; Qalaktikanın mərkəzində Günəşdən tam 3 milyon dəfə ağır kütləyə sahib bir qara dəlik var. Bu qara dəlik möhtəşəm cazibə qüvvəsilə ətrafındakı bütün ulduzları udur. Alimlər bu böyüklükdə bir qara dəliyin Yeri udmasının yalnız bir saniyə davam edəcəyini ifadə edirlər.

Qalaktikanın mərkəzində bu çox təhlükəli cazibə qüvvəsi ilə yanaşı, bizim üçün çox zərərli olan radiasiya da yayılır. Bu radiasiya nəhəng ulduzları meydana gətirən maddənin qara dəliyin kütləsinə qarışarkən sıxıştırılıb həddindən artıq istiləşməsindən qaynaqlanır. )

Əgər bu bölgəyə yaxın olsaydıq; yüksək radiasiyadan yer üzündə həyat mümkün olmazdı. Qalaktikanın mərkəzindən yayılan zərərli qamma şüaları, X-şüaları və kosmik şüalar tək bir canlı hüceyrə belə buraxmazdı. Ancaq Günəş sistemimiz qalaktikanın mərkəzinə təxminən 28.000 işıq ili (266. 000. 000. 000. 000.000 km-iki yüz altmış altı katrilyon kilometr) uzaqlıqdadır və bütün bu zərərli təsirlərdən uzaqda və təhlükəsiz vəziyyətdədir.

Əgər qalaktikanın spiral qollarında olsaydıq; Günəş, qalaktikanın mərkəzindəki təhlükələrdən qorunduğu kimi qalaktikanın xarici çevrəsində yerləşən spiral qollardan da qorunur. Bu spiral qollar çox sayda ulduzun doğum yeridir. Burada fövqəladə böyüklükdə bir çox ulduz var. Bu ulduzlar kütlələri ilə qalaktikanın spiral qollarını sıx bir maqnetik sahəyə çevirir. Bu qollar xüsusilə Günəş sistemindəki kometalara təsir edərək Yer üçün təhlükə meydana gətirə bilərlər.

Günəş sistemində trilyonlarla kometa var. Bunlar sistemin xaricində yerləşir və bütün sistemi bir kürə kimi əhatə edirlər. Bu kometalar normal halda Günəşin ətrafındakı orbitdədirlər, ancaq Günəş xaricində bir kütlənin təsiri ilə orbitdən çıxa bilərlər.

Əgər Günəş sistemi qalaktikanın spiral qollarında olsaydı, bu qolların güclü cazibə qüvvəsi kometaları orbitlərindən asanlıqla atar, bu vəziyyətdə Yer kürəsi hər an kometaların borbardmanı altında qalardı.

Ancaq Gonzalezin bildirdiyinə görə, günəşin iki xüsusiyyəti bizi bu borbardmandan qoruyur. Birincisi Günəşin sürətidir. Günəşin sürəti spiral qolların sürətinə yaxındır. İkisi də qalaktika mərkəzində təxminən eyni sürətlə hərəkət edirlər. Beləcə Günəşlə spiral qolların orbitinin sıx kəsişməsinə mane olunur. Burada bizim yaşamağımız üçün çox xüsusi bir tarazlıq mövcuddur. Çünki Gonzalez ulduzların 95% - nin sürətinin spiral qollara uyğun olmadığını bildirir. Günəşdəki bu xüsusi sürət sayəsində spiral qolların təhlükəli maqnetik təsirlərindən qorunuruq.

Günəşin bizi spiral qollardan qoruyan ikinci möcüzəvi xüsusiyyəti orbitinin şəklidir. Günəş ulduzlar kimi ellips deyil, çevrə şəkilli bir orbitə malikdir. Gonzalez bu mövzuda bunları söyləyir:

"Əgər Günəşin qalaktika mərkəzi ətrafındakı orbiti daha az dairəvi olsaydı, Günəşin spiral qolların içindən keçmə ehtimalı yüksələrdi."

