MİKRODÜNYADAKI YARADILIŞ DƏLİLLƏRİ

GÖRDÜYÜMÜZ DÜNYADAN FƏRQLİ BİR ALƏM: MİKROORQANİZMLƏR

"Bəli, təkəm" dediyiniz anda əslində bir çox canlı ilə bərabərsiniz. Bədəninizdə sizinlə birlikdə yaşayan və sizi daima qoruyan, bəzən də xəstələnməyinizə səbəb olan bakteriyalar oturduğunuz kreslodan xalçanıza, tənəffüs etdiyiniz havaya qədər hər yerə yayılmış zərrələr, mətbəxinizdə bir neçə gündür saxladığınız yeməklərdə törəməyə başlayan kif və göbələklər… Bunların hamısı öz həyat tərzləri, qidalanma sistemləri və müxtəlif xüsusiyyətləri ilə çoxfərqli aləm meydana gətirirlər.

BAKTERİYALARDAKI DİZAYN

Bakteriyalar gözlə görünmürlər, ancaq xüsusi hüceyrə quruluşu sayəsində hər cür şəraitə dözümlüdürlər. Bakteriyalar bitkilərdən və heyvanlardan fərqli olaraq sürətli çoxalan və biokimyəvi təsirləri baxımından canlılar aləminin tarazlığını təmin etməkdə çox böyük əhəmiyyət daşıyan bir qrupu meydana gətirirlər. Demək olar ki, hər yerdə yaşaya bilirlər, bu səbəblə də hər hansı bir növ orqanizmdən daha çoxdurlar. Bu canlılar dünyanın saycaən çox olan üzvləridir. Bütün ekosistem bakteriyaların fəaliyyətlərindən asılıdır və bakteriyalar insan həyatına bir çox şəkildə təsir edirlər.

Bakteriyalar bəzən oksigeni bol olan mühitlərə üstünlük verir, bəzən də oksigensiz torpaqaltında yaşaya bilirlər. Bir qismi qidasını fotosintez yolu ilə təmin edərkən, bir qismi də üzvi maddələri tərkib hissələrinə ayıraraq enerji əldə edirlər. Hətta bir-birləri ilə eyni olduğu düşünülən bakteriyaların maddələr mübadilələri araşdırıldıqda belə, bunların əslində bir-birlərindən fərqli növlər olduqları aydın olur.


Hələ mikroorqanizmlərin quruluşunu izah edə bilməyən təkamülçülər, bu canlıların strukturlarında olan estetik görünüşə heç bir məna verə bilməzlər.

Bakteriyalar canlılar aləmində "prokaryotlar" adlandırılırlar. Sahib olduqları tək hüceyrə içində bir nüvə və sərbəst şəkildə gəzən məlumat bankları -DNT- var. Olduqca kompleks bir quruluşda hüceyrə pərdəsinə və ribosoma sahibdirlər. Yer üzündəki bütün canlıların həyati funksiyalarının bir çoxu bu prokaryotik hüceyrələrin fəaliyyətlərinə bağlı olaraq reallaşır.

Bakteriyalar olduqca yüksək və ya aşağı temperatura uyğunlaşır, torpaqaltına girə bilir, havada uçur, okeanın dibində yaşaya bilir və hətta radiasiyaya qarşı dözümlü hala gələ bilirlər.

Hələ mikroorqanizmlərin quruluşunu izah edə bilməyən təkamülçülər bu canlıların strukturlarında olan estetik görünüşə heç bir məna verə bilmirlər. Uyğun şəraitlərdə bakteriyalar hər 10-30 dəqiqə içində saylarını iki dəfə artırırlar. Tək bir bakteriyanın sayı əvvəl ikiyə, sonra dördə, daha sonra səkkizə çıxaraq çoxalır və bu əməliyyat bu şəkildə davam edir. Bakteriyaların bəzi növləri -271C soyuqdan və bir neçə saat içində -190C dərəcədən müsbət 25 C-yəqədər dəyişən sürətli temperatur dəyişikliklərindən təsirlənmirlər. Bəzi növlər isə insan üçün öldürücü olan dozanın 2000 qatdan çox olan bir atom radiasiyasına belə dözə bilir. Bəziləri insan və bitkilərdəki maddələr mübadiləsinin faydalı üzvü olduğu halda, bəziləri də müxtəlif xəstəliklərə səbəb olur. (Böyük Larousse Lüğət və Ensiklopediyası, 3-cü cild, səh. 1237-1238 - 2000 QAT RADİASİYA)

ÖZLƏRİNİ ŞƏRAİTƏ GÖRƏ NİZAMLAYA BİLƏN MİKROORQANİZMLƏR

Bakteriyaların öz nəsillərini davam etdirə bilmək üçün fədakarlıq etmələri, lazım olduqda öz həyatlarını təhlükəyə atmaları və bütün çətin şəraitə baxmayaraq, həyatda qala bilmək üçün kompleks sistemlər inkişaf etdirə biləcək xüsusiyyətlərə sahib olmaları yaradılmış olduqlarının dəlillərindəndir.

