İNSANDAKI YARADILIŞ DƏLİLLƏRİ

İNSANIN YARADILIŞI

İnsan həyatı boyu sahib olduğu bədənlə görür, eşidir, nəfəs alır, yeriyir, qaçır və zövq alır. İnsan bədənini təşkil edən sümüklər, əzələlər, damarlar, daxili orqanlar mükəmməl nizama malikdir. Bu nizam araşdırıldıqda isə daha da təəccüblü həqiqətlərlə qarşılaşılır. Bir-birindən fərqli kimi görünən bu bədən hissələrinin hamısı eyni materialdan yaranır. Bu material hüceyrədir. Hüceyrə bir orqanın, məsələn sümüyün ən kiçik hissəsidir. Bir hüceyrə o qədər kiçikdir ki, bir milyon hüceyrə bir yerə gəlsə ancaq bir iynə ucu qədər yeri örtə bilərlər.

İnsan bədənini meydana gətirən 60-70 kiloluq ət və sümük kütləsinin özü insanın doğumundan 9 ay 10 gün əvvəl tək bir hüceyrədə toplanmışdır. Bu hüceyrə anadan gələn yumurta hüceyrəsi ilə atadan gələn sperma hüceyrəsinin ananın bədənində birləşməsi ilə meydana gəlir.

Hədəfə yönəlmiş qüsursuz ordu

Sperm və yumurta hüceyrələrinin ana bətnində birləşməsi, yəni anadakı bir yumurtanın döllənməsi üçün hər dəfə təxminən 300 milyonluq bir sperma ordusu atanın bədənində hazır hala gətirilir. Bu rəqəmin bu qədər yüksək olmasının səbəbi yumurtanın döllənməsinə mane olacaq hər hansı bir vəziyyəti aradan qaldırması ilə bağlıdır.

Döllənmə prosesində kişinin bədənindən tökülən spermalarla müxtəlif vəzilərdən ifraz olunan mayelərin meydana gətirdiyi bir qarışıq iştirak edir. Sperma deyilən bu sekresiyalar və sperma qarışığında yalnız spermaların dölləndirmə qabiliyyəti var. Quranda spermadan qarışıq bir su olaraq belə bəhs edilir: "İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik." (İnsan surəsi, 2)

Spermanın quruluşunda döllənməni asanlaşdıran xüsusiyyətlər var. Spermanın baş, orta, quyruq hissələri var. Metrin milyonda biri qədər kiçik olan baş hissəsinə bir hüceyrəni bir insana çevirən atadan gələn bütün məlumat sığdırılmışdır. Spermanın başqa bir əhəmiyyətli hissəsi da quyruqdur. Quyruq müntəzəm qamçı hərəkəti ilə yumurta hüceyrəsinə birləşir.

İnsanın yaranmasında rol oynayan yumurta hüceyrə

Döllənmənin asanlıqla reallaşa bilməsi üçün qadın bədənində də bir çox sistem hazırlanmışdır. Yumurta yumurtalıq və hər təfərrüatı ilə bu iş üçün yaradılmış orqanda meydana gəlir. Yumurtalıqlar uşaqlığın sağında və solunda yerləşir və uşaqlığa incə balonlarla bağlıdırlar. Yumurtalıqda yaranan yumurta daha sonra bu balonların xüsusi yaradılışı sayəsində spermalarlabirləşir. Bu balonların içindəki kiçik tükcüklər irəli-geri hərəkət edərək yumurtanı spermaya doğru, spermanı da yumurtaya doğru yaxınlaşdırır. Döllənmə prosesi bu balonun içində baş verir.

Yumurtanın xarici hissəsi yağ, şəkər və zülaldan ibarət olan pərdə ilə örtülmüşdür. Bu pərdə yumurtanı spermaya doğru hərəkət etməsi üçün lazım olan enerji ilə təmin edir. Bəs kiçik hüceyrə hələ yumurtalıqda yarandığı anda belə bir yola çıxacağını və bu səfər əsnasında özünə enerji lazım olacağını bilə bilərmi?

Körpənin böyüməsi üçün yaradılmış ən etibarlı yer: ANA BƏTNİ

Uşaqlıq əzələlərdən ibarət möhkəm divarlı içi boş olan bir orqandır. Hamiləlik boyu uşaqlığın həcmi 20-25 dəfə artır. Beləcə qadının döllənmiş yumurtasının içində böyüyüb inkişaf edə biləcəyi ən uyğun yerəçevrilir. Döllənmiş yumurta yumurtalıqdan uşaqlığa qədər olan balonda bir tərəfdən bölünərək çoxalarkən, digər tərəfdən də irəliləməyə davam edir. Hüceyrə birliyi bu yolun hər hansı bir yerində yerləşmir. İnkişafı üçün ən etibarlı yer olan uşaqlığı seçir və bura yapışır. Allah, Quranda bu həqiqəti belə bildirir: "Yaradan Rəbbinin adıyla oxu! O, insanı bir qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir." (Ələq surəsi, 1-3)

"Ələq" sözünün ərəbcədən tərcüməsi "bir yerə asılıb yapışan şey" deməkdir. Hətta ələq sözü dəriyə yapışaraq oradan qan əmən zəliləri təyin etmək üçün istifadə edilir.

Döllənmiş yumurta da tam olaraq ayədə bildirildiyi kimi,uşaqlığın divarına asılıb yapışır. Bundan 1400 iləvvəl nazil olmuş Quran-i-kərimdə ana bətnində inkişaf etməkdə olan hüceyrəni bu xüsusiyyəti ilə təsvir edən bir söz istifadə edilməsi Quranın möcüzələrindən biridir. O dövrün elmi ilə kəşf edilməsi mümkün olmayan bu məlumatın əsrlər əvvəl Quranda bildirilmiş olması Quranın Aləmlərin Rəbbi olan Allah tərəfindən endirildiyini bir daha təsdiqləyir.

Yalnız bir hüceyrə birliyi olan bu kiçik ət parçası (ələq), necə olur ki, inkişafı üçün ən uyğun yeri seçir? Bu şüurlu davranış insan bədənində reallaşan proseslərin üstün bir ağılın nəzarətində reallaşdığını göstərir:

"Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir." (Ali İmran surəsi, 6)

Hüceyrələr fərqli qruplara ayrılır!

Uşaqlığa yapışan və bir-biri ilə eyni olan hüceyrələr müəyyən bir müddət sonra bölünərək çoxalır. Hər keçən gün bəzi hüceyrələr digərlərindən daha da fərqlənir. Bütün hüceyrələr sanki müəyyən bir vəzifəni yerinə yetirən işçilər kimi hissə-hissə hərəkət edirlər. Bu sıx fəaliyyət nəticəsində bəzi hüceyrələr sümük, bəziləri dəri, bəziləri də əzələ hüceyrələri olacaq.

Bu hazırlığın necə ediləcəyi, hansı hüceyrənin hansı toxumanı, hansı orqanı meydana gətirəcəyi hər hüceyrə qrupuna ayrı-ayrı ilham edilmişdir. Başda bir-biri ilə eyni olan hüceyrələrin çoxalması ilə bədəndə təxminən 200 növ hüceyrə meydana gəlir. Hüceyrələrin yaradılmasında heç bir qarışıqlıq olmur. Hər hüceyrə harada necə davranacağını çox yaxşı bilir. Bu qüsursuz nizamı təmin edən və hüceyrələrə nələr edəcəklərini ilham edən, hər şeyin hakimi olan uca Allahdır.

İki canlı arasındakı həyat körpüsü: Plasenta

Plasenta ana ilə körpə arasında qida, oksigen və digər maddələrin daşınmasını təmin edir. Plasenta yeni hüceyrə qruplarının, yəni toxumaların meydana gəlməsi üçün lazım olan qidaları diqqətlə seçərək körpəyə daşıyır. Plasenta bu prosesin tam əksinə, yəni körpədən ana bətninə tullantı maddələrin daşınması prosesini də ustalıqla yerinə yetirir. Bu şəkildə qidalanan körpənin inkişafı nəticəsində olduqca mütənasib, uyğun bir sistem ortaya çıxır. Bu uyğun inkişafların bütün bədən hissələrində eyni şəkildə reallaşması şərtdir. Məsələn, yalnız gözə aid 40 fərqli hissəmövcuddur. Gözün funksiyalarını yerinə yetirə bilməsi üçün mütənasib bir böyümənin olması, hissələr arasındakı əlaqənin möhkəm olması, hamısının öz yerində olması lazımdır. Əks halda göz funksiyalarını yerinə yetirə bilməz.

Sümüklərin əzələ ilə örtülməsi

Çox yaxın bir zamana qədər sümüklərlə əzələlərin birlikdə ortaya çıxaraq ana bətnində inkişaf etdikləri zənn edilirdi. Ancaq aparılan son tədqiqatlar çox fərqli və insanların heç fərqində olmadıqları bir həqiqəti sübut etdi. Belə ki, ana bətnindəki körpədə qığırdaq toxumanın sərtləşməsi ilə əvvəl sümük meydana gəlir, daha sonra əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumalardan meydana gəlib sümüyü örtür. Halbuki, elmin yeni kəşf etdiyi bu həqiqət Quranda 1400 il əvvəl insanlara bildirilmişdir: "Sonra o su damlasını bir qan laxtasına çevirdik; ardınca o qan laxtasını bir ət parçası etdik; daha sonra o ət parçasını sümük olaraq yaratdıq; beləcə sümüklərə də ət geydirdik; sonra bir başqa yaradılışla onu yaratdıq. Yaradıcıların ən gözəli olan Allah ucadır." (Muminun surəsi, 14)


Körpənin həyat suyu: Amnion suyu

Körpə inkişafını tamamladığı 9 ayı ana bətnində içi maye dolu bir kisədə keçirir. Bu maye amnion mayesidir. Bu maye bir çox xüsusiyyəti ilə körpəni xarici dünyaya hazırlayır. Körpə bu maye içində xarici dünyaya öyrəşmək üçün hərəkət edir. Nizamlı olaraq bu mayeni içir, dili dad almağa, bağırsaqları əmməyə, böyrəkləri də süzmə işinə hazırlaşdırılır. Bu maye eyni zamanda xaricdən gələn təhlükələrə qarşı da körpəni qoruyur. Çünki mayelərə hər hansı bir istiqamətdən gələn təzyiq hər tərəfə bərabər paylanır.

Amnion mayesi ananın sağlamlığı üçün də vacibdir. Maye içində üzən körpə ana bətninə ağırlıq etmir və bu sayədə normal inkişafını tamamlaya bilir.

