HEYVANLARDAKI YARADILIŞ DƏLİLLƏRİ

CANLILARDAKI QEYRİ-ADİ BİRLİK DUYĞUSU

Canlıların təhlükə anında qurduqları birliyin özbaşına reallaşdığnı söyləmək ağıl sahibi bir insan üçün mümkün deyil. Bu canlıların hər birinə sahib olduqları qabiliyyətləri verən və necə davranacaqlarını ilham yolu ilə öyrədən Allah'dır.

Heyvanların birlik halında yaşamalarının ən böyük üstünlüklərindən biri təhlükələrə qarşı daha çox qorunmanın təmin edilməsidir. Çünki birlik içində yaşayan heyvanlardan hər hansı biri təhlükəni sezdikdə səssizcə hadisə yerindən qaçmaq yerinə var gücü ilə ətrafındakı digər heyvanları da xəbərdar edir. Hər bir canlı növünün özünə xas bir xəbərdarlıq üsulu var. Məsələn dovşanlar və bəzi marallar təhlükəni sezdikdə ətrafındakı heyvanları xəbərdar etmək üçün quyruqlarını qısır, ceyranlar isə tullanaraq rəqs edirlər.

Bəzi kiçik quşlar düşmənlərini gördükdə dərhal ötərək həyəcan siqnalı verir. Sarı asma quşu kimi bəzi növlər həyəcan siqnalı verərkən dar tezlik aralığı olan və ucadan bir səs çıxarır. İnsan qulağı bunu incə fit səsi kimi qəbul edir. Bu səsin ən əhəmiyyətli xüsusiyyəti isə qaynağının, yönünün aydın olmamasıdır. Bu, sürüsünü xəbərdar edən quş üçün əhəmiyyətli bir üstünlükdür. Çünki quş əslində düşməni gördükdə qışqıraraq bütün diqqəti üzərinə çəkmiş olur. Amma səsin istiqaməti müəyyən olmadığı üçün təhlükə nisbətən azalır. Sürü halında yaşayan böcəklərdə də təhlükəni ilk sezən böcək bütün sürünüxəbərdar edir. Ancaq təhlükəni xəbər verən böcəyin yaydığı həyəcan qoxusu düşmənin də diqqətini çəkir. Başqa sözlə, sürünü təhlükəyə qarşı xəbərdar edən böcək özünü ölüm təhlükəsi altına qoyur.

Çöl itləri böyük sürü halında yaşayırlar. Sanki bir şəhər halına çevrilmiş olan yuvaları təxminən 30 heyvanın yaşadığı hissələrə ayrılmışdır. Bu şəhərdəki heyvanların hamısı bir-birini tanıyır. Hər zaman tunel xaricində və girişlərdə olan təpəciklərin üzərində hər istiqaməti görə biləcək şəkildə arxa ayaqları üzərində dayanmış keşik tutan heyvanlar olur. Növbətçilərdən biri düşmən görsə, fit şəklində dayanmadan hürür. Bu xəbərdarlıq digər növbətçilər tərəfindən təkrarlanır və xəbərdarlıq bütün şəhər tərəfindən eşidilərək həyəcan vəziyyətinə keçilməsini təmin edir.

Burada əvvəlcə bir şeyə diqqət etmək lazımdır. Canlıların bir-birlərini fədakar cəhdlərlə xəbərdar etməsi əlbəttə düşündürücüdür. Ancaq daha da vacibi bu heyvanların hər birinin bir-birlərini anlamasıdır. Yuxarıda danışdığımız canlılardan biri, məsələn dovşan quyruğunu havaya qaldırdığı zaman, ətrafındakı digər canlılar onun bir təhlükə siqnalı verdiyini dərhal anlayır və buna görə tədbir alırlar.

Burada göz ardı edilə bilməyəcək dərəcədə şüurlu davranışlardan bəhs edilir.Bunun tək izahı canlılara etdikləri bu ağıllı davranışları öyrədənin və tətbiq etdirənin hər şeyin yaradıcısı olan, yaratdıqlarını qoruyan, sonsuz şəfqət və mərhəmət sahibi olan Allah olduğudur.

Canlılar təhlükələrə qarşı birlikdə mübarizə aparırlar

Sürü halında yaşayan bir çox heyvan növü təhlükə anında bir-birlərini xəbərdar etməklə yanaşı, təhlükəyə qarşı da birlikdə mübarizə aparırlar. Məsələn, kiçik quşlar, şahin və ya bayquş kimi yırtıcı quşların bölgələrinə girdikdə kütləvi şəkildə bu heyvanları mühasirəyə alırlar. Bu vaxt ətrafdakı digər quşları da bölgəyə çəkmək üçün xüsusi səs çıxarırlar. Kiçik quşların kütləvi şəkildə göstərdikləri təcavüzkar hərəkətlər yırtıcı quşları tamamilə bölgədən uzaqlaşdırır.

Bir yerdə uçan quş sürüsü də eyni şəkildə bütün sürü üzvləri üçün təhlükəsizlik təmin edir. Məsələn, sürü halında uçan sığırçınlar aralarında geniş bir məsafə buraxaraq uçurlar. Ancaq bir şahin gördükdə aralarındakı boşluqları bağlayırlar. Beləliklə şahinin sürüyə hücum etməsini çətinləşdirirlər. Şahin bunu etsə belə uğurlu ola bilmir, qanadlarını şikəst edir və ovlaya bilmir. Ümumi olaraq bir zebra sürüsü hücuma məruz qaldıqda sürünün lideri olan zebra geridə qalır və dişilər ilə dayçalar qabaqda qaçır. Erkək zebra arxada ziqzaqlar çəkərək qaçır, hətta bəzən geri qayıdıb təcavüzkar heyvanları qovur.

Müşk öküzləri da bir təcavüzkarla qarşılaşdıqda qaçmaq əvəzinə, özlərinə təhlükəsizlik çevrəsiyaradırlar. Bütün qrup üzvləri düşmənə arxa çevirmədən geri-geri gedərək bir dairə halına gəlirlər. Balalar bu dairənin mərkəzindədir və analarının uzun tüklərinin altında gizlənirlər. Yetkinlər balalarını əhatəyə alaraq, onların təhlükəsizliyini təmin etmiş olurlar. Təcavüzkarların üzərinə atılan bir müşk öküzü hücumdan sonra balaları qoruyan dairənin dağılmaması üçün yerinə geri qayıdır.

