BİTKİLƏRDƏKİ YARADILIŞ DƏLİLLƏRİ

TORPAQDAN LƏZZƏTİN ÇIXARILMASI

Bir meyvə ağacında və ya hər hansı bir bitkidə insanın nail ola bilməyəcəyi qədər yüksək ağıl, məlumat və texnologiya var.

Toxumun içindəki məlumat, yaradacağı ağacın şəkil və quruluşunu özündə cəmləyir. Bundan daha da maraqlı olan toxumun ağacın bar verəcəyi meyvənin məlumatlarına da sahib olmasıdır. Meyvə isəhəqiqətən də bir möcüzədir. Meyvənin ən vacib xüsusiyyəti insanın dad zövqünə və sağlamlığına tam uyğun olmasıdır. Hər meyvə özünə xas bir ləzzətə və qoxuya malikdir. Həmçinin, rəngləri də çox estetik və cazibədardır. Bununla yanaşı, hər meyvə mükəmməl bir "qabıq"la örtülmüşdür; naringi, portağal və ya banan, hamısı çox gözəl və soyulması asan "qabıq"lara sahibdirlər.

Məsələn, portağal çox acı ola bilərdi. Ya da çox dadlı olsa da, çox pis qoxusu ola bilərdi. Rəngi də palçıq rəngi ola bilərdi. Halbuki, hər meyvənin özünə xas gözəl dadı və qoxusu olur və bu dad və qoxuları torpaqdan əldə etdikləri maddələrlə əldə edirlər. Torpağın çox yaxşı ətri yoxdur, dadı isə pisdir. Ancaq ağac bu palçıq yığını içindən özünə lazımlı olan maddələri seçir, bunları kimyəvi proseslərdən keçirərək dad və qoxular istehsal edir.

Ağacın yaxşı qoxu və dad istehsal etdiyini söyləyirik, amma əslində hadisə daha da mürəkkəbdir. Çünki "yaxşı qoxu" və ya "yaxşı dad" kimi anlayışlar insana aid anlayışlardır və ağac öz başına dad və ya qoxunun yaxşı, yoxsa pis olduğunu bilə bilməz. Bunu bilməsi üçün insanın sahib olduğu estetik anlayışlara sahib olması lazımdır.İnsanın niyə ləzzət aldığını, hansı dadı bəyəndiyini, necə bir dil quruluşuna sahib olduğunu öyrənməsi lazımdır. Bunları öyrəndikdən sonra isə biraz əvvəl söylədiyimiz işi edəcək, yəni palçıqların içindən yığdığı maddələrlə mükəmməl kimyəviprosesi reallaşdıracaq.

Ağacın inanılmaz qabiliyyəti yalnız qoxu, dad və ya rənglə də məhdud deyil. Bu taxta parçası insan bədəninin hansı vitaminlərə ehtiyac duyduğunu da bilir və onları meyvənin içinə qoyur. Hətta bu vitamin ehtiyaclarının mövsümlərə görə nizamlandığını görürük: Qış aylarında məhsul verən; portağal, naringi kimi meyvə növlərinin tərkibində yay meyvələrinə görə daha çox C vitamini var. Məqsəd qışın soyuğuna qarşı insanı ehtiyacı olan C vitamini ilə təmin etməkdir.

FOTOSİNTEZ VƏ OKSİGEN

Atmosferdəki oksigenin təxminən 30 %-i qurudakı bitkilər tərəfindən istehsal olunarkən, geri qalan 70 %-lik hissə dənizlərdə və okeanlarda olan və fotosintez edə bilən bitkilər və tək hüceyrəli canlılar tərəfindən istehsal olunur. Fotosintez deyildikdə bir çox insanın ağlına yalnız yaşıl bitkilər gəlir, halbuki okeanlar da oksigen qaynağıdır. Burada diqqət çəkici məqam qurudakı yaşıl örtüyü davamlı yox edən insanların oksigenin əsas qaynağı olan okeanları eyni sürətlə yox edə bilməməsidir. Allah'ın fotosintez edən fərqli canlıları yaratmış olması bitib tükənməyən bir enerji qaynağına sahib olmağımızı təmin etmişdir.