SUYUN HEYRƏTAMİZ XÜSUSİYYƏTLƏRİ

Suyun temperaturla bağlı (termal) xüsusiyyətləri dünyadakı canlı həyatın davamlılığında böyük rol oynayır. Bunlardan bir neçəsini belə sıralaya bilərik: Məlum olan bütün mayelər temperaturları azaldıqca sıxılır, həcm itirirlər. Həcm azalınca, sıxlıq artır və beləcə soyuq olan hissələr daha da ağırlaşır. Buna görə maye maddələrin bərk halları maye hallarına nisbətən daha ağırdır. Su isə bütün mayelərdən fərqli olaraq, müəyyən bir temperatura (+4°C) düşənə qədər sıxlır, daha sonra birdən-birə genişlənməyə başlayır. Donduğunda isə daha da genişlənir. Bu səbəblə, suyun bərk halı maye halından daha yüngüldür. Buz əslində "normal" fizika qanunlarına görə, suyun dibinə batmalı olmalı olduğu halda, su üstündə üzür.

Suyun bu xüsusiyyəti dünyadakı dənizlər üçün çox əhəmiyyətlidir. Bu xüsusiyyət olmasa, yəni buz suyun üzərində üzməsə, dünyadakı suyun çox böyük bir hissəsi tamamilə donacaq, göllərdə və dənizlərdə heç bir canlı qalmayacaqdı.

Buz əridikdə və ya su buxarlandıqda, istilik azalır. Bunun əksi reallaşdıqda isə xaricətemperatur verilir. Bu, "gizli temperatur" olaraq bilinən bir anlayışdır. Bütün mayelərin gizli temperaturları var. Ancaq suyun gizli temperaturu bilinən bütün mayelərin ən yüksəyi sayılır. Həmçinin suyun "termal həcmi", yəni suyun temperaturunu bir dərəcə artırmaq üçün lazım olan istilik miqdarı digər mayelərdə olan istilik miqdarından daha yüksəkdir.

ALOVDAKI DİZAYN

Canlılara enerji təmin edən ən fundamental reaksiya karbon və hidrogen birləşmələrinin oksidləşməsi, yəni yanmasıdır. Ancaq bu məqamda maraqlı bir sual yarana bilər: Bizim bədənimiz təməldə karbon və hidrogen birləşmələrindən meydana gəlir. Bəs necə olur ki, bədənimiz oksidləşmir? Ya da niyə bədənimiz bir anda kibrit dənəsi kimi alovlanıb yanmır?

Bədənimizin oksigenlə təmasda olduğu halda, yanmaması həqiqətən heyrətləndirici bir vəziyyətdir.

19-cu əsrdən bəri maraq doğuran bu sualın cavabı son yarım əsrdəki yeniliklər nəticəsində aydın olmuşdur. Biokimyəvi müşahidələr insan bədənindəki bəzi xüsusi fermentlərin yalnız oksigenin atmosferdə tapılan forması olan O2 ilə reaksiyaya girdiyini ortaya qoymuşdur. Hüceyrələrimizdəki bu xüsusi fermentlər, çox kompleks proseslər nəticəsində bədənimizdəki dəmir və mis atomlarını katalizor (sürətləndirici) olaraq istifadə edir və beləcə oksigeni reaktiv hala gətirirlər.

Yəni ortada çox maraqlı bir vəziyyət var: Oksigen yandırıcı bir elementdir və normal halda bizim bədənimizi də yandırmalıdır. Buna mane olmaq üçün oksigenin atmosferdəki forması olan O2 isə asanlıqla reaksiyaya girmir. Amma bədənimizin enerji əldə etməsi üçün də oksigenin yandırıcılığına ehtiyacı var. Onun üçün hüceyrələrimizin içinə bu sadə qazı reaktiv hala gətirən kompleks bir ferment sistemi yerləşdirilmişdir.


Həmçinin onu da bildirmək lazımdır ki, həmin ferment sistemi, canlı aləmin təsadüflərlə meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsinin əsla açıqlaya bilmədiyi bir dizayn möcüzəsidir. Bədənimizin qəfil alovlanmasına maneolmaq üçün alınmış başqa bir tədbir də var. Bu ingilis kimyaçısı Nevil Sidgwickin ifadəsi ilə "karbonun xarakteristik özəlliyi"dir. Başqa bir ifadə ilə desək, karbon atomu da normal temperaturda asanlıqla oksigenlə reaksiyaya girmir.