Yeni bir dünyaya doğru…

Körpənin yeni bir dünya üçün bütün hazırlıqları tamamlandıqda amnion mayesi də doğum üçün hazırlıq etməyə başlayır. Uşaqlıq ağzını genişlədən su kisəcikləri meydana gətirir. Bu kisələr həm uşaqlığın ağzını genişlədərək körpənin doğum əsnasında əzilməsinə mane olur, həm də doğumun başlanğıcında uşaqlıq borusundakı mayelərlə körpənin keçəcəyi yolu sürüşkənləşdirib mikrobları öldürürlər.

Bu vaxt körpə də çölə çıxmaq üçün ən uyğun vəziyyətdə olur, yəni baş uşaqlığın aşağısına doğru gəlir. Bəs körpə doğum üçün ən uyğun mövqenin bu olduğunu, doğum vaxtının gəldiyini necə bilir? Hələ şüuru tam meydana gəlməmiş bir varlığın belə şüurlu davranışlar etməsi əlbəttə onun öz iradəsi ilə deyil, yaradıcısı olan Allah'ın ilhamıyla hərəkət etdiyinin açıq-aşkar göstəricisidir. Allah bunu Quranda belə bildirir: Ey insanlar, yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)

MÜDAFİƏ SİSTEMİ MÖCÜZƏSİ


"Faqositoz" adlandırılan bu hadisədə makrofaj çoxlu bakteriyanı udmaq üçün uzanır (üstdə). Bakteriyalar makrofajın bir çıxıntısı tərəfindən əhatəyə alınmış vəziyyətdədir (sağ tərəfdə üstdə) və bir hüceyrə tərəfindən udulurlar (sağda). Daha sonra makrofajın içindəki güclü kimyəvi maddələr "hücumçu" nu parçalarına ayırıb yox edirlər. Başqa bir ifadə ilə makrofaj düşməni udur, həzm edir və ortaya çıxan maddələri istifadə edir.

1 SAVAŞ BAŞLAYIR. Viruslar bədəndə yayılarkən bir neçəsi makrofajlar tərəfindən udulur. Makrofajlar virusun immunigenlərini ayıraraq öz səthlərinə yerləşdirirlər. Qan dövranındakı milyonlarla köməkçi T hüceyrəsindən çox azı bu xüsusi immunigeni "oxuma" qabiliyyətinə malikdir. Makrofaja bağlanan bu T hüceyrələri təsirli hala keçirlər.

2 MÜDAFİƏ EDİCİ HÜCEYRƏLƏR ÇOXALIR. Köməkçi T hüceyrələri təsirli hala keçən kimi çoxalmağa başlayırlar. Daha sonra az saydakı düşmən virusa həssas olan öldürücü T hüceyrələrini və B hüceyrələrini xəbərdar edirlər. B hüceyrələrinin sayı artarkən köməkçi T hüceyrələri onlara anticisim yaratmaq üçün siqnal verir.

3 XƏSTƏLİYİN MƏĞLUB EDİLMƏSİ. Bu anda virusların bir hissəsi hüceyrələrin içinə daxil olurlar. Viruslar yalnız hüceyrə içində çoxala bilir. Öldürücü T hüceyrələri ifraz etdikləri kimyəvi maddələrlə bu hüceyrələrin pərdələrini deşərək ölümlərinə səbəb olur, beləcə hüceyrə içindəki virusun çoxalmasını önləyirlər. Anticisimlər birbaşa virusun səthinə bağlanaraq onu zərəsizləşdirir, hüceyrələrə girməsini önləyir və içinə sızılan hüceyrələri yox edəcək kimyəvi reaksiyalarmeydana gətirirlər.

4 SAVAŞDAN SONRA. Xəstəlik dəf edildikdə T hüceyrələri bütün hücum sistemini dayandırırlar. Yaddaş T və B hüceyrələri, əgər təkrar eyni virusla qarşılaşsa, dərhal hərəkətə keçməklə, qan və linfa sistemində qalırlar.

GÖZDƏKİ QÜSURSUZ DİZAYN

Bu cümləni siz oxuyub bitirənə qədər gözünüzdə təxminən yüz milyard (100. 000. 000.000) əməliyyat icra edildi. Dünyanın bu ən maraqlı, ən sürətli və ən qüsursuz məlumat köçürülməsi hər an fasiləsiz davam edir.

Gözləriniz olmasaydı, hər hansı bir rəngin, şəklin, mənzərənin, insan üzünün, gözəllik deyilən anlayışın necə bir şey olduğunu heç bir zaman xəyalınızda canlandıra bilməzdiniz. Lakin gözləriniz var və bunun vasitəsilə ətrafınızı görür, bu anda da bu yazını oxuyursunuz. Bunun nə qədər böyük bir möcüzə olduğu bir çox insan kimi, bəlkə bu günə qədər sizin də ağılınıza gəlməmişdi.

Xarici dünyadakı işıq hissəcikləri gözünüzün önündəki şəffaf buynuz qişa təbəqədən, sonra quzehli qişadan, daha sonra büllurdan keçir və gözün arxa tərəfindəki retinaya düşür. Retina üzvi hüceyrələrdən yaranmasına baxmayaraq, üzərinə düşən bu görüntünü dünyanın ən sürətli kompyuter prosessorundan daha sürətli bir şəkildə şərh edərək "məlumat"a, yəni elektrik siqnallarına çevirir. Elektrik siqnallarına çevrilən görüntü sinirlər vasitəsilə beyindəki görmə mərkəzinə çatdırılır. Bu mərkəzdəki hüceyrələr isə bu məlumatı yenidən şərh edərək təkrar görüntü halına gətirir.se, bu bilgiyi yeniden yorumlayarak tekrar görüntü haline getiriyor.

Gözün mükəmməl quruluşu əlbəttə burada qeyd etdiklərimizdən daha çox xüsusiyyətə sahibdir. Məsələn, göz bülluruşüaları retina üzərinə cəmləyərkən, müntəzəm olaraq qalınlığını nizamlayır. Bu "avtomatik mərkəzləşdirmə" sistemi vasitəsilə 20 sm uzaqdakı əlinizə baxdıqdan dərhal sonra 100 m uzaqlıqdakı bir ağaca baxa bilir və həmin an dəqiq bir görüntü əldə edə bilirsiniz. Əgər göz büllurunun belə bir xüsusiyyəti (və bu iş üçün ətrafına yerləşdirilmiş onlarla kiçik əzələ) olmasaydı, yalnız müəyyən bir məsafədəki cisimləri dəqiq görə biləcəkdiniz. Daha uzaq və daha yaxındakı maddələr isə hər zaman çox bulanıq görünəcəkdi. Qısacası, göz, "avtomatik mərkəzləşdirmə" xüsusiyyətinə sahib olan və son 10 il içində inkişaf etdirilən müasir kameraların etdiyi işi milyonlarla ildir edir. Üstəlik heç bir kamera göz qədər qüsursuz mərkəzləşdirmə apara bilmir.

Gözün hissələrindən biri olan quzehli qişa isə daha fərqli bir nizamlamanı icra edir. Quzehli qişa gözünüzə rəng verən toxumadır, amma əsl funksiyası gözə girəcək işıq miqdarını təyin etməkdir. Bir azqaranlıq bir mühitə girdikdə, quzehli qişa dərhal genişlənir və ortasındakı "göz bəbəyi" böyüyərək retinaya daha çox işıq girməsini təmin edir. Günəşə çıxdıqda isə tam əksi reallaşır və quzehli qişa qamaşmağı azaltmaq üçün çox sürətli bir şəkildə daralır. Əgər quzehli qişa belə bir funksiyaya sahib olmasaydı, yalnız müəyyən bir işıqda ətrafı yaxşı görə bilərdiniz. Bir az daha qaranlıq mühit zülmət qaranlığa çevrilər, bir az daha işıqlıqda gözləriniz tamamilə qamaşardı.

Göz qapaqları

Göz qapaqları gözün qorunması üçün yaradılmış olan ən vacibhissələrdən biridir. Göz qapaqlarının vəzifəsi göz almasını qorumaqla birlikdə "buynuz qişa"nı hər an müəyyən bir nəm nisbətində saxlamaqdır. Göz qapaqlarının daxilindəki damarlar yuxuda oksigen ala bilməyən gözün xarici təbəqəsini qidalandırır.

Hər kəs gün içində heç fərqində olmadan bir neçə min dəfə gözlərini qırpır. Bu hərəkət qeyri-ixtiyari olaraq edilir və bu sayədə gözlər sıx işıq təmasından və xarici maddələrdən qorunur. Bu prosesin heç bir əmək sərf etmədən yerinə yetirilməsi də bir çox insanın fərqində olmadığı bir nemətdir.

Göz bəbəyi

Gözə girən işıq miqdarı göz bəbəyinin açıqlığının dərəcəsinə görə təxminən 30 qat dəyişə bilər. Məsələn, bir işıq partlaması ilə 0.1 saniyədə baş verən dəyişmə nəticəsində göz bəbəyi dərhal nizamlanıb işığı qırır.

Əlbəttə, bütün bu saydıqlarımız gözdə çox üstün bir "dizayn" olduğunu sübut edir. Bu elə bir sistemdir ki, tək bir hissəsi, məsələn, yalnız gözyaşı vəziləri, ya da buynuz qişanın şəffaflığı olmasa, göz öz funksiyalarını yerinə yetirə bilməz. Yəni, gözün funksiyası üçün bütün təməl hissələrinin (təxminən 40 ayrı toxumanın) eyni anda, lazım olan yerdə, lazım olan funksiya və quruluşda olması lazımdır. Bu cür kompleks bir dizaynın "təkamül"lə, yəni bir təsadüflər zənciri ilə meydana gəlməsi isə əlbəttə ki, qeyri-mümkündür. Gözün üstün bir ağılın əsəri olduğu açıq-aşkar bir həqiqətdir. Bu Rəbbimizin bənzəri olmayan ağılıdır. Allah insanlara yol göstərici olaraq endirdiyi kitabında belə bildirir: "Allah, sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükr edəsiniz." (Nəhl surəsi, 78)

Ən mükəmməl göz damlası: gözyaşı

Bir çox insanın, "yalnız ağlayarkən axan duzlu su" zənn etdiyi gözyaşı şəraitdən asılı olaraq dəyişən quruluşu ilə olduqca xüsusi bir mayedir. Gözyaşının ilk vəzifəsi gözü mikroblara qarşı qorumaqdır. İçində olan "lizosom" fermenti bir çox bakteriya növünü parçalaya bilmə və mikrob öldürmə xüsusiyyətinə malikdir. Lizosom sayəsində göz infeksiyalardan qorunur. Bu maddə binaları mikroblardan təmizləmək üçün istifadə edilən güclü dezinfeksiya edici "fenik turşu"dan daha təsirlidir. Bu qədər güclü olduğu halda, bu fermentin gözə heç bir zərər verməməsi böyük möcüzədir.