Əlbəttə, canlıların öz iradələri iləbu birliyi reallaşdırdıqlarını söyləmək ağıl sahibi bir insan üçün mümkün deyil. Bu həqiqətlər qarşısında qəbul edəcəyimiz nəticə budur: Təbiətdəki hər şey sonsuz elm və qüdrət sahibi bir Yaradıcının əsəridir. O Yaradıcı bütün canlıları, insanları, heyvanları, böcəkləri, bitkiləri, canlı-cansız bütün varlıqları yaradan Allah'dır. O, üstün bir qüdrət, şəfqət, mərhəmət, ağıl, elm və hikmət sahibidir. İnsan Allah'ın ayələri üzərində haqqı ilə düşünməlidir. Ayələrdə belə buyurulur: "Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allah'a həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir." (Casiyə surəsi, 36-37)

CANLILARDA MÜKƏMMƏL MÜDAFİƏ ETMƏ TAKTİKASI: KAMUFLYAJ

Hər canlı özünü müdafiə edə biləcəyi fərqli qabiliyyətlərlə birlikdə yaradılmışdır.Bəziləri çox sürətli və çevikdir; düşmənlərindən qaçaraq xilas olur. Bəziləri yerindən tərpənə bilmir; amma möhkəm zirehlərlə örtülüdür. Bəziləri özünü ilana bənzədən tırtıl kimi fövqəladə "qorxutma" bacarıqlarına sahibdir. Bəziləri zəhərli, yandırıcı, ya da pis qoxulu qazlar püskürür. Bir qismi də ölü təqlidi edə biləcək qabiliyyətdə yaradılmışdır. Allah bəzi canlıları yaşadıqları mühitdə gizlənə biləcəkləri formaya və naxışlara sahib olaraq yaratmışdır.Bir yarpaqla, ya da bir ağacın naxışları ilə fövqəladə bənzərlikdə bədənlərə sahib olan canlılar bu sayədə düşmənlərindən gizlənməyi bacarırlar. Allah'ın bu heyvanlara verdiyi "kamuflyaj" qabiliyyəti o qədər mükəmməldir ki, mövzu ilə əlaqədar bir çox şəkilin bir bitkiyə, yoxsa bir heyvana aid olduğunu anlamaq və ya o mühitin içində canlını seçə bilmək demək olar ki, qeyri-mümkündür. Növbəti sətirlərdə veriləcək nümunələrdə də açıq-aşkar görünəcəyi kimi kamuflaj xüsusi şəkildə planlanıb "yaradılmış" müdafiə etmə mexanizmidir.

Kamuflyaj Allah'ın yaratdığı kainatda heç bir "ziddiyyət və uyğunsuzluq" olmadığını və Onun güc, ağıl və elminin sonsuz olduğunu göstərən nümunələrdən yalnız biridir. "Mülk" surəsində Allah kainatdakı qüsursuz tarazlığı belə ifadə etmişdir: "... Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çat, nöqsan) görə bilərsənmi?! Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir." (Mülk surəsi, 3-4)



Şəkillərdəki ilanları yarpaqdan seçə bilirsinizmi?

Qurumuş yarpaqdır, yoxsa kəpənək?

İlk baxışda qurumuş bir yarpaq zənn edilən bu şəkil əslində bir kəpənəyə aiddir. Damarlardan çürümüş bölgələrə və rənglərə qədər hər cür incəliyi üzərində daşıyan bu yarpağa bənzəyən qanadlar kəpənəklər üçün qorunma təmin edir. (www.canlilardakamuflyaj.com)

Kəpənəyin yarpağa belə qeyri-adi bir şəkildə (yarpağın damarları və qurumuş hissələri belə buraxılmadan) bənzəməsinə "təsadüf" deyib keçmək, əlbəttə, mümkün deyil. Kəpənəyin öz-özünü "yarpaqlaşdırdığını" qəbul etmək isə məntiqə sığmayan bir iddiadır.

Mövsümə və yerə görə dəyişən tük rəngi

Mühitə görə rəng dəyişdirmə prosesi heyvanların bədənlərində yaradılmış olan olduqca kompleks mexanizmlər sayəsində reallaşır. Günəşdə qalan insan dərisinin qızarıb-tündləşməsinə bənzədilə biləcək bu mexanizmlər heyvanların dəri və tüklərində rəng dəyişikliklərinə gətirib çıxarır.

Əsas olan bu tük dəyişməsinin heyvan üçün böyük bir qorunma mexanizmi meydana gətirməsidir. Qışın qarlı günlərində ağ, digər mövsümlərdə torpaq rəngində olan tüklər kamuflaj yönündə böyük üstünlük təmin edir.

Bunun əksi də ola bilər və heyvan qışda torpaq rəngi və ya yazda ağ qala bilərdi. Ya da heç rəng dəyişdirməyə bilərdi. Qısacası, rənglərin mövsümlərə görə dəyişməsində ağıl və hesab var. Bədənimizin günəşdə yanmasına maneola bilmədiyimiz (xüsusi qorunma üsulları xaric) kimi, heyvanlar da bədənlərindəki dəyişikliyi idarə etmək qabiliyyətinə sahib deyillər. Bunu heyvanın özünün hesablayıb idarə etməsi mümkün deyil. Şübhəsiz ki, Allah bu canlıları belə bir qorunma mexanizmi ilə birlikdə yaratmışdır. (www.dusuneninsan.biz)

Yarpaqlar arasında gizlənən çəyirtkələr

Yarpaqla qidalanan çəyirtkələrin ömrü təbii olaraq yarpaqların arasında keçir. Rəngləri yarpağın rənginə bənzədiyindən, ən böyük düşmənləri olan kərtənkələ və quşların çəyirtkələri fərq etmələri mümkün olmur. Beləcə çəyirtkələr təhlükəsizlik içində həyatlarını davam etdirir və qidalanırlar.