Kimyəvi dillə ifadə edilən bu xüsusiyyəti əslində hamımız gündəlik həyatda çox yaxından yaşamışıq. Soyuq havada odun və ya kömür yandırmağa çalışdıqda yaşadığımız çətinlik karbonun həmin "xarakteristik xüsusiyyətidir"dir. Odu alovlandıra bilmək üçün odunun və ya kömürün temperaturunu yüksəltməyimiz lazımdır. Amma od bir dəfə alovlandıqdan sonra da karbon sürətlə reaksiyaya girir və böyük bir enerji ortaya çıxır. Buna görə bir yanğını başlatmaq (kibrit və s. kimi xüsusi atəş qaynaqları olmadıqca) çox çətindir. Amma yanğın bir dəfə başladıqdan sonra da çox böyük bir istilik meydana gəlir və bu istilik ətrafdakı digər karbon birləşmələrini də alovlandırır.

Bu vəziyyət araşdırıldıqda, alovda çox təsir edici bir dizayn olduğu aşkarlanır. Oksigenin və karbonun kimyəvi xüsusiyyətləri elə nizamlanmışdır ki, bunlar yalnız çox yüksək temperaturda reaksiyaya girib atəş meydana gətirirlər. Əgər belə olmasaydı, Yer üzərində həyat qeyri-mümkün hala gələrdi. Əgər oksigenin və karbonun reaksiyaya girmə meyilləri bir az daha çox olsaydı, havanın temperaturu bir az artdıqda insanların, ağacların, heyvanların bir anda alovlanıb yanmaları normal olardı. Məsələn, çöldə yeriyən bir insan temperatur günorta vaxtıən yüksək dərəcəyə qalxdığı zaman bir anda alovlana bilərdi. Bitkilər və heyvanlar da eyni təhlükə ilə üzləşərdilər. Əlbəttə ki, belə bir dünyada həyatdan danışmaq bir az çətin olardı. Əgər oksigenin və karbonun xarakteristik xüsusiyyətləri daha çox olsaydı, bu dəfə də dünyadaod yandırmaq çox çətin, bəlkə də qeyri-mümkün hala gələrdi. Odun olmadığı bir mühitdə isə insanların isinməsi və texnologiya inkişaf etdirməsi mümkün ola bilməzdi. Çünki məlum olduğu kimi, texnologiya metallara əsaslanır və metallar da ancaq çox yüksək temperaturda yumşalıb formaya salına bilirlər.

Qısacası, karbon da, oksigen də bizim həyatımız üüçün ən uyğun şəkildə yaradılmışdır. Bu iki elementin xüsusiyyətləri bizə atəş yandıra bilmək və bu atəşi ən uyğun şəkildə istifadə etmək imkanı verir. Bundan əlavə, dünyanın hər tərəfi çox bol miqdarda karbon tərkibli, başqa sözlə, atəş yandırmaq üçün asanlıqla istifadə edə bildiyimiz ağaclarla doludur. Bütün bunların insan həyatına ən uyğun şəkildə yaradıldığı görünür. Belə ki, Allah, insanlara Quranda belə buyurur: "O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız". (Yasin surəsi, 80)

DÜNYANI QORUYAN YENİ QALXAN: KOSMOS FIRTINALARI QALXANI

Kosmosda aparılan tədqiqatlar Yerin və kainatın yoxdan var edildiyini sübut edən yeni elmi kəşfləri ortaya çıxarır. Yaxın vaxtlarda NASA-ın kosmik gəmisinin fəaliyyətləri nəticəsində Yerin ətrafındakı atmosferin qoruyucu qalxan xüsusiyyətinə sahib olduğu kəşf edildi. Həmçinin atmosferin dövr edən bir sistemə sahib olduğu da bu fəaliyyətlər nəticəsində sübut edildi.

Elmi tədqiqatlar atmosferimizin xaricində kosmos fırtınalarının yaratdığı enerjini istilik qalxanı kimi həmin qoruyucu sahənin mövcud olduğunu ortaya qoymuşdur. Planetimizi əhatəyə alan bu qalxan təbəqə elektrik yüklü qaz və ya plazma buludu meydana gətirib yer üzündə həyatı qeyri-mümkün hala gətirəcək kosmos fırtınası enerjisinin atmosferin daha alt təbəqələrinə çatmasına maneolur və bunun sayəsində Yerdəki həyatın davam etməsi üçün həyati önəmə sahib olan bir vəzifəni yerinə yetirir.