İçində olduqca güclü dezinfektan olan gözyaşı gözün kimyəvi quruluşuna ən uyğun şəkildə yaradılmışdır. Bu yağlama-nəmləndirmə sistemi sayəsində gözünüz qurumur. Əgər bu sistem mövcud olmasa, ya da əskik çalışsaydı, o zaman göz ilə göz qapağı arasında daimi olaraq bir sürtünmə olar, gözünüz bir neçə dəqiqə içində quruyar, göz qapaqlarınız yapışar və olduqca ağrılı müddət nəticəsində kor olardınız.

SKELETİN YARADILIŞI

Gülmək, qaçmaq, yerimək, oturmaq, ayağa qalxmaq, ayaq üstə dayanmaq, yatmaq, yazı yazmaq... Hər insan bütün bu əməliyyatları sümükləri vasitəsilə icra edir. Sümükləri sayəsində yeriyir, yenə onlar sayəsində ayaq üstə dayanır, yatır, gülür, sümükləri sayəsində yemək yeyir. İnsan bədəninin skeleti 206 sərt hissəciyin bir yerə gəlməsi ilə meydana gəlmişdir. İnsan bədənindəki hər biri fərqli funksiyalara sahib olan sümüklər Allah'ın yaratma sənətinin ucalığını bizə göstərir.

Sümük toxuması bir çox insanın zənn etdiyi kimi cansız deyil. Sümük toxuması bədəndə kalsium, fosfat kimi bir çox əhəmiyyətli mineralın deposudur. Bədənin ehtiyacına görə, bu mineralları depolayır və ya daha əvvəldən depoladıqlarını bədənə verir. Bütün bunlarla yanaşı qırmızı qan hüceyrələri də sümük iliyi tərəfindən istehsal edilir.

Skeletin mükəmməl funksiyası

Skelet bütün olaraq mükəmməl bir funksiyaya sahib olmaqla yanaşı, onu meydana gətirən sümüklər də üstün bir quruluşa sahibdir. Bədənin daşınması və qorunması kimi çox vacib bir vəzifəni öhdəsinə götürən sümüklərimiz bu işi rahatlıqla yerinə yetirə biləcək vəziyyətdə və möhkəmlikdə yaradılmışdır. Hətta bədənin təmasda olacağı çətin vəziyyətlər də hesablanmışdır. Məsələn, omba sümüyü şaquli vəziyyətdə bir ton ağırlığı qaldıra biləcək bir vəziyyətdədir. Necə ki, atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə artıq yük düşür. Hətta şüvüllə tullanan bir atlet yerə enərkən omba sümüyünün hər kvadrat santimetri 1400 kiloluq bir təzyiqə məruz qalır. O halda, sümük deyilən və tək bir hüceyrənin bölünməsi nəticəsində ortaya çıxan bu sistemi bu qədər qüvvətli edən nədir?

Sümüklərin daxili quruluşu insanların binalarda və körpülərdə istifadə etdiyi qəfəs quruluş sisteminə bənzər bir quruluşda yaradılmışdır. Sümük içindəki sistem insanın inkişaf etdirdiyindən daha üstün və daha mürəkkəbdir. Bu sayədə sümüklər həm möhkəm, həm də insanın rahatlıqla istifadə edə biləcəyi yüngüllükdə olurlar. Əgər əksinə olsaydı, yəni sümüklərin içi xarici kimi sərt və tamamilə dolu olsaydı, həm sümüklərin ağırlığı insanın daşıya biləcəyindən daha ağır olardı, həm də sümüyün quruluşu sərt olub ən kiçik bir zərbədə çatlaya və ya qırıla bilərdi.

Dizayn möcüzəsi sümüklərimiz

Sümüklərimizin bu mükəmməl dizaynı bizim çox rahat yaşamağımızı, çox çətin hərəkətləri asanlıqla və heç bir ağrı hiss etmədən edə bilməyimizi təmin edir. İnsan bu mükəmməl bədəni onun üçün yaratmış və əmrinə vermiş olan Allahı tanımalı və Ona şükr etməlidir.İnsan bədənindəki sümüklərin elastikliyi ehtiyaca görə dəyişə bilər. Məsələn, qadınlarda çanaq sümükləri hamiləliyin son aylarına doğru boşalır və bir-birindən bir az ayrılırlar. Bu çox vacib bir incəlikdir, çünki bu boşalma sayəsində körpənin başı doğum əsnasında əzilmədən çölə çıxa bilir. Görəsən çanaq sümüyü dünyaya yeni gələcək bir canlının başının əzilməməsi üçün özünü daha elastik bir hala gətirməyə necə qərar verir? Belə vacib bir nizamlama təkamülün, yəni təsadüflərin bir hədiyyəsi əsla ola bilməz. Açıq-aşkar bir həqiqət var. Bütün bunların cavabı qüsursuz və planlı yaradılışdır.

Sümüklərin elastikliyinə başqa bir nümunə olaraq körpələri verək. Körpələrin kəllə və digər sümükləri çox yumşaqdır və bir-birləri üzərində az da olsa hərəkət edə bilirlər. Bu elastiklik sayəsində körpənin başı doğumda bir ziyan görmür. Əgər bu kəllə sümükləri doğum əsnasında sərt olsaydı, ana qarnından çıxarkən çatlaya bilər hətta qırılaraq körpənin beynində böyük zərərlərə yol aça bilərdi. Bu mərhələdə təkrar qaçınılmaz bəzi suallarla qarşılaşırıq. Görəsən körpənin kəllə sümüklərinin doğum əsnasında qarşılacaqları təhlükəni kim haradan bilir, bu tədbir necə alınır? Aydındır ki, ananın da, uşağın da belə bir maneə ilə qarşılaşacaqlarından xəbərləri yoxdur. Həmçinin xəbərləri də olsa, hər hansı bir şəkildə müdaxilə edə bilməzlər. Körpəyə və anasına həyat verən də, onlar üçün belə bir sistemi yaradan da şübhəsiz üstün elm sahibi olan Allah'dır.

Skeletin hərəkət qabiliyyəti

Skeletlərin hərəkət qabiliyyəti də üzərində dayanılması vacib olan əhəmiyyətli bir təfərrüatdır. Hər addım atdıqda onurğa sütunumuzu meydana gətirən onurğa sümükləri bir-biri üstündə hərəkət edir. Bu davamlı hərəkət və sürtünmə onurğa sümüklərinin sıyrılmasına səbəb ola bilər. Halbuki, bunun qarşısını almaq üçün hər bir onurğa arasına disk deyilən möhkəm qığırdaqlar yerləşdirilmişdir. Bu disklər amortizatorfunksiyasını yerinə yetirir.Hər addım atdıqda bədən ağırlığından yerdən bədənə reaksiya qüvvəsi gəlir. Bu qüvvə onurğanın sahib olduğu amortizator və "qüvvə paylayıcı" qıvrımlı forması sayəsində bədənə zərər vermir. Əgər reaksiyanı azaldan elastiklik və xüsusi quruluş olmasaydı, ortaya çıxan qüvvə birbaşa kəllə sümüyünə çatdırılar və hər addım atdıqda beynimiz silkələnərdi.

Bütün bunlar insan bədəninin çox mükəmməl bir dizaynın, daha doğrusu bir yaradılışın məhsulu olduğunu göstərir. İnsan bu mükəmməl dizayn sayəsində bir-birindən çox fərqli hərəkətləri böyük bir sürət və rahatlıq içində yerinə yetirir. Halbuki, belə olmaya bilərdi. Çox sərt, çox möhkəm skeletimiz ola bilərdi. Məsələn, bütün qıçımızın tək bir uzun sümükdən meydana gəldiyini düşünün. Belə bir vəziyyətdə yerimək böyük problemə çevriləcək, olduqca kobud və hərəkətsiz bir bədənimiz olacaqdı. Oturmaq çətinləşəcək, bu cür hərəkətlər edərkən yaranan dartılma nəticəsində qıç sümüyü asanlıqla qırıla biləcəkdi.

Halbuki, etmək istədiyimiz hər hərəkətə izn verən, bunları bizim üçün asanlaşdıran və rahatlaşdıran bir skeletimiz var. Lakin biz nə skeletimizin dizaynını etdik, nə də sümüklərimizi meydana gətirdik. Bunları hər hansı bir təsadüfi güc və ya təbii bir şərait də meydana gətirmədi. Bunları bizim üçün ən mükəmməl şəkildə yaradan Allah'dır. Rəbbimiz bizləri bu həqiqət üzərində düşünməyə belə dəvət edir: "... Sümüklərə də bir bax, necə bir yerə gətiririk, sonra da onlara ət geydiririk?" (Bəqərə surəsi, 259)

QANIN HƏYATİ FUNKSİYASI

Qan bədənimizə canlılıq vermək üçün yaradılmış həyat mayesidir. Bədənimizdə gəzdiyi müddət boyu onu isidir, soyudur, qidalandırır, qoruyur, enerjiverirvə içindəki zəhərli maddələrin ifraz olunmasını təmin edir. Bədənimizdəki rabitələrin, demək olar ki, hamısı qandan asılıdır. Həmçinin damarlarda yaranan hər yırtığı dərhal qapayır. Beləliklə, sistem özünü davamlı olaraq yeniləyir. 60 kq ağırlığındakı bir insanın damarlarında təxminən 5 litr qan var. Ürək bu miqdarı bədəndə rahatlıqla bir dəqiqədə dövr etdirə bilir. Hətta ağır fiziki hərəkət əsnasında və ya idman edərkən, bir dəqiqədə bu miqdardan beş dəfə çox qanı dövr etdirə bilər.

Oksigen daşıyıcısı

Tənəffüs etdiyimiz hava həyatın ən zəruri maddəsidir. Od yandırmaq üçün necə oksigenə ehtiyac varsa, hüceyrələrin də enerji istehsalında şəkəri parçalaya bilmək üçün oksigenə ehtiyacı var. Bunun üçün oksigen ağciyərlərdən əzələlərə çatdırılmalıdır. Kompleks bir boru xəttinə bənzədə biləcəyimiz qan dövranı sistemimiz də bu funksiyanı yerinə yetirir. Oksigeni daşıma funksiyasını qırmızı qan hüceyrələrinin içindəki hemoqlobin molekulu yerinə yetirir. Yastı, yumru və hər iki yanı hamar bir quruluşda olan qırmızı qan hüceyrələrinin yalnız biri təxminən 300 milyon hemoqlobin daşıyır.