Əlbəttə ki, çəyirtkələrin yarpaqların yanında dayana-dayana "yarpaqlaşdığını" heç kim iddia edə bilməz. Ya da öz-özlərini "yarpaqlaşdırdıqlarını"...

Aydındır ki, yarpaq yeyən çəyirtkələr həyatlarını davam etdirmələri üçün belə bir kamuflaj xüsusiyyəti ilə birlikdə yaradılmışlar. Bu hər şeyi ən gözəl və qüsursuz yaradan Rəbbimizin sənətidir.

Uçan sincablar

Sincablar daha çox Avropa qitəsindəki meşələrdə yaşayırlar. Boyları 25 sm, yəni sizin əllərinizlə iki qarışdır. Bədənlərinin arxasında, demək olar ki, öz boyları qədər uzun yuxarı doğru dayanan, geniş və gur tüklərdən ibarət olan quyruqları var. Sincab bu uzun quyruğu sayəsində tarazlığı pozulmadan ağacdan ağaca tullanır. Kiçik iti dırnaqları sayəsində ağaclara dırmaşa bilən sincab bir budağın üstündə qaça bilir, baş aşağı yellənə bilir və o şəkildə irəliləyə bilir. Xüsusilə boz sincablar bir ağacın ən ucdakı budağından 4 metr uzaqdakı başqa bir ağacın budağına belə rahatlıqla tullana bilirlər. Havada uçarkən də qollarını və qıçlarını açaraq sanki bir planer kimi hərəkət edirlər. Bu əsnada yastılaşan quyruqları isə həm tarazlıqlarını təmin edir, həm də istiqamətlərini nizamlayan bir sükan funksiyası yerinə yetirir. Hətta özlərini 9 metr yüksəklikdən boşluğa buraxıb dörd ayaq üzərində yerə yumşaq eniş edə bilirlər.

Bəs sincab bu çətin hərəkətləri necə bacarır?

Bütün bunlar sincabın arxa ayaqlarını, məsafələri çox yaxşı nizamlaya bilən iti gözlərini, güclü pəncələrini və tarazlıq qurmasına yarayan quyruğunu istifadə etməsi sayəsində mümkün olur. Heç düşündünüzmü, sincaba bu xüsusiyyətləri verən kimdir? Sincab bu şəkildə yaşaması lazım olduğunu haradan bilir? Sincabların əllərinə cədvəl alıb meşədəki hər ağacın hündürlüyünü və ya ağac budaqlarını ölçmələri mümkün olmadığına görə, sincablar ağacdan ağaca tullanarkən məsafələri necə nizamlayırlar? Həmçinin, sincablar necə özlərini şikəst etmədən, ya da yaralanmadan bu qədər sürətli hərəkətlərlə tullana bilirlər?

Əlbəttə, bunları edənlər sincabların özləri deyil. Heç şübhəsiz bu sevimli heyvanları sahib olduqları bütün xüsusiyyətlərlə birlikdə yaradan və onlara bunları istifadə etməni öyrədən yaradıcımız olan Allah'dır. "... törədib-yaydığı canlılarda düşünən insanlar üçün ayələr var." (Casiyə surəsi, 4)

HEYVANLARIN YUVALARI

Heyvanların, xüsusilə də balaların qorunmasında "yuvalar"ın çox əhəmiyyətli funksiyası var. Bu səbəbdən bir çox canlı növü çox heyrətamiz texnikalardan istifadə edərək, çox sayda arxitekturalı yuvalar tikirlər. Yuvaların inşaa edilməsində çox fərqli texnikalar istifadə edilir. Heyvanlar çox vaxt bir memar kimi plan qurur, mühəndis kimi texniki həllər gətirir, bəzən də bir dekorator kimi yuvalarını bəzəyirlər. Çox vaxt bu heyvanlar yuvalarını hazırlaya bilmək üçün gecə-gündüz heç dayanmadan çalışırlar. Əgər yoldaşları varsa, əmək bölgüsü edərək bir-birlərinə kömək edirlər. Ən çox diqqət göstərilən yuvalar isə yeni dünyaya gələn balalar üçün hazırlanan yuvalardır.

Yuvaların hazırlanma texnikaları, şüuru və zəkası olmayan bir canlıdan gözlənilməyəcək qədər mükəmməldir. Bu yuvaların, heyvanların öz zəkaları ilə hazırlana bilməyəcəkləri çox açıqdır. Çünki heyvanların bu yuvaları qurmadan əvvəl bir çox mərhələni planlamış olmaları lazımdır. Əvvəlcə yumurtalarının və ya balalarının təhlükəsizliyi üçün bir yuvaya ehtiyacları olduğunu təyin etmələri lazımdır. Daha sonra isə yuva üçün ən uyğun yeri müəyyən etməlidirlər, heç bir canlı yuvasını təsadüfi bir yerdəqurmur.

Yuvanın quruluşu və istifadə edilən materiallar da mühitə görə "xüsusi olaraq" seçilir. Məsələn, dəniz quşları su kənarlarında yaşadıqları üçün ani su basqınlarına qarşı suya basdırılmayan və suda üzə bilən otlardan ibarət olan xüsusi yuvalar qururlar. Qamışlıqların olduğu sahələrdə yaşayan quşlar isə küləkdə yelləndikdə yuvadakı yumurtaların düşməməsi üçün geniş və dərin yuvalar hazırlayırlar. Bununla yanaşı, çöl quşları yuvalarını istiliyin ətrafa görə ən az 10°C daha aşağı olduğu kolluqların təpəsinə qururlar. Çünki əks halda yer səviyyəsində 45°C olan istilik balalar üçün sanki bir soba təsiri yaradacaq və qısa müddətdə ölmələrinə səbəb olacaq.

Balalar üçün xüsusi yuvalar

Canlılar üçün balalarının həyatı çox əhəmiyyətlidir. Yumurtladıqdan və ya bala çıxardıqdan sonra tək məşğuliyyətləri balalarıdır. Balaların qorunmasına çox böyük diqqət göstərirlər. Bəzi quşlar balalarını qorumaq üçün bir yuva qurmaqla kifayətlənmir, ətrafa çox sayda "saxta yuva" qururlar. Bunun səbəbi, balaların böyüdüyü əsl yuvanı saxta yuvalar arasında gizləmək və düşmənin diqqətini fərqli yuvalara çəkməkdir. Bu əlbəttə ki, quşların öz zəkasından qaynaqlanması mümkün olmayan, çox incə planlanmış bir yanıltma taktikasıdır.