Bioloji olaraq ehtiyac duyduğumuz bütün enerjini ya birbaşa, ya da otyeyən heyvanlar vasitəsilə bitkilərdən alırıq. Günəş şüası saf enerji mənbəyidir, ancaq xam olaraq o qədər də rahat bir enerji forması deyil. Bu enerjini bədəndə birbaşa istifadə etmək, ya da depolamaq mümkün deyil. Buna görə günəş enerjisinin fərqli bir enerji növünə çevrilməsi lazımdır. Məhz fotosintez bunu edir. Bu proses vasitəsilə bitkilər günəş enerjisini daha sonra istifadə edə biləcəkləri bir enerji şəklinə çevirirlər. Fotosintez prosesi yarpaqlardakı "fotosintetik reaksiya" mərkəzlərində reallaşır. Günəş enerjisi istifadə edilərək havadakı karbondioksit nişastaya və digər yüksək enerjili karbohidratlara çevrilir. Ortaya çıxan oksigen isə havaya buraxılır. Bitki daha sonra qidaya ehtiyac duyduqda bu karbohidratlarda depoladığı enerjini istifadə edir. Biz də bu bitkilərlə qidalanaraq enerji ehtiyacımızı qarşılayırıq. Belə mürəkkəb bir proses nəticəsində bütün canlıların yaşamaq üçün ehtiyac duyduqları qidaya sahib olmaları, bəzi canlıların ehtiyaclarının digər canlıların tullantıları ilə eyni olması Allah'ın sonsuz elminin və ağılının bir əsəridir: Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də (haqdan) döndərilirsiniz! (Fatir surəsi, 3)

Fotosintez və Həyat

Avtomobilinizin mühərriki günəş enerjisi ilə işləyir. Reaktiv təyyarələr günəş enerjisi sayəsində uçur. Siz də bu yazını oxuyarkən günəş enerjisi sərf edirsiniz. Əlbəttə bir az əvvəlki sətirləri oxuduqda ilk ağlınıza gələn şey avtomobilinizin benzin ilə işlədiyi, reaktiv təyyarələrinin isə təyyarə yanacağı istifadə etdikləri olacaq. Bu yazını oxumaq üçün ehtiyacınız olan enerjini də Günəşdən deyil, ən son yediyiniz qidalardan aldığınızı düşünəcəksiniz. Halbuki, benzin də, yediyiniz qidalar da, hətta yanacaq olaraq istifadə edilən odun və kömür də fotosintezdən əldə edilən enerjiyə sahibdirlər.

Necə? Bundan milyonlarla il əvvəl fotosintez edərək günəş enerjisini depolayan bitkilər və bu bitkiləri yeyən heyvanlar torpağın dərinliklərində, yüksək təzyiq altında, milyonlarla il gözlədikdən sonra bildiyimiz "neft"i meydana gətirirlər. Kömür və təbii qaz da yenə eyni şəkildə meydana gəlir. Qısacası, fotosintez sayəsində bitkilərdə depolanan günəş enerjisi milyonlarla il sonra insanların xidmətinə başqa bir yolla verilmiş olur.

Eyni şəkildə, yediyimiz qidalardan əldə etdiyimiz enerji də bitkilərin depoladıqları günəş enerjisindən başqa bir şey deyil. Heyvan mənşəli qidalardan əldə etdiyimiz enerji də yenə o heyvanların bitkilərlə qidalanaraq əldə etdikləri enerjidir. Enerjinin qaynağı hər zaman Günəş, bu enerjini insanın istifadə edəcəyi hala gətirən sistem isə hər zaman fotosintezdir.

Təəccüblü gələ bilər, amma gündəlik həyatımızda istifadə etdiyimiz bir çox vəsait məsələn kağız, pambıq və digər təbii liflərin demək olar ki, hamısı fotosintezlə çıxarılan sellülozadan meydana gəlir. Hətta yun istehsalı belə fotosintezlə gələn enerjidən asılır. Bütün bitki və heyvan mənşəli məhsullarla neft kimi üzvi maddələrdən əldə edilən saysız əlavə məhsulun qaynağı fotosintezlə gələn günəş enerjisidir.

QOZALI AĞACLAR

Qozalı ağaclar araşdırıldığı zaman insanın qara qarşı aldığı tədbirinağacların əzəldən almış olduğunu görürük. Ağacın konus şəklinin yaratdığımaillik, üzərinə düşən qarın asanlıqla yerə tökülməsinə şərait yaradır.Beləcə ağacın üzərində həddindən artıq miqdarda qar toplanmır, ağac budaqlarının qırılmasının qarşısı alınmışolur. Bunun üzərində düşünmək lazımdır. Soyuq iqlimlərdə qarın budaqlar üzərində yaradacağı təsiri hesablayan, buna görə ağac budaqlarının ən ideal mailllik ilə böyümələrini təmin edən, beləcə qarın təsirini azaldan ağıl kimə aiddir?