Qırmızı qan hüceyrələrinin qüsursuz iş sistemi var. Oksigeni daşımaqla kifayətlənməyib, onu lazım olduğu yerdə də saxlaya bilirlər. Bunu da ən lazımi yer və zamanda, məsələn, çox çalışan bir əzələ hüceyrəsinin yanından keçərkən edirlər. Qırmızı qan hüceyrələri oksigeni bu şəkildə lazım olan toxumalara ötürərkən, şəkərin yandırılması nəticəsində ortaya çıxan karbondioksiti də ağciyərə daşıyır və orada saxlayır. Bunun ardınca dərhal yenidən oksigenlə birləşir və onu yenidən lazım olan toxumalara daşıyırlar.

İdeal dizayna sahib olan hüceyrələr

Qırmızı qan hüceyrələrinin miqdarı baxımından digər qan hüceyrələrinə görə çoxluq təşkil edir. Yetkin bir insanın damarlarında 30 milyard qırmızı qan hüceyrəsi var. Bu saydakı qırmızı qan hüceyrələri ilə bir futbol sahəsinin təxminən yarısı örtülə bilər. Qanımıza, başqa sözlə, bədənimizə rəng verən hüceyrələr qırmızı qan hüceyrələridir. Qırmızı qan hüceyrələri yastı disklərə bənzəyirlər. Elastiklikləri sayəsində də ən dar kapilyar damarlardan və ya ən kiçik məsamələrdən belə keçə bilirlər. Qırmızı qan hüceyrələrinin bu elastiklik xüsusiyyəti olmasaydı, bədənin bir çox nöqtəsində yapışıb qalardılar. Bunun səbəbi kapilyar damarların yalnız 4-5 mikrometr qalınlığında olmasıdır. (1 mikrometr- milimetrin mində biri).Halbuki, qırmızı qan hüceyrələrinin diametrləri 7.5 mikrometrdir.

Qırmızı qan hüceyrələri belə elastiklik yaradılmasaydılar, nə olardı? Bu sualın cavabını şəkər xəstəliyini araşdıranlar bilir. Şəkər xəstələrinin qan hüceyrələri ümumiyyətlə elastikliklərini itirir. Bu səbəblə, xəstələrin gözlərindəki həssas toxumalar elastik olmayan qan hüceyrələri tərəfindən tıxanır. Bu tıxanma isə zaman keçdikcə korluğa yol aça bilər.

Mükəmməl nəqliyyat sistemi

Qandakı hüceyrələrdən əlavə, bədənə girən bir çox maddə də qanın plazma deyilən hissəsində daşınır. Bu maye, tərkibində qan hüceyrələri olmadığı üçün sarı rəngdədir. Plazma, bədən ağırlığının 5%- ni meydana gətirir və bunun da 90% - dən çoxu sudur. İçində duzlar, minerallar, karbohidratlar, yağlar və yüzlərlə müxtəlif zülal var. Qandakı zülalların bəziləri daşıyıcı zülallardır. Bunlar yağları lazım olan toxumalara çatdırır. Əgər yağlar zülallar tərəfindən bu şəkildə daşınmasaydı, bir-birləriylə birləşər və qanda, şorbadakı yağ kimi, nəzarətsiz şəkildə üzərdilər. Bu vəziyyət isə ölümcül problemləri meydana gətirərdi.

Bədəndəki xüsusi informasiya funksiyasını isə plazmada gəzən hormonlar həyata keçirir. Hormonlar,orqanlar və hüceyrələr arasında kimyəvi mesajlar daşıyaraq informasiyanı təmin edir.

Albumin sayca ən çox olan plazma zülalıdır və bədəndə bir mənada daşıyıcılıq funksiyasını icra edir. Xolesterol kimi yağları, hormonları, zəhərli öd kisəsi maddəsi olan sarı bilirubini və pensilin kimi dərmanları özünə çəkir. Zəhərləri qaraciyərə, qida maddələrini və hormonları isə lazım olduqları yerlərə aparır.

Xüsusi nəzarət mexanizmləri

Qida maddələri arteriyalardan lazım olan toxumalara çata bilmək üçün toxuma divarını keçməlidir. Toxuma divarı çox kiçik məsamələrə sahib olsa da, heç bir maddə özbaşına bu divardan keçə bilməz. Bu problemi həll edən və qidaları toxuma divarından keçirən faktor qan təzyiqidir. Ancaq qida maddələrinin toxumalara lazım olduğundan çox keçməsi vəziyyətində isə toxumada infeksiya meydana gələcək. Bu səbəblə, qan təzyiqini tarazlaşdırmaq üçün mayeni qana geri çəkən bir mexanizm qurulmuşdur. Bu funksiyanı yenə albumin yerinə yetirir. Albumin toxuma divarlarındakı kiçik məsamələrdən keçmək üçün çox böyükdür və qandakı yüksək sıxlığı səbəbi ilə suyu süngər kimi əmir. Albumin olmasaydı, bədən sanki suda saxlanmış bir paxla kimi şişərdi.

Bədəndəki termostat

Qan, zəhərlər, qazlar, ağ qan hüceyrələri və vitaminlər kimi maddələrlə yanaşı, istilik də daşıyır.İstilik hüceyrələrdəki enerji bərpasıəsnasında əlavə məhsul olaraq ortaya çıxır. İstiliyi bədənin hər tərəfinəpaylamanın və bədən istiliyini xarici mühit temperaturuna görə nizamlamanın həyati əhəmiyyəti var. Əgər bədənimizin istilik paylama sistemi olmasaydı, məsələn qol gücü ilə etdiyimiz bir iş nəticəsində qollarımız həddindən artıq isinər, digər bədən hissələrimiz isə soyuq qalardı. Belə bir sistem isə maddələr mübadiləsinə böyük zərər verərdi. Bu səbəbdən istilik bədənə paylanır. İstiliyin bədənə paylanması qan dövranı yolu ilə olur. Bədənin hər tərəfinə yayılan bu temperaturun salınması üçün də tərləmə mexanizmiöz funksiyasını yerinə yetirməyə başlayır. Dəri altındakı qan damarları isə genişlənir və beləcə qanın daşıdığı istiliyi havaya buraxması asanlaşdırılır. Bu səbəblə, qaçdığımız və ya yüksək templi başqa bir fiziki iş gördüyümüz zaman damarların genişlənməsi nəticəsində üzümüz qızarır. Bütün canlı növlərinə həyat verən bu maddə Allah'ın yaratmasının açıq-aşkar dəlillərindən biridir. Allah bir ayəsində belə buyurur: "Rəbbiniz olan Allah budur. Ondan başqa ilah yoxdur. Hər şeyin yaradıcısıdır, elə isə Ona qulluq edin. O, hər şeyin üstündə bir vəkildir." (Ənam surəsi, 102)

DAMARLARIMIZDAKI MÜKƏMMƏL DİZAYN

Bədənimizdəki damar sistemi inkişaf etmiş bir ölkənin, sahib olduğu quru yolu şəbəkəsi ilə müqayisə edilməyəcək qədər kompleksdir. Damarlar ürək və qanla birlikdə qan dövranı sistemini meydana gətirirlər. Cəmi 100 min kilometrdən çox uzunluğu ilə bədənimizin hər tərəfinə paylanan damarlarımız böyük şose şəbəkəsinə bənzədilə bilər. Kiçik bir hesablama aparsaq, bu ədədin önəmini daha yaxşı anlaya bilərik: Bir insanın sahib olduğu damarlar uc-uca birləşdirildikdə, dünyanın ətrafında iki dəfə yarım dövr edəcək bir uzunluğa çatar. Bunu da xatırladaq ki, bədənimizdəki damar sistemi, inkişaf etmiş bir ölkənin, məsələn Amerikanın sahib olduğu şose şəbəkəsi ilə müqayisə edilməyəcək qədər kompleksdir. Şose müəyyən bir genişlikdə inşa edilir; günün fərqli saatlarındakı dəyişən nəqliyyat sıxlığına görə yol sayı artmır və ya azalmır. Halbuki, damarlarımızın daxili genişliyi sabit deyil. Yəni damarlarımız bizim fəaliyyətlərimizə uyğun olaraq daralır və ya genişlənir, beləcə qan təzyiqinin tənzimlənməsində əhəmiyyətli rol oynayırlar. Bu mükəmməl sistem sayəsində, bədənin fərqli mühitlərə görə dəyişən ehtiyacları avtomatik olaraq təmin edilir. Qan damarlarının idman edərkən genişlənərək artan qan ehtiyacını təmin etməsi və ya yaralanmadan sonra daralaraq qanamağı azaltması haqqında danışılan qüsursuz sistemin bir nəticəsidir.

Damarların genişlənməsi və daralması

Bəs damarlar genişlənmə və ya daralma vaxtını necə anlayırlar? Bu sualın cavabı insan həyatı üçün çox vacibdir. 100 min kilometrlik damar şəbəkəsinin hər hansı bir nöqtəsində meydana gələ biləcək ən kiçik bir səhvin bərpası mümkün olmayan mənfi hallar doğuracağı aydındır.

Alimlər on il bundan əvvələ qədər, damarın içində çox kompleks bəzi əməliyyatlar olduğu ilə bağlı fərziyyələr irəli sürür, lakin yuxarıdakı sualıncavabını verə bilmirdilər. Aparılan tədqiqatların nəticələri kimyəvi bir xəbərçinin varlığını ortaya çıxardı. Bu xəbərçi nitrik oksid (NO) molekulu idi. Damarlara genişlənmələri "təlimatını verən" məhz bu iki atomlu molekul idi. Damarlarımızın dərinliklərində nitrik oksid istehsal edən möhtəşəm təsisatların sahib olduğu sistem mükəmməlliklərlə doludur.