Bakteriyalar formaca çox müxtəlifdirlər və yaşadıqları mühitə uyğun görünüşdə olurlar. Bir çoxunun "spor" adlıdavamlı formaları var və bu formaya girdikdə həddindən artıq istiyə, soyuğa və ya quraqlığa dözə bilirlər. Bəzi bakteriyaları yox etməyin çətinliyi bundan qaynaqlanır. Bəs sporlanma dediyimiz şey nə deməkdir?


3400 il əvvəl tikilən Misirdəki Luksor Məbədinin çöl divarlarında və 720 milyon illik qaya duzu bloklarında spor halında canlı bakteriyalara rast gəlinmişdir.

Növlərinə görə fərqli şərtlərdə yaşaya bilən bakteriyalar şərtlər əlverişsiz olduqda bölünməyə başlayırlar. Normal şərtlərdə bu bölünmə nəticəsində ana hüceyrədən irsi xüsusiyyətləri tamamilə eyni olan iki bala hüceyrə meydana gəlir. Ancaq vəziyyət dəyişdikdə, məsələn qida azaldıqda dəyişənilk şey bu "eynilik" olur. Başqa bir ifadə ilə bakteriya şərtlərin əlverişsiz olduğunu fərq edərək bir qərar verir və soyunu davam etdirmək üçün tədbir alır. İkiyə bölünmə yenə reallaşır, amma bu dəfə bir-birinə bərabər olmayan iki hüceyrə meydana gəlir. Bu bərabərsizliyin səbəbi hüceyrələrdən yalnız birinin yaşaya bilməsidir. Bunlardan böyük olan ana hüceyrədir və sanki bir qoruyucu kimi kiçik "qardaşını" içinə alır. 10 saat müddətində bütün enerjisini istifadə edərək onu qidalandırır və kiçik hüceyrənin qorunmasına kömək edən xüsusi zülal örtüyünün meydana gəlməsini təmin edir. Beləcə, ikiyə bölünən hissələrdən birinin içində inkişaf edən bakteriya dayanıqlı və özünü qoruya bilən xüsusiyyətdəki fərdləri meydana gətirir. Digəri isə qoruyucu xüsusiyyətlərini digər qardaşına verərək ölür və qoruyucu örtüyə çevrilir. Məhz meydana gələn bu dayanıqlı quruluşa "spor" adı verilir. Başqa sözlə, bakteriyalar normal bölünmələrinin xaricində sporlarvasitəsilə dünyanın hər yerinə asanlıqla yayılırlar.

Milyonlarla il yaşaya bilən bakteriyalar


3400 il əvvəl tikilən Misirdəki Luksor Məbədinin çöl divarlarında və 720 milyon illik qaya duzu bloklarında spor halında canlı bakteriyalara rast gəlinmişdir.

Sporlanma prosesini yerinə yetirdikdə bakteriyalar çox müxtəlif mühitlərə rahatlıqla girə bilir və geniş sahələrə yayılırlar. Belə ki, radioaktiv uran mədənlərində belə canlı bakteriyalar mövcuddur. 3400 il əvvəl inşa edilmiş Misirdəki Luksor məbədinin xarici cəphə kərpiclərində canlı bakteriyalara rast gəlindiyi kimi, 200 milyon və 320 milyon illik, hətta 720 milyon illik qaya duzu sütunlarında canlı bakteriyalar tapılmışdır. 20.000 metr yüksəklikdə belə bakteriyalara rast gəlinmişdir. Ən heyrətamiz nümunə isə şam ağacı qatranı içində tapılmış və bu günə qədər qorunmuş 25 milyon illik arı fosilinin içindən çıxan bakteriya sporlarıdır. Laboratoriyada steril şərtlər altında yaradılan bu sporlar təcrübədən keçirilmiş və beləliklə bakteriyalar çox uzun bir zamandan sonra yenidən inkişafa və törəməyə başlamışlar.