HÖRÜMÇƏKDƏKİ DƏLİLLƏR

Yer üzündə yüzlərlə növ hörümçək yaşayır. Bu kiçik heyvanlar bəzən yuvasının statik hesablamalarını aparan bilən inşaat mühəndisi, bəzən üstün dizaynlar edən bir memar, bəzən qeyri-adi güclü və elastik iplər, öldürücü zəhərlər, əridici turşular istehsal edən bir kimyagər, bəzən də çox hiyləgər taktikalarla ov edən ovçu olaraq qarşımıza çıxırlar. Təbiətdəki bütün canlılar kimi hörümçəklərin davranışlarını, məsələn ovlama üsullarını, müdafiə etmə taktikalarını araşdırıb, bu mövzuda təfərrüatlı məlumatlar əldə etdikcə heyrətamiz nümunələrlə qarşılaşırıq.

Bütün canlılar həyatlarını davam etdirə bilmək üçün ağıllı davranışlar nümayiş etdirirlər. Qabiliyyət, bacarıq, üstün manevr qabiliyyəti kimi müəyyən olunan bu davranışların ortaq xüsusiyyəti isə hər birinin mütləq surətdə ağıl tələb edən davranışlar olmalarıdır. Bir insanın ancaq öyrənmə, bacarıq və təcrübə kimi xüsusiyyətlərlə qazanacağı qabiliyyətlər bu canlılarda ilk doğulduqları andan etibarən var. Bu xüsusiyyətlərin hamısını onlara verən, onları ağıllı davranacaqları, şüurlu hərəkət edəcəkləri şəkildə yaradan güc Allah'dır. Allah bütün təbiətdəki canlılarda saysız-hesabsız nümunəsini gördüyümüz ağılın tək sahibidir. Canlılara nələr etmələri lazım olduğunu ilham edən Allah'dır.

Hörümçəklərin ovlama üsulları

Bir çox insan hörümçəkləri yalnız ovlamaq üçün tor quran heyvanlar olaraq tanıyırlar. Bu əskik bir məlumatdır, çünki bir memarlıq və mühəndislik möcüzəsi olan bu tor hörümçəklərin ovlamaq üçün istifadə etdikləri tək üsul deyil. Hörümçəklər tor hörməklə yanaşı, ovlamaq üçün çox fərqli taktikalar da istifadə edirlər.

Kəmənd ataraq ovlayan hörümçək

Hörümçək növləri içində ən maraqlı ovlama üsullarından birinə "Bolas" hörümçəklərində rast gəlinir. Bolas hörümçəkləri ovunu kəməndlətutur. Bolas hörümçəyinin ovlaması iki mərhələli olaraq reallaşır. İlk mərhələdə hörümçək ucunda yapışqan olan bir ip hazırlayıb pusquya durur. Bu yapışqan ip daha sonra bir kəmənd kimi istifadə ediləcək. Bu vaxt hörümçək ovunu özünə çəkmək üçün çox xüsusi bir kimyəvi maddə də yayır. Bu dişi güvələrin erkəklərini cütləşməyə çağırmaq üçün ifraz etdikləri "feromon" adlı maddədir. Saxta çağırışa aldanan erkək güvə qoxunun gəldiyi qaynağa doğru yönəlir. Hörümçəklərin görmə hissiyyatı çox zəifdir, ancaq güvənin uçarkən çıxardığı titrəşmələri qəbul edə bilirlər. Bu sayədə hörümçək ovunun özünə doğru yaxınlaşdığını hiss edir. Burada diqqət çəkici məqam Bolas hörümçəyinin, demək olar ki, kor olduğu halda, havada asılı dayanaraq öz istehsal etdiyi bir kəmənd vasitəsilə uçan bir canlını tuta bilməsidir.


Bolas hörümçəkləri insan gözünün sezmədiyi qədər sürətlə kəmənd atdıqlarına görə bu şəkili ancaq xüsusi texnika ilə çəkmək mümkün olmuşdur

Qoxuya aldanan qurbanın yaxınlaşmasıyla birlikdə ovdakı ikinci mərhələ başlayır. Hörümçək ayağını geriyə çəkərək hücum mövqeyinə keçir və birdən insan gözünün qəbul edə bilməyəcəyi bir sürətlə kəməndini yelləyir. Güvə ipin ucundakı yapışqan topa toxunur. Hörümçək ovunu yuxarı çəkir və dərhal ovunu iflic edəcək şəkildə dişləyir. Ardınca xüsusi bir ipəklə güvəni əhatəyə alır. Bu ipəyin xüsusiyyəti qidanı uzun müddət təzə tuta bilməsidir. Beləcə hörümçək ovunu, daha sonra yemək üçün təzə saxlayır. Bolas hörümçəyi necə olur ki, bu qədər ağıllı və şüurlu bir plan çərçivəsində hərəkət edir?

Həmin vəziyyət çox xüsusi bir yaradılışın olduğunu bizə sübut edir. Allah bütün canlıları, bitkiləri, heyvanları, böcəkləri yaradandır. Allah üstün qüdrət, elm, ağıl və hikmət sahibidir. Allah Quranda belə buyurur: "Həqiqətən də heyvanlarda da sizin üçün bir ibrətvardır" (Muminun surəsi, 21)

FƏDAKARLIQ

Heyvanlar dünyasının diqqət çəkici xüsusiyyətlərindən biri heyvanlardakı şüurlu və fədakar davranışlardır. Quşlar, zebralar, ceyranlar, dovşanlar, qısacası, bütün heyvanlar balalarını özlərini təhlükəyə atma bahasına qoruyurlar. Çünki Allah onları bu şəkildə yaratmışdır. Bütün canlılar Allah'ın vəhyi ilə hərəkət edirlər.