QOXU VƏ YADDAŞ

Qoxuların insan hafizəsindəki hadisələri hərəkətə keçirdiyi hər kəsə məlumdur. İnsan bir şeyi iyləyəndə, qoxuya aid molekullar buruna girir. Bitkilərin qoxu molekulları uçucudur, buna görə çox aşağı temperaturda belə qaza çevrilərək havada yayılırlar. Çox yüngül bir külək bu qoxuları buruna daşıyır. Burnun arxa hissəsinə çatan qoxu molekulları nəmli toxuma ilə qarşılaşır. Bu toxu neyron adlı qoxu qəbul edən 5 milyon hüceyrədən meydana gəlir. Bu 5 milyon hüceyrədən hər biri ucunda qəbuledicilər olan saçaqlı çıxıntıları dalğalandıraraq qoxu molekullarını tutur. Bu bığcıqların digər ucu hüceyrənin içinə yapışmışdır. Qoxu molekulu bu tələyə düşdükdə zəncirvari bir siqnal hüceyrə içində gəzərək beynin alt tərəfindəki iybilmə mərkəzinə lazım olan informasiyanı çatdırır. Bütün bu əməliyyatlar bir saniyədən daha qısa bir zamanda reallaşır. Daha sonra siqnallar buradan çıxaraq beynin duyğu və motivasiyası ilə əlaqədar olduğu zənn edilən hissəsinə (limbik sistem) daxil olur. Bu siqnal nəticəsində qoxunun nəyə aid olduğu, gözəl yoxsa xoşagəlməz olduğu aydın olur. Əgər tanış bir qoxu ilə qarşılaşılsa, o qoxunun qaynağı ilə bağlı yaddaş məlumatları təzələnir. Məsələn, limon qoxusu aldıqda ağlımıza limonad gələ bilər, ya da ədviyyat qoxuları aldıqda iştaha açan yeməklər düşünməyə başlayırıq. Çox aydındır ki, hər biri, bütün varlıqları bir-biriylə mükəmməl uyğunluq içində yaradan, üstün elm və sənət sahibi olan Allah'ın bir əsəridir. Bütün qoxuları və onları qəbul edən orqanları yaradan Allah insan ruhunu da bu qoxulardan təsirlənəcək şəkildə yaratmışdır. "O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?" (Rəhman surəsi, 10-13)

BƏDƏNİMİZDƏKİ TƏMİZLƏMƏ SİSTEMİ

Böyrəklər yalnız 5-7 sm uzunluğunda olan, heç bir qulluq tələb etməyən və bədənimizin ehtiyaclarına tam uyğun olaraq filtr funksiyasını yerinə yetirən, həyati əhəmiyyətə sahib orqanlardır. Son dərəcə kompleks laboratoriya proseslərini yerinə yetirən böyrəklər hər şeyi qüsursuz bir nizam içində yaradan Allah'ın bənzərsiz əsərlərindən biridir.

İnsan bədənində davamlı fəaliyyət halında olan 100 trilyon hüceyrə var. Hüceyrələrin bu fəaliyyətləri nəticəsində çoxlu tullantı maddələr yaranır. Sidik, urik turşusu və keratin kimi maddələrdən ibarət olanbu tullantı maddələr çox zəhərlidir. Əgər bədəndən kənar edilməsə, bədənin funksiyaları qısa müddətdə pozular, bədənimiz zəhərlənər və ölüm təhlükəsi yaranar.

Beləliklə, insan bədənindəki qüsursuz dizayn bir daha sübut olunur. Necə ki, mühərriklərdə işlənmiş qazların boşaldılması üçün xüsusi sistemlər hazırlanmışdırsa, bədənin gündəlik funksiyaları əsnasında ortaya çıxan zərərli maddələrin uzaqlaşdırılması üçün də çox xüsusi bir sistem yaradılmışdır. Bu sistem ayırıcı sistemidir.

Hüceyrələr eynilə zəhərli tullantılarını təmizləyən fabriklər kimi tərkiblərindəki tullantı maddələri qan plazmasına buraxırlar. Bu vəziyyət bədəni başdan-ayağa əhatə edən qan çayının 100 trilyon fabrikin tullantısı ilə çirklənməsi deməkdir. Bu çirklilik insan həyatı üçün olduqca zərərlidir. Bu səbəblə, sürətlə çirklənən qanın bir anəvvəl təmizlənməsi lazımdır.

Ancaq burada çox vacib bir problem var. Çirklənən qanın içində sidik,urik turşusu kimi zəhərli maddələrlə yanaşı, amin turşuları, vitaminlər, su və qlikoza kimi bədənin ehtiyacı olan maddələr də var. Elə isə qanı təmizləyən sistemin sadə bir süzmə əməliyyatını yerinə yetirməsi kifayət etməyəcək.Bu sistemin faydalı maddələri tanıyıb mühafizə etməsi ilə yanaşı, yalnız zərərli maddələri digərlərindən ayıraraq uzaqlaşdıracaq kompleks bir işləmə qurğusu kimi çalışması da lazımdır.

Qanın böyrəklərdə təmizlənməsi

Bədəndə gəzən qan böyrəklərdə əvvəl süzmə prosesini yerinə yetirir. Bu prosesin reallaşması üçün böyrəklərin içinə bir çox kiçik süzgəc yerləşdirilmişdir. Bu süzgəclərin sayı və funksiyaları düşünüldükdə çox açıq bir yaradılış möcüzəsi ilə qarşılaşılır. Tək bir böyrəyin içində 1.200.000 süzgəc var. Bu mikrosüzgəclərə nefron adı verilir. Bir nefron bowman kapsulası (nefronun ucunda yerləşən, yarımkürə şəklində, kapilyar damarlardan ibarət olan bir quruluşdur), qlomerulus, malpigi cisimciyi və böyrək damarlarından meydana gəlir. 1. 200.000 süzgəcin hər biri minlərlə mikrodəliyi olan mükəmməl bir dizayna sahibdir.

Ürəkdən çıxan qanın təxminən dörddə biri böyrək arteriyaları vasitəsilə böyrəklərə gəlir. Bu, dəqiqədə bir litrdən çox qan deməkdir. Qanı gətirən damar böyrəyə daxil olan kimi saysız-hesabsız incə damarlara ayrılır. Bu incə damarlardan hər biri bir mikrosüzgəcə bağlıdır. Ürəyin etdiyi təzyiq sayəsində qan sürətlə süzgəc səthinə vurur, zərərli maddələr və su süzgəcin digər tərəfinə keçir. Zülallar və qan hüceyrələri bu süzgəcdən keçə bilməyəcək qədər böyük olduqları üçün geridə qalırlar. Beləcə süzgəcin digər tərəfinə keçməyən qan süzülmüş və təmizlənmiş olur. Təxminən yumruğumuz böyüklüyündəki bir ət parçasının içinə 1.200.000 süzgəc yerləşdirilmişdir. Bu süzgəclərin hər birində eyni dizayn əksiksiz olaraq mövcuddur.

NECƏ NƏFƏS ALIRIQ?

Nəfəs alıb-vermə prosesinə heç vaxt özünüz nəzarət etmirsiniz. Çünki bəzi hüceyrələriniz sizin əvəzinizə bu prosesi yerinə yetirir. Əgər nəfəs alma prosesi bizim öz nəzarətimiz və diqqətimizdən asılı olsaydı, nəfəs almağı unutduqda, yuxuya getdikdə və ya başqa bir işlə məşğul olduqda nəfəssizlikdən ölə bilərdik. Hər insan üçün həyati bir əhəmiyyətə sahib olan nəfəs alma prosesini tənəffüs mərkəzi yerinə yetirir. Bu mərkəz bir mərcimək dənəsi böyüklüyündə olub beynimizin içərisində "beyin sapı" deyilən yerdədir və başlıca üç qrup sinir hüceyrəsindən meydana gəlir:

  • Birinci qrup hüceyrələr tənəffüsün əsas ritmini təyin edir və içimizə hava çəkməyimiz üçün əmr verirlər. Beləcə ehtiyacımız olan havanı içimizə çəkmiş oluruq.
  • İkinci qrup hüceyrələr isə tənəffüsün sürətini və istiqamətini təyin edirlər. Ancaq ikinci qrup hüceyrələr fəaliyyətə başladıqda, birinci qrup hüceyrələrin fəaliyyətini bir siqnalla dayandırırlar. Beləcə ağciyərin hava doldurma hissəsinə nəzarət edilir və nəfəs alıb verməyimiz sürətlənir.
  • Üçüncü qrup hüceyrələr isə normal nəfəs alıb-vermə prosesində aktiv deyillər. Ancaq yüksək nisbətlərdə nəfəs alıb vermək lazım olduğu zaman fəaliyyətə başlayırlar, qarın əzələlərimizə siqnal göndərib tənəffüs prosesinə qoşulmalarını təmin edirlər.

Bütün bu izah edilənlər həyatda qalmağımız üçün kifayətdirmi? Xeyr.

Tənəffüs prosesi kimyəvi olaraq da nəzarət edilir. Bizim nəfəs alıb verməyimiz qandakı oksigen və karbondioksit miqdarlarının müəyyən bir nisbətdə qalması üçündür. Bu nisbətdəki dəyişikliklər isə tənəffüs mərkəzindəki bir qrup hüceyrəni hərəkətə keçirir və tənəffüsdəki pozulan dəyərlər çox həssas dəyişikliklərlə lazımi səviyyəyə gətirilir.

Qandakı oksigen miqdarının tənəffüs mərkəzinə birbaşa təsiri yoxdur. Ancaq beyinin xaricində şah damarı kimi bəzi böyük damarlardakı çox həssas qəbuledicilər qandakı oksigen müəyyən bir səviyyəyə çatdıqda tənəffüs mərkəzinə siqnal göndərir, beləcə tənəffüsdə çox həssas dəyişikliklərlə lazımi düzəlişlər edilir.

Bizim həyatda qalmaq üçün nə qədər oksigenə ehtiyacımız olduğunu bir qrup hüceyrə necə bilir? Elmin ancaq son 20 ildə aşkar etdiyi bu ağlasığmaz mexanizmi hüceyrələr ilk insan yaranandan indiyə qədər necə bilirlər?

Bu elə həssas bir mexanizmdir ki, həyatımız boyu oturarkən, qaçarkən və ya yatarkən heç bir səhvə yol vermir. Bədənimizdəki 100 trilyon hüceyrəyə hər an tam ehtiyacı olan oksigen daşınır və zərərli olan karbondioksit və hidrogen ionu kimi tullantılar dərhal uzaqlaşdırılır.

BEYNİMİZ

Ananın yumurta hüceyrəsi ilə atadan gələn sperm hüceyrəsinin birləşməsi ilə yeni bir insanı yaradan ilk hüceyrə meydana gəlir. Bu möcüzəvi inkişafın ilk mərhələsində hüceyrələr bölünməyə başlayır və zamanla inkişaf edir. Ana bətnində başlanğıcda bir ət parçası görünüşündə olan hüceyrələr bölünməyə davam edərək və qruplaşdırılaraq işığa qarşı həssas göz hüceyrələrini, acını, şirini, ağrını, istini, soyuğu qəbul edən sinir hüceyrələrini, səs titrəşmələrini hiss edən qulaq hüceyrələrini və qidaları həzm edən həzm sistemi hüceyrələrini və daha bir çoxunu yaratmağa davam edirlər.