Həmin sporlanma prosesi mikroorqanizmlərin əksəriyyətinin yerinə yetirdiyi qorunma vasitəsidir. Bu canlıların bəziləri şərtlər əlverişsiz olduqda sporlanma üsulundan istifadə edərək buxarlanaraq havaya qarışır və buludların arasında qorunmağa üstünlük verirlər. Atmosferdə yayılmaq və ya qorunmaq istəyən çox saylı kiçik canlı sporlar yaşayır. Quru və soyuq havalarda səmada qalan bu orqanizmlər buludların arasında yaşadıqları bu müddət içində sanki yuxudadırlar. Buludların meydana gətirdiyi yağışlarla yer üzünə enirlər. Yerə qayıtdıqda artıq əvvəlkindən fərqli bölgələrə çatıb yeni bir koloniya meydana gətirə bilirlər. Buludlar yaşayan, qidalanan, nəfəs alan, həyatda qala bilmək üçün müxtəlif şəraitə uyğunlaşan canlı kiçik mikroorqanizmlərlə doludur. Bakteriyalar bu canlıların ən tədbirli olanlarıdır. Yerdən kristallaşaraq buxarlanan hava içində yuxarı doğru qalxarkənmetan, fosfat, karbon, sulfur dioksit və digər qidalandırıcı qarışıq anbarlarını, yəni qidalarını da aparırlar.

OKSİGEN TƏMİN EDƏN MÖCÜZƏVİ TƏK HÜCEYRƏLİLƏR: DƏNİZ YOSUNLARI

Bəzi canlılar porfirinli halqalardan ibarət piqmentlərə sahibdirlər. Bu halqanın xüsusiyyəti ətrafındakı elektronların sərbəst hərəkət edə bilməsidir. Məhz bu səbəblə,həmin halqa asanlıqla elektron əldə edə bilir və ya itirir. Başqa sözlə, bu halqa ətrafındakı işığı və enerjini dərhal tuta bilir. Yerə gələn günəş işığı da bu piqmentin özünə çəkə bildiyi enerjilərdən biridir. Günəşenerjisini özünə çəkən bu piqmentə "xlorofil" deyirik. Əgər bir canlı "xlorofilə" sahibdirsə, bu canlı "fotosintez" edə bilər.


Dəniz yosunları xlorofil ehtiva edən yaşıl və mavi-yaşıl rəngdə, ya da qəhvəyi və qırmızı ola bilirlər.

Fotosintezi nə insanlar, nə də heyvanlar reallaşdıra bilirlər.Bu canlılar xlorofildən məhrumdurlar. Bu proses laboratoriyalarda süni olaraq da reallaşdırıla bilməz. Xlorofildə meydana gələn proseslər və bu piqmentin mexanizmi hələ tam olaraq məlum olmamışdır.

Bu mikroskopik canlılar fotosintez prosesi ilə öz enerjilərini təmin edərkən, yer üzünün də böyük ehtiyacını ödəmiş olurlar. 30 % nisbətində karbondioksit qazını içlərinə çəkir və planetin 70 %-lik oksigen ehtiyacını təmin edirlər. Həmçinin canlı növlərinin 70 %-in qida ehtiyacını ödəyirlər. Bu canlılar yalnız fotosintez edə biləcəkləri bir mexanizmə deyil, qəbul etdikləri günəş işığını bədənlərinin işıq görə bilməyən hissələrinə daşımalarını təmin edən xüsusi bölmələrə və mexanizmlərə də sahibdirlər.

Bu mikrocanlılar özləri üçün yaradılmış olan mikroskopik fabriklə ekoloji sistemin ən vacib ehtiyaclarını qarşılayırlar; oksigen və qida.İndi mikrodünyanın bu geniş funksiyalara sahib işçilərindən ən əhəmiyyətlisini, yəni dəniz yosunlarını daha yaxından araşdıraq: Dəniz yosunları dayaz sularda genişyayılan orqanizmlərdir və günəş işığı görən hər su səthində yaşaya bilirlər. Dəniz yosununun hüceyrəsi rəngli və rəngsiz olaraq iki hissədən meydana gəlir. Rəngsiz hissədə DNT və bəzi dəniz yosunlarında nüvə olduğu halda, bu hissəni əhatə edən rəngli hissədə RNT və rəng verən müxtəlif piqmentlər var.

Dəniz yosunları suyun tərkibindəki üzvi maddələri artırırlar. Bu yolla,eyni zamanda, suda yaşayan orqanizmlərin qidalarını artırmış olurlar. Başqa sözlə,dəniz yosunlarınınyaşadığı yerlərdə sular çox məhsuldar və digər canlıların yaşaması üçün olduqca əlverişlidir. Dəniz yosunları eyni zamanda suların yenilənməsi baxımından da təmizləyici funksiya daşıyırlar. Suda yaşayan heyvanlara yem olur, onlar üçün qida istehsal edirlər.