Elektrik yüklü plazma buludu o qədər istidir ki, bu buludu meydana gətirən dənəciklər istilik yayaraq bəzən orta və üst orbitlərdəki peyklərin işlərinə mane olurlar. Bu günə qədər kosmos fırtınalarının meydana gətirdiyi enerji dənəciklərinin Günəşin meydana gətirdiyi küləklər tərəfindən tutulduğu zənn edilirdi. Ancaq bu fərziyyənin əksinə, NASA-ın "Image" adlı kosmik gəmisinin fəaliyyətləri nəticəsində ortaya qoyulan bu yeni kəşf atmosferin üst təbəqələrindən biri olan ionosferin kosmos fırtınalarına aktiv olaraq təsir etdiyini qəti olaraq ortaya çıxardı.

Yer kürəsi çox həssas tarazlıqlara bağlı bu möcüzəvi vəziyyət sayəsində kosmos fırtınalarından qorunur. Bu xüsusi qoruma sistemi, əlbəttə ki, öz özünə meydana gəlməmişdir. Kainatdakı mükəmməl nizam Rəbbimizin qüsursuz yaratması ilə meydana gəlmişdir.

Fırtına qalxanı sayəsində zərərlərindən qorunduğumuz başqa bir təhlükə də günəş küləkləridir. Saniyədə təxminən 400 kilometr sürətlə əsən günəş küləkləri Yerin maqnetik sahəsindən sürətlə keçib irəliləyən elektrik yüklü hissəciklərdən meydana gəlir. Bu səfər boyu milyonlarla amper gücündə elektrik cərəyanı ortaya çıxır. Bu elektrik cərəyanı da dünyanın gözlə görülə bilməyən maqnetik sahə xəttlərinə doğru axır və xüsusilə qütb bölgələrində trilyonlarla vatlıq enerjini nasosla atmosferə vurur. Yerin fırtına qalxanı olmasaydı, bu çox böyük elektrik cərəyanından gələn istilik Yerdəki həyatı qeyri-mümkün hala gətirəcəkdi. Yerdə maqnetik sahə mövcud olduğuna görə günəş küləklərinin atmosferimizə dəyməsi və zamanla meydana gələcək aşınmaların qarşısı alınır.

Hər şeydən xəbərdar olan Rəbbimizin yaratdığı bənzərsiz sistem sayəsində günəş küləkləri maqnitosferlə toqquşur və planetimizi əhatə edirlər. Bu partlamalar Günəşdəki partlamalarla birlikdə daha böyük bir sürətə və sıxlığa çatır, ardınca kosmos fırtınalarının da bu partlamaya əlavə olunmasıyla toqquşmanın şiddəti daha böyük həddə çatır. Bütün bu sıx fırtına borbardmanına məruz qalan Yer kürəsi Allah'ın üstün yaratmasının dəlillərindən olan bu qalxan sayəsində qorunur.

SƏMA QORUNAN BİR TAVANDIR

Səmanı seyr edən insanların bir çoxunun ağlına atmosferin qoruyucu xüsusiyyəti gəlməyə bilər, ancaq atmosferimiz sanki Yeri qorumaq üçün mübarizə aparan şüurlu bir varlıq kimi hərəkət edir. Bütün elmi təcrübələr Yerdəki həyatın atmosferin bu xüsusiyyəti ilə qorunduğunu sübut edir. Bu da Allah'ın qüsursuz yaratması ilə atmosferi xidmətimizə verdiyini bizə sübut edir.

Burada diqqəti çəkən çox vacib bir mövzu da Allah'ın atmosferdə yaratdığı bu mükəmməl sistemi Quran-i kərimdə bildirmiş olmasıdır. 21-ci əsr elminin yeni təsbit etdiyi atmosferin qoruyucu bir qalxan meydana gətirməsi bir Quran ayəsində belə bildirilir: "Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər." (Ənbiya surəsi, 32)

Atmosferin Quranda bildirilən başqa bir əhəmiyyətli xüsusiyyəti də dövr edici bir sistemə sahib olmasıdır. Atmosferin ən xaricindəki iki təbəqəsi ionosfer və maqnitosferdir. İonosfer yer üzündən gələn radio dalğalarını yer üzünə geri əks etdirərək dalğaların uzaq məsafələrdən də qəbul edilməsini təmin edir. Maqnitosfer isə Günəşdən və digər ulduzlardan yayılan zərərli radioaktiv hissəcikləri yer üzünə çatmadan kosmosa geri göndərir.

Bütün bunlar atmosferdə xüsusi bir dövretmə sistemi olduğunu göstərir.