Embrionun ana bətnindəki inkişafında 5-ci həftədən etibarən yaranan onurğa iliyində çox sürətli bir inkişafla saniyədə 5000 neyron yaranmağa başlanacaq. Bu hissədə daha sonra beyin meydana gələcək. (Science Vie, Mart 1995, ədəd: 190, s. 88)

Beyin hüceyrələrinin əksəriyyəti embrionun ilk beş ayında meydana gəlir və hamısı doğumdan əvvəl beyindəki lazım olan mövqelərini almış olurlar. Böyük bir sürətlə yaranan hüceyrələr bir müddət sonra mərkəzi sinir sisteminin qollarını meydana gətirməklə daha uzaqlara hərəkət etməyə başlayırlar. Ancaq bu mərhələdə hər bir neyronun sinir sistemi içində özü üçün ayrılmış hədəf yerinidəqiq tapması vacibdir. Buna görə gənc neyronların yollarını tapa bilmələri üçün mütləq bir rəhbərə ehtiyacları var. Bu rəhbərlər onurğa iliyi və beyinin inkişaf sahəsi arasında bir növ kabel şəklində uzanan xüsusi hüceyrələrdir.

Neyronlar yarandıqları yerdən çıxıb bu rəhbərlərə yapışaraq hərəkət edirlər. Özləri üçün ayrılmış olan yerləri anlayır, oraya yerləşirlər və dərhal ardınca çıxıntılar yaradaraq digər neyronlarla əlaqəyə girirlər.

Bu hüceyrələr yaranan kimi bilmədikləri bir yerə doğru yalnız özlərinə ilham edilən məlumatlar istiqamətində sanki proqramlanmış kimi hərəkət edirlər. Aydındır ki, beyinin və sinir sisteminin yaranması əsnasında baş verən heç bir hadisənin təsadüflərlə meydana gəlməsi mümkün deyil. Çünki tək bir mərhələdəki fərqlilik zəncirvari olaraq bütün sistemi ləngidir. Neyronların yaranması və sinir şəbəkəsinə çevrilməsi beyinin və ona bağlı olaraqişləyən sinir sisteminin meydana gəlmə mərhələlərindən yalnız biridir.Nəinki təkamülçülərin iddia etdiyi kimi, beyinin təsadüfən yaranması, tək bir neyronun belə təsadüflərlə yaranması mümkün deyil. Neyronları bu xüsusiyyətlərlə yaradan, lazım olduğu anda lazım olan formaya salan, gedəcəkləri yerlərə onları tək-tək yerləşdirən Allahdır. Hər insan özünün də bu mərhələlərdən keçirildiyini bilməli və Rəbbimizin onu bir insan olaraq yaratmasındakı ehtişamı görərək şükür etməlidir. Allah'ın hər şeyin Yaradıcısı olduğunu, göylərdə və yerdə Ondan başqa bir güc sahibi olmadığını ağlından bir an belə çıxarmamalıdır: "... Səni torpaqdan, sonra bir damla sudan yaradan, sonra da səni düz (əli, ayağı tutan, gücü, qüvvəti yerində) bir insan edən (Allah)ı inkarmı etdin? Lakin, O Allah mənim Rəbbimdir və mən Rəbbimə heç kimi şərikqoşmaram." (Kəhf surəsi, 37-38)

DANIŞMA MÖCÜZƏSİ

Danışdığınız hər sözün möcüzəvi bir sistem sayəsində reallaşdığını heç düşündünüzmü?

Bir şey söyləmək istədiyiniz anda beyninizdən gələn bir silsilə əmr səs tellərinizə, dilinizə və oradan da çənə əzələlərinizə gedir. Beynin danışıq mərkəzlərini əhatə edən bölgədanışıq prosesində iştirak edən bütün əzələlərinizə lazım olan əmrləri göndərir. İlk əvvəl ağciyərləriniz "isti hava" təmin edir. İsti hava danışığın xam maddəsidir. Hava burnunuzdan daxil olur, burun boşluğu, boğaz, nəfəs borusundan sonra bronxlara, oradan da ağciyərlərinizə keçir. Havadakı oksigen ağciyərlərinizdə qana qarışır. Karbondioksit də xaric edilir.

Ciyərlərinizdən geri qayıdan hava boğazınızdan keçərkən, səs telləri deyilən iki toxuma qıvrımı arasından keçir. Bu tellər bir növ pərdəyə bənzər və bağlı olduqları kiçik qığırdaqların təsirinə görə hərəkət edirlər. Siz danışmazdan əvvəl səs telləriniz açıq vəziyyətdədir. Danışdığınız zaman tellər bir yerə gətirilir və nəfəs verdikdə çıxan hava ilə titrəyir. Ağız və burun quruluşunuz səsinizin özünəməxsus xüsusiyyətlərini təyin edir. Siz sözləri bir-birinin ardınca sıralayıb danışarkən diliniz damağınıza müəyyən miqdarda yaxınlaşıb uzaqlaşır, dodaqlarınız da büzülüb yayılır. Bu proseslərdə bir çox əzələniz böyük bir sürətlə hərəkət edir. Danışa bilməyiniz üçün bu proseslərin hər birinin əksiksiz reallaşması lazımdır. Bu fövqəladə proseslər ağlasığmaz bir sürət içində və qüsursuzca reallaşarkən sizin bunlardan xəbəriniz belə olmur.

HƏYAT BOYU DAVAM EDƏN SÜRƏTÇIXARMA: DNT

Bütün gün ərzində siz heç fərqində deyilkən, bədəninizdə sizin həyatınızın problemsiz olaraq davam etməsi üçün böyük həssaslıq və məsuliyyətləbir çox proseslər baş verir, qüsursuz nəzarət altında tədbirlər alınır.

Hüceyrələr bölünərək çoxalırlar. Belə ki, insan bədəni başlanğıcda tək bir hüceyrə olduğu halda, bu hüceyrə bölünür və nəticədə 2-4-8-16-32... nisbətində çoxalmağa başlayır.

Bəs bu bölünmə prosesi nəticəsində DNT necə olur? Hüceyrədə tək bir DNT zənciri var. Halbuki, yeni yaranan hüceyrənin də bir DNT-ə ehtiyacı olacağı aydındır.

Bunun üçün DNT hər mərhələsi ayrı bir möcüzə olan ardıcıl bir funksiya yerinə yetirir. Nəticədə, hüceyrənin bölünməsindən qısa bir müddət əvvəl özünün bir nüsxəsini çıxarır və bunu yeni hüceyrəyə köçürür!... (dntmocuzesi.com)

Hüceyrənin bölünməsi ilə əlaqədar aparılan tədqiqatlar göstərir ki, hüceyrə bölünməzdən əvvəl müəyyən bir böyüklüyə çatmaq məcburiyyətindədir. Bu müəyyən böyüklük sərhədini keçdiyi anda isə bölünmə müddəti öz-özündən başlayır. Hüceyrənin forması bölünməyə uyğun şəkildə olur. DNT də bir az əvvəl ifadə etdiyimiz kimi, özünün sürətini çıxarır.

Bunun mənası belədir: Hüceyrə bir bütün olaraq bölünməyə "qərar verir" və hüceyrənin içindəki fərqli hissəciklər bu bölünmə qərarına uyğun olaraq hərəkət etməyə başlayırlar. Hüceyrənin belə kollektiv bir işi bacaracaq şüura sahib olmadığı aydındır. Bölünmə prosesi gizli bir əmrlə başlayır və başda DNT olmaqla, hüceyrə buna görə hərəkət edir. DNT özünü çoxaltmaq üçün əvvəl qarşılıqlı iki hissəyə ayrılır.

Bu hadisə olduqca maraqlı bir şəkildə reallaşır. Quruluşu spiralvari bir nərdivana bənzəyən DNT molekulu bu nərdivanın pillələrinin ortasından zəncirbənd kimi ikiyə ayrılır. Artıq DNT iki yarım hissəyə bölünmüşdür. Hər iki hissənin də əskik olan yarıları mühitdə hazır olan hissəciklərlə tamamlanır. Beləcə, iki yeni DNT molekulu yaradılmış olur. Prosesin hər mərhələsində ferment deyilən və sanki inkişaf etmiş robotlar kimi işləyən ekspert zülallar öz funksiyalarını yerinə yetirirlər. Sürətçıxarma əsnasında ortaya çıxan yeni DNT molekulları nəzarət edici fermentlər tərəfindən dəfələrlə yoxlanılır. Hər hansı bir səhv varsa,dərhal müəyyən edilir. Yanlış şifrə qoparılıb yerinə doğrusu gətirilirək düzəldilir. Bütün bu proseslər elə sürətlə baş verir ki, dəqiqədə 3.000 pillə nukleotid yaranarkən, bir tərəfdən də bütün bu pillələr fermentlər tərəfindən dəfələrlə yoxlanılır və lazım olan düzəlişlər edilir. Böyük sürətlə yaranan yeni DNT molekulunda xarici təsirlər nəticəsində normadan artıq səhvlər edilə bilər. Bu dəfə isə hüceyrədəki ribosomlar DNT-dən gələn əmr istiqamətində DNT təmir fermentləri yaratmağa başlayırlar. Beləcə, DNT həm öz-özünü qoruyur, həm də özünün vənəslininartmağını zəmanət altına alır.

Maraqlı olan isə DNT-in həm yaranmasını təmin edən, həm də quruluşuna nəzarət edən bu fermentlərin yenə DNT-də qeydli olan məlumatlara görə və DNT-in əmr və nəzarəti iləyaranmış zülallar olmasıdır. Bu iç-içə keçmiş elə möhtəşəm bir sistemdir ki, belə bir sistemin addım-addım yaranan təsadüflərlə bu hala gəlməsi heç bir şəkildə mümkün deyil. Çünki fermentin olması üçün DNT-in olması, DNT-in olması üçün də fermentin olması, hər ikisinin olması üçün isə hüceyrənin pərdəsindən digər bütün kompleks hissəciklərinə qədər əksiksiz olaraq mövcud olması lazımdır.

QARACİYƏR: BƏDƏNİMİZDƏKİ MÜSTƏQİL FABRİK

Qaraciyərinizin tək bir hüceyrəsində 500 fərqli kimyəvi prosesbaş verir. Millisaniyələr (saniyənin mində biri) içində qüsursuz mərhələlərlə baş verən bu proseslərin çoxu laboratoriya şərtlərində hələ təqlid edilə bilinmir. Qaraciyər hüceyrəsi yediyimiz qidaların hamısını hüceyrələrimizin istifadə edə biləcəyi enerji olan şəkərə, yəni qlikozaya çevirir. İstifadə edilməyən şəkəri yağa çevirib depolayır. Şəkər olmadıqda isə zülalları və yağları şəkərə çevirib hüceyrələrə ötürür.