Heyvanların balaları çox vaxt qayğıya və qorunmağa möhtac olaraq doğulurlar. Ümumiyyətlə kor və ya tüksüz olan, hələ ovlama qabiliyyəti olmayan balalar, əgər valideynləri və ya sürülərindəki digər yetkinlər tərəfindən qorunmurlarsa, qısa müddətdə aclıqdan və ya soyuqdan ölərlər. Ancaq belə bir şey olmur. Çünki heyvanlar aləmindəki yetkinlər balalarını hər cür təhlükəni nəzərə alaraq qoruyurlar. Lazım olsa öz canlarını da təhlükəyə ataraq və ya çox çətin şəraitlərdə yaşamağa risk edərək böyük fədakarlıqlar edirlər.

Balaların təhlükələrdən qorunmaları

Canlılar balalarının qorunmaları lazım olduqda çox təhlükəli və yırtıcı ola bilirlər. Əslində, bir hücum və ya təhlükə sezdikdə, daha çox balalarını alıb o bölgədən sürətlə uzaqlaşırlar. Qaçmaq üçün fürsətləri olmadıqda isə tərəddüd etmədən özlərini təcavüzkarın önünə atırlar. Məsələn, yarasalar və quşlar, balalarını yuvalarından alan tədqiqatçılara hücum etmələri ilə məşhurdurlar.

Zebralar kimi iri məməli heyvanlar isə sürülərinə kaftar kimi düşmənləri hücum etdikdə dərhal qruplara ayrılaraq dayçaları ortalarına alırlar və sürətlə qaçmağa başlayırlar. Tutulduqları təqdirdə, sürünün yetkinləri bu yırtıcı heyvanlara qarşı dayçalarını cəsurcasına qoruyurlar. Zürafələr isə hücuma məruz qaldıqda balalarını bədənlərinin altına itələyirlər və ön ayaqları ilə düşmənlərinə sərt hərəkətlərlə vururlar. Marallar və antiloplar ümumiyyətlə ürkək və həyəcanlı heyvanlardır. Balaları olmadığı zamanlarda sürətlə qaçmağa üstünlük verirlər. Ancaq balalarını qorxudan tülkü və canavarlara qarşı iti dırnaqlarını istifadə etməkdə tərəddüd etmirlər.

Daha kiçik və zəif məməlilər isə ümumiyyətlə balalarını qorumaq üçün onları gizləyir və ya etibarlı bir yerə daşıyırlar. Ancaq buna fürsətləri qalmadıqda düşmənlərini balalarından uzaqlaşdırmaq üçün təcavüzkarlaşa bilirlər. Məsələn, çox ürkək bir heyvan olan dovşan balalarına hücum edən bir düşməni uzaqlaşdırmaq üçün özünü böyük təhlükə altına atır. Balalarına hər hansı bir hücum olduqda, dərhal yuvasına qaçır və güclü arxa ayaqları ilə düşməninə bir neçə sərt təpik vurur. Bu cəsarəti çox vaxt yırtıcı heyvanı belə geri qaçırmaq üçün kifayətdir.

Həyatlarını təhlükəyə atan heyvanlar

Ceyranlar isə yırtıcı heyvanlar balalarını qovmağa başladıqda, dərhal balalarının arxasına keçirlər. Çünki yırtıcı heyvanlar ovlarını adətən arxadan yaxalayır. Ana ceyran mümkün olduğu qədər balasına yaxın hərəkət edir. Əgər yırtıcı heyvanlar yaxınlaşsalar, ana onları uzaqlaşdırır. Balası izlənilən bir ceyran, dırnaqları ilə çaqqalları cırmaqlaya bilir. Təcavüzkarları balalarından uzaqlaşdırmaq üçün qəsdən onların qarşısında qaçır.

Quş sürülərində də yetkinlər balalarını qoruma vəzifəsini böyük fədakarlıqla yerinə yetirirlər. Xüsusilə, qağayılar bu quş sürüləri üçün təhlükə meydana gətirirlər. Yetkin bir və ya iki quş güc nümayişi edərək qağayıları qaçıra bilirlər. Ümumiyyətlə, yetkin quşlar bala quşları növbə ilə qoruyurlar və vəzifələrini yerinə yetirdikdən sonra daha uzaq sularda qidalanmaq üçün o bölgədən ayrılırlar. Marallar, əgər balalarına hücum edən düşmənlərinin öhdəsindən gələ bilməyəcəklərini hiss edirlərsə, özlərini heç çəkinmədən düşmənlərinin önünə atır və ov olaraq düşmənin özlərini qovmasını təmin edirlər. Beləliklə düşməni balalarından uzaqlaşdırırlar. Bir çox heyvan eyni taktikanı istifadə edir. Məsələn, dişi pələng özlərinə doğru ovçu bir heyvanın yaxınlaşdığını gördükdə, balalarının yanından ayrılır və dərhal düşməninin diqqətini öz üzərinə çəkir. Yenotlar isə düşmənlərinin gəldiyini gördükdə balalarını ən yaxındakı ağacın üzərinə daşıyırlar və daha sonra sürətlə ağacın üzərindən aşağı enərək düşmənlərinin üzərinə hücum edirlər. Onları uzun müddət arxalarından sürüyür və balalarından kifayət qədər uzaqlaşdırdıqlarına əmin olduqda, düşmənlərini sovuşduraraq dərhal səssizcə balalarının yanına qayıdırlar. Əlbəttə ki, bu davranışları hər zaman yüzdə yüz müvəffəqiyyətlə nəticələnməyə bilər. Balalar xilas olsa belə, valideynlər balaları uğrunda ölümə gedə bilərlər.