Yer kürəsində canlı aləmin davamı üçün ən uyğun mühitin hazırlanmış olması Allah'ın qüsursuz və möhtəşəm yaratmasının dəlillərindəndir.

Allah Quranda bütün yaratdıqlarının sahibi olduğunu və hər şeyin Ona təslim olduğunu bildirmişdir. Bəqərə surəsindəki ayələrdə Rəbbimiz belə buyurur:

"... göylərdə və yerdə nə varsa Onundur, hamısını Ona təslim olmuşdur. Göyləri və yeri yaradandır. O, bir işin olmasına qərar versə, ona sadəcə "Ol" deyər, o da dərhal olar." (Bəqərə surəsi, 116-117)

YERİN YARADILIŞINDAKI MÜKƏMMƏL TARAZLIQ

Yerin "qorunmuş tavan"ını meydana gətirən maqnetik sahənin mövcud olması üçün Ayın və qonşu planetlərin böyüklükləri və Yerə olan uzaqlıqları da vacibdir. Qonşu planetlərdən birinin indikindən böyük olması o planetə böyük bir cazibə qüvvəsi qazandıracaqdı. Qonşu planetin sahib olacağı bu böyük cazibə qüvvəsi Yerin nüvəsindəki bərk və maye hissələrdəki hərəkət sürətini dəyişdirəcək, bugünki şəkildə bir maqnetik sahənin meydana gəlməsinə mane olacaqdı. "Yer Günəş ətrafında fırlanarkən elə bir orbit çəkir ki, hər 18 mildə bir xəttdən ancaq 2.8 mm ayrılır. Dünyanın çəkdiyi bu orbit əsla əyilmə səmtini dəyişmir. Çünki orbitdən 3 mm-lik bir yayınma belə böyük fəlakətlər doğurardı: əyilmə səmti 2.8 mm yerinə 2.5 mm olsaydı orbit çox geniş olardı və hamımız donardıq, əgər 3.1 mm olsaydı hamımız qovrularaq ölərdik." (Elm və Texniki Jurnalı, İyul 1983)

Kainatdakı cisimlərin sürətini da hesaba qatdığımızda, bütün məlumatlar daha da komplektləşir. Məsələn, Dünya saatda 1.670 km sürətlə öz oxu ətrafında fırlanır. Bu gün insanlar tərəfindən istehsal edilən ən sürətli güllənin saatda orta hesabla 1.800 km sürətə sahib olduğu nəzərə alınsa, dünyanın nəhəng ölçülərinə baxmayaraq, sürətinin necə böyük olduğu aydın olar.

Kainatda hərəkətdə olan bütün cisimlərin sürəti də nəzərə alındıqda əldə olunan nəticə daha mürəkkəbləşir. Məsələn, planetimiz öz oxu ətrafında saatda 1670 km sürətlə hərəkət edir. Müasir dövrdə istehsal edilən ən sürətli güllənin saatda təxminən 1800 km-lik sürətə malik olduğunu nəzərə alsaq, yer kürəsinin nəhəngliyinə baxmayaraq olduqca böyük sürətlə hərəkət etdiyini anlayarıq.

Dünyanın Günəş ətrafındakı sürəti isə güllənin sürətindən təxminən 60 dəfə çoxdur: saatda 108.000 km. Bu sürətlə hərəkət edə bilən bir vasitə yaradıla bilsəydi, bu vasitə Yerin ətrafında 22 dəqiqədə dövr edə bilərdi. Yerin oxu orbitinə 23 dərəcəlik bir bucaq altında əyilir. Mövsümlər bu əyilmə sayəsində meydana gəlir. Bu əyilmə indiki ölçüsündən daha çox, ya da daha az olsaydı, mövsümlər arasındakı istilik fərqi həddindən artıq böyük ölçülərə çatacağından yer üzündə dözülməz istilikdə yaylar və soyuq qışlar yaşanardı.

Bütün bu məlumatlar bizə göstərir ki, ətrafımızda çox həssas və "həyat üçün lazımlı" tarazlıqlardan ibarət olan mükəmməl sistemlər mövcuddur. Bütün bu sistemləri yaradaraq insanın xidmətinə verən də aləmlərin Rəbbi olan Allah'dır. Allah'ın bu qüsursuz yaratması Quranda belə xəbər verilir: "Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən mərhəmətli Allah'ın yaratmasında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə dönəcəkdir" (Mülk surəsi, 3-4)