VİRUSLAR


Əgər kainatın başlanğıcından bəri saniyədə bir virus stolüstü tenis topunun içinə girsəydi, bugünə kimi ancaq topun yarısı dolmuş olardı.

Mikroskopik canlılar olan viruslar insan bədəninin ən böyük düşmənləridir. Virus insan bədənindəki hər hansı bir hüceyrəni seçir və onu özü üçün bir sığınacaq olaraq istifadə edir, burada çoxalır və bəzən ölümə gətirib çıxaran təhlükələr yaradır. Bir virus zülaldan bir qabıq və qabığın içində özünə aid məlumatları ehtiva edən genetik şifrələrdən (DNT və ya RNT) ibarətdir. Tək başına həyat əlaməti göstərən bir funksiyası yoxdur. Enerji yaradan və ya zülal sintez edən bir sistemi yoxdur. Başqa sözlə, bu əhəmiyyətli funksiyaları yerinə yetirə bilən canlı bir hüceyrənin varlığına möhtacdır. Məhz bu səbəblə, bir virus milyonlarla il heç dəyişmədən olduğu yerdə qala bilər. Uzun müddət gözlədikdən sonra bir orqanizmlə qarşılaşdıqda dərhal canlanır və hərəkətlənir.

Virusu hərəkətə keçirmək üçün içinə girib yoluxacağı müdafiəsiz hüceyrənin istiliyi və rütubəti lazımdır. Bu hüceyrənin içinə yerləşdikdə bəzən bir saat içində özünü 100 dəfə çoxalda bilir. Bəzən bir il içində 20 milyon insanı öldürəcək şəkildə yeni bir formaya düşə bilir .

AXARLAR


Evlərdə, xüsusilə də xalçalarda yaşayan axarlar.

Axar və ya mayt olaraq adlandırdığımız canlı hər hansı bir böcəkdən fərqlənməyən, olduqca kompleks quruluşa sahib olan, amma buna baxmayaraq, yenə də ancaq mikroskopla görünə bilən mikrocanlıdır. Yaşadığımız evin hər yanında, yatdığımız yataqda, yerdəki xalçada, tənəffüs etdiyimiz havada, qısası, həyatımızı keçirdiyimiz hər yerdə var. 5-50 mikron arası ölçülərində olan bu canlıları çılpaq gözlə görə bilmərik.

Bu canlılar ölü dəri hüceyrələri və qabıqları ilə qidalanırlar. Bu səbəblə, insanların yaşadığı mühitlərdə yaşayır və ətrafa yayılır, hərəkət edirlər. Qidalanma vasitələrinin toplandığı yerlər isə ümumiyyətlə yataqlar, döşəklər, mebellər və xalçalardır.

Normal şəraitdə bu maraqlı görünüşlü varlıqları görmək istəməzsiniz. Ətrafınızda bu mikrocanlılardan o qədər çox varki, yatdığınız yataqda belə, nə qədər təmiz olursa olsun, təxminən 10,000 axar var. Bu canlılar istehsal etdikləri zülala qarşı allergiyanız olmadığı müddətcə sizə zərər verməzlər; dişləməz, sancmaz, xəstəliyə yoluxdurmazlar.

Ancaq bəzi canlılar üçün zərərlidirlər. Belə ki, arıların üstdəki ölü dərilərini deşərək və bədənindəki suları əmərək aradan qaldıra bilərlər. Bunun kimi bir çox böcək, heyvan və bitkiyə zərər verə bilərlər. Böcək axarları böcəyin ölümünə və ya xəstələnməsinə səbəb olur, amma eyni zamanda meydana gətirdikləri tullantılarla torpağın səmərəliliyini artırırlar. Bəziləri isə bəzi canlıların parazitləridir. Bəzi heyvanların qulaq kanallarında, ağciyərlərində və bağırsaqlarında yaşayırlar. Başqa sözlə, axarlar fərqli mühitlərdə və insandan başqa fərqli canlılarla da yaşaya bilirlər. Everest zirvəsinin 5000 metr yüksəklikdəki yamaclarında yaşaya bildikləri kimi, Sakitokeanın şimalında 5.200 metr dərinliklərdə də yaşaya bilirlər. Bunun xaricində axarlar rütubətli ərazilər, mağaralar, çöllər və tundralar da daxil olmaqla,bir çox yerdə ola bilirlər. 10 metr dərinlikdəki mədənlərdə, soyuq və termik qaynaqlarda 5000C - ə qədər yüksək temperaturu olan yeraltı sularda, hovuz və göllərdə yaşaya bilirlər. Fərqli mühitlərdə yaşaya bilən bu fərqli növlərinin sayının 500000-dən çox olduğu hesablanmışdır.