Yaralı təqlidi edən quşlar

Bəzi quşlar isə "yaralı təqlidi" edirlər və beləliklə, düşmənlərinin diqqətini balalarının üzərindən yayındıraraq öz üzərlərinə çəkirlər. Bir düşmənin yaxınlaşdığını görən dişi quş səssizcə yuvasından uzaqlaşır. Düşməninin önünə gəldikdə yerdə çırpınmağa və bir qanadını yerə vurmağa başlayır. Quş yerdə çarəsizcəsinə çırpınan kimi görünür. Ancaq hər zaman tədbirli davranır və düşmənin çata biləcəyi məsafənin önündə dayanır. "Yaralı" quşu asan bir ov olaraq görən yırtıcı heyvan ovunu yaxalamağa çalışarkən, yuvadan bir xeyli uzaqlaşdırılmış olur. Ovçu yuvasından kifayət qədər uzaqlaşdıqda, dişi quş bir anda təqlid etməyi buraxır və təcavüzkar heyvan quşa çatarkən dişi quş birdən qanadlanaraq uçur. Bu "teatr səhnəsi" adətənçoxinandırıcıdır. İtlər, pişiklər, ilanlar və hətta digər quşlar belə bu oyuna aldanırlar. Quşların "yaralı quş" ssenarisinə bu gün də alimlər heç bir açıqlama gətirə bilmirlər.

Bir quş belə bir ssenarini öz-özünə hazırlaya bilərmi? Bunun üçün quşun çox şüurlu bir varlıq olması lazımdır. Bu davranış hər şeydən əvvəl təqlid, zəka və qabiliyyət tələb edir. Həmçinin bir heyvanın özünü tərəddüdsüz düşməninin önünə ata bilməsi üçün çox cəsarətli olması lazımdır. Maraqlı olan isə odur ki, bu quşlar bu davranışı başqalarından görərək təqlid etmirlər. Bu müdafiə etmə taktikasına və qabiliyyətinə doğuşdan sahibdirlər.

Bu heyvanların belə şüurlu, şəfqətli, mərhəmətli hərəkət etməsini təmin edən, onları bu xüsusiyyətləri ilə yaradan göylərin və yerin Rəbbi olan Allah'dır. Allah bu canlılara ilhamıyla sonsuz şəfqət və mərhəmətinin nümunələrini göstərir. Allah Quranda qullarına Özünü belə tanıdır:

"O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Həşr surəsi, 24)

DELFİNLƏR
Birliyə əsaslanan ictimai həyat

Delfinlər çox böyük qruplar halında yaşayırlar. Etibarlı bir qoruma üçün dişilər və balalar belə bir qrupun düz ortasında hərəkət edirlər. Qrupun xəstə üzvü tək buraxılmır, ölənə qədər qrupun içində olur. Bu güclü birlik bağı yeni bir bala qrupa qatıldığı ilk gündən etibarən başlayır. Delfin balaları əvvəl quyruqları çölə çıxacaq şəkildə doğulurlar. Bu sayədə doğum tamamlanana qədər balanın havasızlıqdan ölməsi önlənmiş olur. Delfin başı doğum kanalından çıxan kimi, ilk nəfəsini alması üçün sürətlə su səthinə çıxarılır. Adətən, kömək məqsədi ilə ana delfinə başqa bir dişi delfin də yoldaşlıq edir. Dişi delfin doğumdan sonra balasını əmizdirir. Süd əmmək üçün dodağı olmayan bala kiçik ağız zərbələri ilə anasının qarnındakı yarığa toxunaraq xaricə fışqıran südlə bəslənir. Bala hər gün onlarla litr süd içir. Bu südün 50% - i yağdan ibarətdir. (inəklərdə isə südün 15% - i yağdır). Bu sayədə, balanın bədən istiliyini tənzimləmək üçün lazım olan yağ təbəqəsi sürətlə formalaşır.

HÖRÜMÇƏK
İpəyin gizli kimyəvi quruluşu

Düşünək… Kiçik bir canlının istehsal etdiyi ip necə olur ki, insanın əsrlərlə əldə etdiyi təcrübə ilə istehsal etdiyi kauçuk, ya da polad kəndirlərdən daha üstün xüsusiyyətlər daşıya bilir? Hörümçək ipini bu qədər üstün edən cəhət ipəyin kimyəvi quruluşunda və istehsalında gizlidir. Hörümçək iplərinin xammaddəsi hörgülü helezonik amin turşusu zəncirlərindən ibarət olan "keratin" adlı zülaldır. Keratin saç, dırnaq, tük, dəri kimi bir-birindən çox fərqli maddələrin xammalıdır və meydana gətirdiyi bütün maddələrdə qoruyucu xüsusiyyəti ilə ön plana çıxır. Həmçinin keratinin elastik hidrogen bağlarla bağlanmış amin turşularından meydana gəlməsi də bu maddələrə çox böyük elastiklik qazandırır. Bu elastiklik Amerikanın məşhur elm jurnallarından "Science News"da belə bir bənzətmə ilə təsvir edilir: "Hörümçək ipindən meydana gəlmiş, insan ölçülərində balıq toruna bənzər bir şəbəkə təyyarəni yaxalaya bilər."

Hörümçəklərin quyruqlarında altı hissədən ibarət olan və ipək kisəsi deyilən bir bölgə var. Kisələrin hər birində fərqli sekresiyalar istehsal olunur. Bu kisələrin sekresiyaları fərqli kombinasiyalarda birləşərək, fərqli növdəki ipək ipliklərini meydana gətirirlər. Kisələr arasında isə mükəmməl uyğunluq var. İpək istehsalı əsnasında hörümçəyin bədənində olan və çox inkişaf etmiş xüsusiyyətlərə sahib nasoslar və təzyiq sistemləri istifadə edilir. İstehsal olunan xam ipək kran kimi işləyən hissələrdən lif şəklində çölə axıdılır.

Hörümçəklərin istehsal etdikləri ipək qeyri-adixüsusiyyətə sahibdir. Gərilmə elastiklikləri çoxdur. Bu səbəbdən, hörümçək ipəyini qırmaq üçün lazım olan enerji digər bütün bioloji materiallardan on qat daha çoxdur.

MƏDƏDƏ TÖRƏYƏN QURBAĞALAR

Avstraliyada yaşayan rheobatrachus silus növünə aid olan qurbağaların istifadə etdiyi çoxalma üsulu Allah'ın canlıları üstün dizaynlarla yaratdığının başqa bir nümunəsidir. Dişi rheobatrachuslar dölləndikdən sonra öz yumurtalarını udurlar. Amma bu yumurtalarla qidalanmaq üçün deyil, onları qorumaq üçün... Yumurtalardan çıxan çömçəquyruqlar mədədə qaldıqları 6 həftə boyuncadaim inkişaf edirlər. Bəs necə olur ki, çömçəquyruqlar uzun müddət həzm edilmədən mədədə qala bilirlər?