Ağaca? Torpağa? Yoxsa şüursuz, kor təsadüflərə? Əlbəttə ağaca bu dizaynı verən, ağacı da, bitki hüceyrələrini də, torpağı da yoxdan var edən Allah'dır.

Bu dizaynın başqa bir möcüzəvi yönü də var. Ağacın həmin quruluşu yağan qarın hamısının aşağı düşməsinə imkan vermir. Ağacın budaqları üçün təhlükəyə səbəb olmayacaq miqdarda qarın budaqların üzərində qalmasına izn verir. Bu da başqa bir məqsədə xidmət edir. Ağacın üzərində az miqdarda qalan qar ağacı soyuqdan qoruyan örtük funksiyasını yerinə yetirir və yarpaqlardan rütubətin çölə çıxmasını azaldaraq su itkisinin qarşısını alır.
Bitkilər bu müxtəliflik və fərqli strukturlarla Yaradıcımız olan Allah'ın sonsuz elm və sənətini nümayiş edirlər. Bir ayədə belə buyurulur: "O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik." (Loğman surəsi, 10)

TOXUMDAKI QEYRİ-ADİ GÜC: CÜCƏRMƏ

Toxumların çox qeyri-adi bir xüsusiyyəti var. Toxumlar aid olduqları bitkinin hər budağına, hər yarpağına, bu yarpaqların sayına, quruluşlarının necə olacağına, qabığının nə rəngdə və hansı qalınlıqda olacağına, qida və su daşıyan borularının genişliyinə, sayına, bitkinin uzunluğuna, meyvə verib verməyəcəyinə, verəcəksə bu meyvələrin dadlarına, qoxularına, quruluşlarına, rənglərinə dair bütün məlumatlara sahibdirlər. Toxumlar bütün bu məlumatları milyonlarla il saxlayır və sonrakı nəsillərinə heç bir qüsur və əskiklik olmadan ötürürlər. Bu möcüzəvi hadisəyə yaxından şahid olmaq üçün evlərimizdəki tərəvəzləri, meyvələri və çiçəkləri araşdırmağımız kifayətdir.


Torpağın yarılması

Başdan-başa bir möcüzə olan toxum yer üzünə cücərmə ilə çıxır. Cücərmə kiçik bir toxumun torpağı yarması deməkdir. Toxumun, üzərindəki ağır torpaq kütləsini yararaq zoğ verməsi insanın üzərindəki yüzlərlə kiloluq bir örtüyü heç çətinlik çəkmədən deşib keçməsinə bənzəyir. Bəs toxumun torpaqdan bu möcüzəvişəkildə çıxması necə reallaşır? Kiçik bir toxum torpağı yaracaq qüvvəti haradan tapır? Yetkinləşən bir toxum dərhal cücərmir. Toxumun cücərməsi üçün lazımi istilik, rütubət və oksigen kimi bir çox faktorun bir yerdə olması lazımdır. Bu şərtlər bir yerə gəldikdə, yuxu halındakı toxum canlanmağa başlayır. Bir toxumun cücərməsi üçün əvvəlcə suya ehtiyacı var. Çünki yetişmiş toxumlardakı maddələr mübadiləsinin aktiv hala gəlməsi, yəni böyümə prosesinin başlaya bilməsi üçün hüceyrədə sulumühit olmalıdır. Bu ehtiyac toxumların islanması ilə qarşılanır. Toxumdakı maddələr mübadiləsinin hərəkətə keçməsi ilə birlikdə kök və zoğ da böyüyür və hüceyrədə bölünmə prosesi başlayır.

Bu mərhələdə isə mütləq oksigenə ehtiyac var. Toxum oksigenli tənəffüslə enerji və istilik istehsalına başlayır. Çünki yeni yaranan bitkinin böyüyə bilməsi üçün enerjiyə ehtiyac var. Lakin toxumun hələ kökləri yoxdur. Başqa sözlə, torpaqdakı mineralları alacaq vəziyyətdə deyil. Bəs bu vəziyyətdə toxum böyüməsi üçün lazım olan qidanı necə əldə edir?


Toxumun içindəki möcüzəvi qida anbarı

Hələ kök salmamış toxum torpaqdakı mineralları qəbul edə bilmir. Hər şeyi qüsursuzca yaradan Allah, toxumun içinə kökləri inkişaf edənə qədər onu qidalandıran bir qida anbarı yerləşdirmişdir. Bu qida anbarı toxumun bütün ehtiyaclarını qarşılayır. Toxumlar bir bitki olaraq öz qidalarını istehsal etməyə hazır olana qədər vücudlarındakı bu ehtiyat qidaları istifadə edirlər.