Biz istədiyimiz hər növdə yeməyi yeyərkən, qaraciyər bu yeməkləri bədənimizin ehtiyacına görə sərf edir, çevirir və ya depolayır. İlk insan yaranandan indiyə qədər trilyonlarla qaraciyər hüceyrəsi eyni şüurla və çaşmadan hərəkət edir.

Qaraciyərin özünü bərpa etmə qabiliyyəti

Qaraciyər insan bədənindəki öz-özünü bərpa etmə qabiliyyətinə sahib olan yeganə orqandır. Qaraciyərin 70%-i kəsilsə belə, bir-iki həftə içində təkrar funksiyalarını yerinə yetirəcək həcminə qayıdar.

Qaraciyər hüceyrələri hər hansı bir zədə və ya zərər gördükləri zaman gözlənilməz fəaliyyətə başlayaraq, birdən-birə çoxalmağa başlayırlar. Hüceyrələr inanılmaz sürətdə bölünür və normal funksiyalarını maneəsiz yerinə yetirirlər. Funksiya yerinə yetirildikdən sonra hüceyrə bölünməsinin nə vaxt dayanacağına ortaq bir qərarla birdən son qoyulması isə daha da təəccüblüdür.

DİLDƏKİ KOMPLEKS SİSTEMLƏR

Professor Jozeph Brand dad bilmə duyğusu üzərində apardığı tədqiqatlarla tanınmış bir alimdir. Brandın fikrincə, dilimizin üzərinə qoyulan bir şeyin dadını bilməyimiz yalnız 0.2-0.5 saniyə davam edir. Göz açıb-bağlamaqdan daha qısa olan bu zaman ərzində nələrin reallaşdığı əsrlərdir ki, araşdırılır. Hal-hazırda isə dad bilmə prosesinin yalnız ana xəttləri məlumdur. Dad bilmə yediyimiz qidalara aid dad qarışıqlarının tüpürcək içində ərimələri ilə başlayır. Duzlu qidaların dadının daha sürətli qəbul edilməsinin səbəbi duzun tüpürcək içində digərlərinə görə daha tez əriməsidir. Hətta qidaların qoxusunun alınması ilə tüpürcək vəziləri sekresiyalanmağa başlayır və dil dad bilməyə hazır hala gəlir. Dad bilmədəki hər detal kimi bu mərhələ də vacibdir. Düşünün ki, bu sekresiya olmasaydı, quru qidaların dadını bilməyəcəkdik. Bu sekresiya həzm və müdafiə etmə sistemlərinə köməkçi olan zülal və fermentlər ehtiva edir. Bu sekresiyanın üzərində aparılan bütün tədqiqatlar bu mayenin quruluşunun olduqca mürəkkəb olduğunu ortaya qoyur.

Yeməklərdəki dad molekulları ilə dildəki dad hüceyrələri arasındakı xəbərləşmə hüceyrənin təpəsindəki mikrovillus adlı tükə bənzər hissədəicra edilir. Mikrovilluslar (dad tükcükləri) dad məsamələrindən dilin üzərini örtən selikli qişaya çıxırlar. Dad hüceyrələrinin reseptorları dad tükcüklərinin üzərində yerləşir. Diqqət yetirin, dad məsamələrinin diametri təxminən millimetrin mində dördü qədərdir.

Dad qarışıqları eyni zamanda xəbər daşıyan molekullardır. Funksiyaları daşıdıqları informasiyanı, dad hüceyrəsinin selikli qişasının üzərindəki reseptorlara və ya ion kanallarına çatdırmaqdır. Bu mərhələdə molekulyar və hüceyrə səviyyəsində baş verən proseslər Miami Universitetinin Professoru Stephen Roperin bildirdiyi kimi, hələ tədqiqat mərhələsindədir. Bir çox fərqli dad qarışığına qarşılıq olaraq, fərqli informasiya yolları mövcuddur. Yəni şirin, turş, acı, duzlu kimi fərqli dadlar üçün müxtəlifinformasiyaşəbəkələri qurulur. Başqa bir ifadəylə, dad hüceyrələri birdən çox sayda informasiya çatdırmaq üsuluna sahibdir və hal-hazırda bunların yalnız bir qismi elmə məlumdur.

BƏDƏNİMİZDƏKİ SU MİQDARINI TƏNZİMLƏYƏN GİZLİ PROSESSOR

Əgər tərləmə, ya da su içməmə səbəbindən bir miqdar su itkisinə məruz qalsaq, qandakı su sıxlığı aşağı düşəcək. Əgər bədəninizə xüsusi bir sistem qurulmamış olsa, qanınızdakı suyunmiqdarı nə qədər düşürsə düşsün, sizin bundan xəbəriniz olmayacaq və bir müddət sonra fərqində olmadan susuzluqdan ölə bilərsiniz. Bəs qanınızdakı su miqdarının aşağı düşdüyü necə məlum olur və lazımi tədbirlər necə alınır?

Beynin hipotalamus bölgəsinə çox xüsusi reseptorlar yerləşdirilmişdir. Bu reseptorlar hər saniyə, hətta siz bu yazını oxuyarkən belə, qanınızdakı su miqdarını ölçürlər. Əgər qandakı su miqdarının azaldığını müəyyən etsələr dərhal fəaliyyətə keçirlər. Hipotalamusdakı qəbuledici hüceyrələr qandakı su miqdarının azaldığını müəyyən etdikləri anda dahiyanə bir yola müraciət edirlər. Hipofiz vəzisindəki antidiuretik hormon (ADH) çox xüsusi bir xəbər verici molekulu istifadə etməyə qərar verir. Bu informasiya böyrəkdəki milyonlarla mikro kanalın ətrafında olan hüceyrələr üçün yazılmışdır və bu hüceyrələrə "sidik mayesindəki su molekullarını tutun" əmrini verir.

Bu xəbərləşmə sistemi sayəsində sidikdəki su molekullarının böyük bir hissəsi təmizlənir və təkrar qana qarışdırılır. Nəticədə sidik miqdarı azaldılmış və bədənə müəyyən ölçüdə su qazandırılmış olur.

Əgər normadan çox su içsək bu dəfə mexanizm tam əksinə işləyir. Qandakı su miqdarı yüksəlir. Bu yüksəlmə nəticəsində hipotalamusdakı reseptorlar ADH hormonunun sekresiyalanması prosesini yavaşladır. ADH hormonu azalarkən böyrəklərdəki suyun geri udulması da azalır. Sidik mayesi artır və qandakı su miqdarı tarazlıqda saxlanılmış olur.

ADH hormonunun bir xüsusiyyətidə qan damarlarını daralda bilməsi və beləcə qan təzyiqini artıra bilməsidir. Bu da çox xüsusi hazırlanmış təhlükəsizlik sistemidir və insanın xüsusi bir yaradılışla var edildiyinin başqa bir dəlilidir. Bu təhlükəsizlik sistemi üçün yenə geniş diametrli bir planlama mövcuddur. Ürəyin qulaqcıq bölgəsinin və ürəyə gələn damarların içinə qan təzyiqini ölçən çox xüsusi qəbul edicilər yerləşdirilmişdir. Bu qəbul edicilərdən çıxan kabellər, yəni sinirlər də hipofiz vəzisinə bağlanmışdır. Normal qan təzyiqi altında bu qəbul edicilər davamlı olaraq xəbərdar edilir və hipofiz vəzisinə dayanmadan bir elektrik cərəyanı göndərirlər. Bu elektrik siqnallarının hipofizə çatması ADH hormonunun sekresiyalanmasına mane olur. Bu sistemi infraqırmızı şüalardan istifadə edərək qurulansiqnalizasiya sistemlərinə bənzədə bilərik. Əgər oğru fərqində olmadan bu şüa dəstələrindən birinə toxunsa işıq şüaları və qəbul edici arasındakı əlaqə kəsilər. Ciddi bir qanama vəziyyətində insan çox qan itirər və damarlarındakı qan miqdarı azalar. Bu da qan təzyiqinin düşməsi mənasına gəlir ki, aşağı qan təzyiqi xəstə baxımından çox təhlükəli nəticələrə yol aça bilər.

Qan təzyiqi düşdüyü anda damarlardakı və ürəkdəki qəbuledicilərin hipofizə göndərdikləri siqnal da kəsilir. Bu da hipofizin həyəcan vəziyyətinə keçməsinə və ADH hormonu ifraz etməsinə səbəb olur. ADH hormonu dərhal qan damarlarının ətrafındakı əzələlərin sıxılmasına səbəb olur və bu proses qan təzyiqinin yüksəlməsini təmin edir. Bu çox kompleks, bir-birinə bağlı şəkildə işləyən və bir çox hissədən ibarət olan sistemin üzərində düşünülməsi lazım olan bir çox xüsusiyyəti var.

KOD ADI: ŞİFRƏ AÇAN

Bədənimizdəki həzm prosesinin başladığını anlayan mədəaltı vəzi eyni zamanda yediyimiz yeməklərin növlərini də ayırd edə bilir. Həzm prosesi başladığı anda isə yediyiniz fərqli yeməklərə görə fərqli həzm fermentləri istehsal edə bilir. Məsələn, makaron, çörək kimi karbohidratlı qidalar yediyiniz zaman mədəaltı vəzin ifraz etdiyi ferment karbohidrat parçalayıcı xüsusiyyətə malikdir. Bu qidalar on iki barmaq bağırsağına çatdıqda, mədəaltı vəzi karbohidrat parçalayıcı sayılan "amilaz" adlı fermenti istehsal edir. Əgər qırmızı ət, balıq və toyuq kimi qidalar yeyirsinizsə, mədəaltı vəzi zülallı yemək yediyinizi dərhal anlayır. Yenə bu qidalar on iki barmaq bağırsağına çatdıqda bu dəfə zülalları parçalayacaq fərqli fermentlər olaraq "tripsin, kimotripsin, karboksipeptidaz, ribonükleaz və deoksiribonükleaz" istehsal edir və bu fermentlər zülal molekullarına hücum edir. Əgər yeməyinizin yağ nisbəti çoxdursa, bu fermentlərlə birlikdə "lipaz" adlı yağları həzm edən bir ferment də fəaliyyətə başlayır.