Allah bunun üçün qüsursuz bir sistem yaratmışdır. Əvvəlcə ana qurbağalar bu 6 həftəlik çoxalma mövsümündə yeməyi, içməyi dayandırırlar. Bu sayədə mədələri yalnız balalara ayrılmış olur. Ancaq başqa bir təhlükə, mədənin daimi ifraz etdiyi hidroxlorik turşu və mədə şirəsidir. Bu sekresiyaların balaları çox qısa müddətdə parçalayıb öldürməsi lazımdır. Ancaq buna qarşı xüsusi tədbir görülmüşdür. Ana qarnındakı mayelər yumurta kapsulalarından, daha sonra da çömçəquyruqlardan ifraz olunan "prostaqlandin E2" adlı sekresiya ilə təsirsiz hala gətirilir. Beləcə balalar turşu hovuzu içində üzmələrinə baxmayaraq,təhlükəsiz şəraitdə böyüyürlər.

Bəs bu çömçəquyruqlar analarının mədəsində nə ilə qidalanırlar? Bu problemə qarşı da xüsusi həll yaradılmışdır. Bu növə aid yumurtalar digər qurbağa növlərinin yumurtalarına nisbətən böyükdür. Bunun səbəbi isə yumurtaların içinə balanı qidalandırmaq üçün zülal cəhətdən çox zəngin yumurta sarısı təbəqəsi yerləşdirilmiş olmasıdır. Bu yumurta sarısı balaları 6 həftə boyuqidalandırmaq üçün kifayətdir. Doğum anı da qüsursuzca hazırlanmışdır. Balalar mədədən çıxıb xarici dünyaya addım atarkən, ananın yemək borusu eynilə doğum zamanı kimi genişlənir. Balalar çölə çıxdıqdan sonra isə ana yemək yeməyə başlayır və mədə əvvəlki halına qayıdır.

METAMORFOZADAKI DƏLİLLƏR

Bəzi canlılar həyatlarının fərqli dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşacaqlarını təmin edən fiziki dəyişikliklər keçirirlər. Bu fərqliləşmə müddətinə biologiyada metamorfoza (başqalaşma) adı verilir. Bu müddət biologiya və təkamülün iddiaları mövzusunda çox məlumat sahibi olmayan insanlar tərəfindən bəzən təkamül nəzəriyyəsinə dəlil kimi göstərilməyə çalışılır. Metamorfozanı "təkamül nümunəsi" kimi göstərən qaynaqlar mövzu haqqında məlumatsız seqmentləri yanıltmağa istiqamətlənmiş, dar əhatəli, səthi propaqanda kitabları və ya bəzi cahil şəxslərdir. Təkamül mövzusunda əsas sayılan, başqa sözlə, təkamülün təməl qanunları və ziddiyyətləri mövzusunda da təfərrüatlı məlumat sahibi olan alimlər isə bu cür gülünc iddiaları gündəmə gətirməkdən çəkinirlər. Çünki nə qədər yanlış və gülünc bir iddia olduğunu bilirlər ...

Kəpənək, ağcaqanad, arı kimi canlılar metamorfoza keçirən canlılardan bəziləridir. Həyatı suda başlayan daha sonra quruda davam edən qurbağalar da metamorfozaya bir nümunədir. Bu fərqliləşmənin təkamüllə heç bir əlaqəsi yoxdur. Çünki təkamül nəzəriyyəsi canlılardakı fərqliləşmələri təsadüflərlə reallaşan mutasiyalarla izah etməyə çalışır.

Halbuki, metamorfoza təkamülün bu təməl iddiası ilə heç bir oxşarlığı olmayan, təsadüflə, mutasiya ilə əlaqəsi olmayan, əvvəldən planlanmış bir mərhələdir. Metamorfozanı reallaşdıran faktor təsadüf deyil, o canlıda hələ doğulduğu andan etibarən mövcud olan genetik məlumatdır. Məsələn, qurbağada, bu canlı hələ sudakı həyatını davam etdirərkən, daha sonra quruda davam edən həyatıyla bağlı məlumat genetik sistemdə mövcuddur. Ağcaqanadın da pup və yetkin hallarındakı quruluşu və funksiyaları hələ sürfə mərhələsində olarkən genetik şifrəsində var. Bu vəziyyət metamorfoza keçirən bütün canlılara aid edilir.

Son illərdə metamorfoza haqqında aparılan elmi tədqiqatlar metamorfozanın fərqli genlər tərəfindən nəzarət edilən kompleks mərhələ olduğunu müəyyən etmişdir. Məsələn, qurbağanın metamorfoza keçirməsində yalnız quyruqla bağlı əməliyyatlar "bir düjndən çox gen" tərəfindən nəzarət edilir. Bu o deməkdir ki, bu mərhələ bir çox hissənin bir-birilə uyğunlaşması sayəsində reallaşa bilir. Bu xüsusiyyəti ilə metamorfoza yaradılışın dəlili olan "çevrilə bilməyən komplekslik" xüsusiyyəti daşıyan bioloji mərhələdir.

Böcəklərdəki kimyəvi ünsiyyət: FEROMENLƏR

Qarışqalar yuvalarını, balarıları da şanlarını çox uzaqlara da getsələr səhv etmədən tapırlar. Bəzi böcək sürfələri təhlükə zamanı dərhal bir yerə toplanaraq qorunurlar.

Bütün böcək növlərində cütləşmək istəyən erkək və dişilər uzaq məsafələrdə də olsalar, bir-birlərini asanlıqla tapırlar. Bütün bu davranışlardakı ortaq cəhət isə hamısının bir növ xəbərləşmə sisteminə sahib olmasıdır.

Böcəklərin xəbərləşmək üçün istifadə etdikləri işarənin adı feromendir. Feromenin mənası "hormon daşıyıcısı"dır. Bu maddə eyni növün üzvləri arasında istifadə edilən kimyəvi maddədir. Adətən xüsusi vəzilərdə istehsal edilərəkətrafa yayılırlar. Həmin maddə böcəklərin bir-birləriləünsiyyətini təmin edir və davranışlarında dəyişikliklərə səbəb olur.