Toxum cücərmədən əvvəl yuxu halındadır. Toxumun yuxu halında qalmasını təmin edən isə bəzi bitki hormonlarıdır. Toxum isladıldıqda embrion hüceyrələrindəki fermentlər fəaliyyətə keçərək yeni bir hormon ifraz etməyə başlayırlar. Bu hormon yuxu vəziyyətinə son qoyur və böyümə fermentləri fəaliyyətə keçir. Toxumun içində şəkər yaranır və beləcə toxumun cücərməsi üçün lazım olan enerji təmin edilmiş olur.

Bir toxumu torpağa atdıqda bütün bunlardan insanların xəbəri olmur. Bir neçə gün sonra o toxumun cücərməsinə və yavaş-yavaş bitkiyə çevrilməsinə təbii mərhələ olaraq baxırlar. Halbuki, bir toxumun cücərməsi üçün olduqca həssas proseslərin böyük bir uyğunluq içində reallaşması lazımdır.Ağırlığı "qram"larla ölçülən bir toxum üzərindəki ağır torpağı yarıb yuxarı çıxarkən heç bir çətinlik çəkmir. Toxumun tək məqsədi torpağın üstünə çıxıb işığa çatmaqdır. Cücərməyə başlayan bitkilər incə gövdələri ilə sanki üzərlərində torpağın ağırlığı yoxmuş kimi rahatlıqla gün işığına doğru istiqamət alırlar. Toxumdan çıxan hər çıxıntı hara getməli olduğunu bilir. Zoğlar torpağın üstünə, günəşə doğru irəliləyərkən, köklər də torpağın dərinliklərinə doğru yol alaraq torpaqdakı mineralları toplamağa başlayır.

Toxumdakı bu dayanıqlılıq və güc aləmləri yaradan, üstün güc sahibi Allah'ın əsəridir.

"Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk? Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz." (Vaqiə surəsi, 63-65)

ANEMON BİTKİLƏRİ VƏ BALIQLARI

Sadəcə bir anemon bitkisi bütün həyatı boyu anemon balıqlarını təhlükələrdən qorumaq üçün kifayət edir. Bu ortaqlıq balığa onu ovlamaq istəyən ovçulardan qorunma imkanı yaradır. Buna qarşılıq olaraq da anemon bitkisi, balığın artıq qalan yemək qalıqlarından faydalanır. Bu canlıları bir-birinə uyğun şəkildə yaradan Allah'dır.

Anemon bitkilərinin çıxıntıları üzərindəki yandırıcı kapsul özlərinə hər hansı bir şey toxunduğu və ya sürtündüyü anda dərhal açılır və təsiri çox güclü olan zəhər ifraz edir. Bu çox vaxt zəhəri alan canlının iflic olaraq ölməsinə səbəb olacaq qədər güclü mayedir. Anemon bitkilərinin təsir etmədiyi canlılar da var. Məsələn, anemon balıqları anemon bitkilərinin yandırıcı kapsullarının arasında yaşaya bilən nadir canlılardandır. Anemon balıqlarının üzərindəki "şəffaf maddə" bitkidəki bu yandırıcı kapsulları dayandıra biləcək xüsusiyyətdədir. Bitkiyə yaxınlaşan balıq gövdəsini yavaş-yavaş anemonlara toxudurmağa başlayır.

Üzərindəki şəffaf maddə sayəsində zəhərdən çox təsirlənməyən anemon balığının məqsədi yandırıcı kapsulların üzərində partlamasını təmin etməkdir. Anemon balığı bir neçə sınaqdan sonra zəhərə qarşı immunitet qazanır. Yeni doğulan və anemon bitkilərinə qarşı heç bir immuniteti olmayan balıqlar da digərlərinin keçdiyi mərhələlərdən keçirlər. Anemon balıqları bu sınaqları təsadüfən etməyə qərar vermiş olsalardı nə olardı? Birinci, ya da daha sonrakı sınaqlarında balıq partladacağı kapsul sayını bilməyəcəyi üçün çox zəhər alıb ölərdi. Halbuki, belə olmamışdır. İlk ortaya çıxdıqlarından etibarən anemon bitkiləri və balıqları birlikdə qüsursuz bir uyğunluq içində yaşayırlar.