Göründüyü kimi, bir orqan yediyiniz yeməyin nələrdən meydana gəldiyini anlayıb, daha sonra bu qidaların həzm edilməsi üçün lazım olan kimyəvi mayeləri ayrı-ayrı yaradır və bunları yalnız lazım olduğu anlarda ifraz edir. Mədəaltı vəzi karbohidrat molekulu üçün zülal parçalayıcı və ya yağ molekulu üçün karbohidrat parçalayıcı maye ifraz etmir. Öz istehsal etdiyi kompleks mayelərin kimyəvi düsturlarını unutmur. Qarışığı meydana gətirən hər hansı bir maddəni əskik tutmur. Sağlam insanlarda mədəaltı vəzi hər zaman düzgün şəkildə fəaliyyət göstərir.

İndi bu prosesi mikro səviyyədə təkrar araşdıraraq qarşımızdakı möcüzənin ölçülərini daha yaxşı görək.

Hüceyrələrin məktublaşması

Mədədə həzm davam edərkən mədə hüceyrələri boş dayanmırlar. Bu hüceyrələrdən bəziləri mədədə həzm edilən qidanın bir müddət sonra onikibarmaq bağırsağına çatacağını bilirlər. Bu hüceyrələr həyatlarını qidaların insan üçün ən yaxşı şəkildə həzm edilməsinə həsr ediblər. İçlərindəki məsuliyyət duyğusu ilə hərəkətə keçən mədə hüceyrələri mədəaltı vəzi hüceyrələrinə məktub yazmağa (hormon ifraz etməyə) və bu hüceyrələri köməyə çağırmağa qərar verirlər. Ardınca yazdıqları məktubları qan yolu ilə mədəaltı vəziyə göndərirlər.

Qana göndərilən məktub bədən içində səfər edir.Bu səfər əsnasında mədəaltı vəzisinə gəldiyi zaman mədəaltı vəzi hüceyrələri məktubu tanıyır və dərhal açırlar. Burada maraqlı cəhət ondan ibarətdir ki, qan yolu ilə demək olar ki, bütün bədəni gəzdiyi halda, məktub digər orqanların hüceyrələri tərəfindən açılmır və oxunmur. Bütün hüceyrələr bu məktubun mədə altı vəzi üçün yazıldığını, özlərinəaid olmadığını bilirlər. Çünki məktubun üzərində mədəaltı vəzinin ünvanı var.

Möcüzə yalnız ünvanın doğru yazılması ilə məhdud deyil. Mədə hüceyrəsinin göndərdiyi məktubun içində bir də mesaj var. İnsan bədəninin dərinliklərində, bir-birlərindən çox uzaqda olan iki kiçik canlı (hüceyrə) məktublaşır və xəbərləşir. Bir-birlərini heç görmədikləri halda, bir-birlərinin hansı dildən anladıqlarını bilirlər. Özü də bu xəbərləşmə bir məqsəd üçündür. İki hüceyrə birləşir və yediyiniz qidaların həzm edilməsi üçün plan tərtib edirlər. Şübhəsiz ki, bu bir möcüzədir.

Çatan məktubu (kolesistokinin hormonunu) oxuyan mədəaltı vəzi heç gözləmədən bu məktubdakı əmrə itaət edir. Dərhal qidaların həzm edilməsi üçün lazımlı fermentləri ifraz etməyə başlayır. Əgər on iki barmaq bağırsağına çatan qida zülaldırsa, zülal parçalayan ferment istehsal edir. Əgər qida karbohidratdırsa bu dəfə karbohidrat parçalayan ferment istehsal edir və bu fermenti onikibarmaq bağırsağına göndərir.

ZAMANI TƏNZİMLƏYƏN VƏ CİNSİYYƏTİ FƏRQLƏNDİRƏ BİLƏN HORMONLAR

Beyinin hipotalamus bölgəsi doğuşdan etibarən çox xüsusi bir prosesi yerinə yetirmək üçün illərlə gözləyir. Ən doğru zaman, yəni uşaqlıqdan yetkinlik çağına keçmə zamanı gəldikdə hipotalamusun içində sanki bir saat zəng çalır. Bu, hipotalamusun yeni bir vəzifəyə başlama zəngidir. Əslində bu saat bənzətməsi alimlərin mövcud bir hadisəni açıqlamaq və aydınlaşdırmaq üçün istifadə etdikləri bir açıqlamadır. Hipotalamusun içində əlbəttə bir saat yoxdur. Ancaq bir ət parçası illərlə gözləyib ən doğru zamanı gəldikdə hərəkətə keçirsə, bunun üçün ən uyğun bənzətmə hipotalamusun içində bir saat olduğudur.

Bununla birlikdə hipotalamus xüsusi bir hormon (GnRH) ifraz edir. Bu hormon da hipofiz vəziyə iki hormonun ifraz olunmaəmrini verir. Hormonların ifraz olunması üçün ən ideal zaman gəlmişdir. İfraz olunan hormonlar Folikül Xəbərdaredici Hormon (FSH) və Luteinləşdirici Hormondur (LH). Bu iki hormonun çox əhəmiyyətli vəzifələri və möcüzəvi qabiliyyətləri var. Hər ikisi də kişi və qadın bədəninin fərqlənmə və fiziki yetkinləşmə müddətini başladırlar. Bu çox əhəmiyyətli bir təfərrüatdır. Çünki FSH və LH hormonları bu dəyişməni təmin edəcək bölgələrə uyğun olaraq hazırlanmışlar. İki hormon da nə etmələri lazım olduğunu çox yaxşı bilirlər.

FSH hormonu qadın bədənində, yumurtalığın içində olan yumurta hüceyrələrinin yetkinləşməsini və inkişafını təmin edir. Başqa bir vəzifəsi də bu bölgədən çox əhəmiyyətli başqa bir hormonun, astrogen hormonunun ifraz olumasını təmin etməkdir. Eyni düsturla kişi bədənində də ifraz olunur. Ancaq bu dəfə tam fərqli təsirlərə gətirib çıxarır. Sperma hüceyrələrini xəbərdar edir və sperma istehsalını başladır. LH hormonunun qadın bədənindəki vəzifəsi yetkinləşən yumurtanın sərbəst buraxılmasını təmin etməkdir. Həmçinin qadınlarda progesteron adlı başqa bir hormonun ifraz olunmasını təmin edir. Bu hormonunun kişi bədənində isə fərqli bir funksiyası var. Sperma hüceyrələrindəki bir qrup xüsusi hüceyrəni xəbərdar edir və testosteron adlı hormonun ifraz olunmasını təmin edir. Bu hormonların fərqli cinslərin bədənlərində eyni düsturla istehsal olunmaları və hər cinsdə bir-birlərindən tamamilə fərqli təsirlərə sahib olmaları əlbəttə çox düşündürücüdür.

DİZAYN MÖCÜZƏSİ BURUN

Qoxu havada molekul olaraq gəzir. Nəfəs alarkən havadakı oksigenin yanında bu molekullar da buruna daxil olur. Hava ilə daşınan "qoxu molekulları" qoxu epitelindəki qəbul edicilərə çatdıqda buradakı hüceyrələr xəbərdar edilir. Xəbərdar edilən hüceyrə beyinə elektrik siqnalı göndərir. Beyin qoxu molekulu ilə deyil, yalnız özünə çatan elektrik siqnalı ilə təmasda olur. Elektrik siqnalı üçün beyinin etdiyi şərhi insan qoxu hesab edir.

Burun gözəl qoxulu çiçəklərin və ya iştah açan yeməklərin qoxularını qəbul etməyimizi təmin etməklə yanaşı, çox əhəmiyyətli funksiyaları olan bir orqanımızdır. Tənəffüs etdiyimiz hava ilə birlikdə havadan aldığı oksigeni bədənimizin bütün hüceyrələrinə daşıyan qan arasındakı təməl əlaqə yollarından biridir. Qısacası, burun həm qoxu bilmə orqanı, həm də tənəffüs yollarının başlanğıcı olaraq böyük əhəmiyyət daşıyır. İki hissədən ibarət olan burunun içində "silə" deyilən tükcüklər və "mukus" adı verilən bir sekresiya var. Hava burundan içəri girdikdə bunlarla qarşılaşır və dərhal analiz edilir. Havadakı molekullar araşdırılır və beyinə çatdırılaraq qoxunun nə olduğu təyin olunur və ona görə reaksiya verilir. Bu proseslərin hamısı sadəcə 30 saniyə kimi çox qısa bir müddət içərisində baş verir.

Burnun içində aerodinamik baxımdan da qüsursuz bir dizayn var. Hava içəri daxil olduqdabirbaşa nəfəs borusuna getmir. Burun sanki bir kondensioner kimi çox xüsusi filtr sistemləri ilə çöldən gələn çirkli, isti, soyuq, ya da nəmli havanı ağciyərlər üçün hazırlayır. Burundakı xüsusi qıvrımlı quruluş sayəsində hava burada dövr edir. Beləcə burun çəpərində olan tükcüklərə və damar şəbəkəsinə daha çox təmas etmiş olur.Bu qıvrımlı sistem sayəsində burun gündə 15 m3 havanı süzür, təmizləyir, nəmləndirir və isidir. Bu miqdar təxminən bir otağın içindəki havaya bərabərdir. Lakin burada çirkli hava deyilərkən ağla yalnız tozlu hava gəlməməlidir. Havayla birlikdə gələn tozun yanında bakteriya, tozcuqlar və s. kimi təxminən 20 milyard xarici maddənin bədənə daxil olması burundakı xüsusi sistem sayəsində əngəllənmiş olur. Tozlarını və hər cür zərərli bakteriyalarını burundakı kondensioner sistemində buraxan hava bu əməliyyatdan sonra hər burun dəliyindəki üç qıvrımlı hissəciyin üstündən keçir. Burundakı tükcüklərə ilişən xarici maddələr bu dəfə də buradakı mukusun antibakterial təsiri ilə zərərsiz hala gətirilir. Hava bu qıvrımlara keçdikdə istiqamətini dəyişdirir və burun boşluğunun divarına daxil olur. Bura keçdikdə isə mukus mayesi içində saxlanılır. Tənəffüs havasının xarici cisimlərdən təmizlənməsi çox əhatəli və çox həssas proseslərdir. Ən kiçik bir səhvə və ya unutmağa izn verilmir. Çünki bir bakteriyanın və ya zərərli bir cismin ağciyər kimi həssas bir orqana keçə bilməsi insanın səhhətində mənfi təsirlər yarada bilər. Ancaq bunlara baxmayaraq, zərərli cisimlərin burundan keçməyi bacarması ehtimalına qarşı, ikinci bir qoruma mexanizmi də var. Əgər burun boşluğunu keçə bilən cisimlər olsa, bunlar da tənəffüs yollarında ilişib qalırlar.