Feromenlər əvvəllər hormonlarla demək olar ki, eyni hesab olunurdu. Feromenlərin bədəndənifraz olunmaları onları hormonlardan ayıran xüsusiyyətlərdəndir. Çox fərqli funksiyaları yerinə yetirən feromenlər olduğu kimi, müxtəlifqarışıqlarda olanları da var. Yayılma qabiliyyətləri olduqca yüksək olan feromenlər 7-8 km kimibir uzaqlıqdan da təsir edə bilirlər. Uzaqlıq, istilik, külək və nəm kimi faktorlar da feromenlərin təsirini azaldıb çoxalda bilir.

Feromenlər iz buraxma, işarələmə, xəbərdar edilmə, toplanma, birlikdə yaşayan böcəklərdə kraliça yetişdirilməsində istifadə edilirlər. Qoxu yolu ilə təsirli olan cinsiyyət feromenləri də mövcuddur. Feromen istifadə edərək xəbərləşən canlılarla bağlı veriləcək məlumatlar içində düşündürücü bir məqam da var: Hər növün istifadə etdiyi düstur özünəməxsusdur. Həmçinin bu düsturların ehtiva etdikləri maddələr dəfərqlidir. Həm bu maddəni ifraz edən, həm də sekresiyalanan maddə ilə çatdırılmaq istənilən informasiyanı qəbul edən canlı bu düsturdan xəbərdardır. Həmçinin, başqa növə aid düsturları həll edən və təqlid edən canlılar da var.

Feromenlər yolu ilə hərəkətedəncanlılar arasında ən geniş yayılanları arı, qarışqa, termit kimi birlikdə yaşayanböcəklərdir. Bu canlılardan quruda yaşayanlar izlərini torpaqda buraxırlar. Bu kimyəvi izlər böcəklərin gəzişdiyi bütün mühitlərdə: ağaclarda, budaqlarda, yarpaqlarda və meyvələrdə ola bilər. Havadakı izlər isə uçan böcəklər tərəfindən buraxılır və müntəzəm olaraq yenilənmələri lazımdır. Qoxu yolu ilə təsirli olan cinsiyyət feromenləri bu qrupa daxildir.

Bəs bu canlılar yaydıqları bu xüsusi qoxunu necə istifadə edirlər?

Böcəklər ölçülərinin kiçikliyi, uça bilmə və sürətli hərəkət edə bilmə kimi xüsusiyyətlərinə görə çox geniş sahələrə yayıla bilən canlılardır. Bu xüsusiyyətləri törəmələri üçün ilk anda problemkimi görünə bilər. Ancaq bu vəziyyət feromenlər sayəsində aradan qalxmışdır. Bir çox böcək öz növündən başqa bir böcəyin varlığını yaydığı feromeni sayəsində kəşf edə bilir və onun izinidavam edə bilir. Bir canlı yalnız yaydığı qoxu sayəsində öz növünə aid canlıların yerini müəyyən edir, harada olmasından asılı olmayaraq, cütləşmək üçün öz cütünü tapa bilir. Ancaq bu canlılar, nə belə xüsusi qoxuları inkişaf etdirən bir mühitə sahibdir, nə də xüsusi yaratma qabiliyyəti olan şüura. Əgər yalnız 1-2 sm uzunluğundakı böcək ətrafındakılarla ünsiyyət qura bilən qoxu yarada bilir və bu qoxunu kilometrlərləuzaqdan ayırd edərək verilən informasiyanı qəbul edə bilirsə, bu bizə ağıllı müdaxilənin mövcud olduğunu göstərir. Qarşımızdakı hər gözəllik, hər qüsursuzluq və hər dizayn nümunəsi də bizi şübhəsiz üstün və güclü olan, hər şeyi ən mükəmməl şəkli ilə yaradan bir Yaradıcıya aparmalıdır. Bu Yaradıcı şübhəsiz bu canlılara qoxu yayma və bu yolla xəbərləşmə qabiliyyəti verən aləmlərin Rəbbi olan Allah'dır.

KENQURU BALASININ DÜNYAYA GƏLMƏSİ

Kenquruların çoxalma sistemi digər məməlilərdən fərqlidir. Kenquru embrionu bətndə keçirməsi lazım olan mərhələnin bir qismini bətnin xaricində tamamlayır. Döllənmədən təxminən 33 gün sonra bir santimetr uzunluğunda olan kenquru balası dünyaya gəlir. Bu mərhələni bütün məməlilər ana bətnində keçirərkən, kenquru balası hələ bir santimetr uzunluğunda olarkən, kifayət qədərinkişaf etməmişdünyaya gəlir. Ön ayaqları qeyri-müəyyən halda, arxa ayaqları da kiçik çıxıntılardan ibarətdir.

Doğulan bala təxminən üç dəqiqəlik səfərdən sonra anasının kisəsinə çatır. Digər məməlilər üçün ana bətni nədirsə, kiçik kenquru üçün də bu kisə odur. Amma çox vacib bir fərq var. Digərləri dünyaya körpə olaraq gələrkən, kenquru balası bətndən çıxdıqda forma etibarilə embriondur. Ayaqları, üzü və bir çox üzvü hələ tam formalaşmamışdır.

Anasının kisəsinə çatan bala dörd məmə ucundan birinə yapışır və süd əmməyə başlayır. Bu dövrdə ana yenidən cütləşmə dövrünə girmiş və əlavə yeni bir yumurta meydana gəlmişdir. Döllənmədən 33 gün sonra paxla böyüklüyündəki yeni bir bala da doğulur və eyni qardaşı kimi sürünərək kisəyə çatır.

Bir kenquru balalarına verəcəyi südün hansı nisbətdə hansı qida maddələri olacağını hesablaya bilməz. Hesablasa belə, bunu öz bədənində istehsal edə bilməz. Ananın bu işi şüurlu olaraq tənzimləməsi qeyri-mümkündür. Bu möcüzə aləmlərin Rəbbi Allah'ın üstün yaratmasının dəlillərindən yalnız biridir.