Axarlar su içmirlər, amma havadan və mühitdən aldıqlarırütubəti əmirlər. Bu səbəblə, yaşadıqlarımühitdəki rütubət onlar üçün vacibdir. 70-80 %-ə qədər olduqca yüksək nisbətdəki rütubətdən təxminən 270C istilik onların yaşaması üçün ən uyğun temperaturdur.
Allah dünyanın nizamını çox incə və həssas tarazlıqlarla qurmuş, kiçik bir mikroorqanizmi həyat üçün səbəb etmişdir. Bunun tək səbəbi insanın qarşısında açıq-aşkar dayanan bu yaradılış dəlilini görə bilməsi, ətrafında özünə təqdim edilmiş və güc çatdıra bilmədikləri qarşısındakı acizliyini və Allah'a olan möhtaclığını fərq edə bilməsi və Allah'ı təqdir etməsidir. Allah Quranda belə buyurmuşdur:
"Rəbbiniz olan Allah budur. Ondan başqa İlah yoxdur. Hər şeyin Yaradıcısıdır, elə isə Ona qulluq edin. O, hər şeyin üstündə bir vəkildir." (Ənam surəsi, 102)

YOSUNLAR


Yalnız bir hüceyrə pərdəsi və xloroplastdan ibarət olan tək hüceyrəli bir canlının sanki bir kimya laboratoriyası kimi çalışması və böyük sənətkarlıq nümayiş etdirməsi inananları heyran edən, təkamülçüləri isə çarəsiz buraxan çox əhəmiyyətli bir gerçəkdir.

Yosunlar mikroskopik bitki mənşəli canlılardır. Ən böyükləri 1 millimetr diametrində olan bu kiçik canlılardan 1 cm3 dəniz suyunda təxminən 10 mini mövcuddur. Okeanlardakı canlı orqanizmlərin 90%-ni meydana gətirmələrinə baxmayaraq,yosunların hamısı suda yaşamır. Bəziləri torpaq üstündə, yosunlara yapışaraq ağaclarda və hətta kifayət qədər rütubət olduqda kərpic divarlarda belə yaşaya bilir. Bu canlılar üçün işıq, su, karbondioksit və lazımi qidaların olduğu hər yer çoxalmaq üçün əlverişlidir.

Demək olar ki, yer üzündəki bütün canlılar həyatlarını bir mənada yosunlara borcludurlar. Çünki etdikləri fotosintez sayəsində tənəffüs etdiyimiz oksigenin bir qismini yosunlar yaradır. Bu möcüzəvi mikroskopik canlılar olduqca təfərrüatlı bir mexanizmə malikdir. Üzərində çox saylı məsamələr var. Bu məsamələr qidaların içəriyə girməsinə və qazlar mübadiləsinə imkan yaradır. Yosunlar oksigen yaradan mikrofabriklər kimi çalışır. Trilyonlarla yosun bu qazlar mübadiləsinəticəsində öz ehtiyaclarından artıq oksigen yaradaraq atmosferdəki oksigen nisbətində çox böyük dəyişiklik yarada bilir.

Bununla yanaşı, dənizlərdəki qida zənciri içərisində də çox əhəmiyyətli rol oynayırlar. Yosunlar heyvan mənşəli planktonları meydana gətirən kiçik canlıların əsas qida maddələridir. Heyvan mənşəli planktonlar da daha böyük növlər üçün qida mənbəyi olan siyənək kimi balıqlar tərəfindən udulur. Məsələn, olduqca böyük canlı olan donqar balina kimi canlılar yosunlarla qidalanır. Bir balinanın bir neçə saat tox qala bilməsi üçün bir neçə yüz milyard yosun lazımdır.

Yosunların ən təsirli xüsusiyyətləri isə öz inşa etdikləri qabıqlarıdır. Yosunlar mükəmməl memarlardır. Silisium tərkibli qabıqları sərtdir və çox simmetrik formaları var. Yosunların özləri üçün inşa etdikləri bu evlər bəzən parıldayan bir qozanı, bəzən bir spiralı, bəzən də işıldayan kristal çilçırağı xatırladır. İyirmi beş mindən çox yosun növü olmasına baxmayaraq, heç birinin qabığı digərinə bənzəmir. Eynilə qar dənəsinin digərinə bənzəməməsi kimi yosunlarda bir-birindən fərqlidir.

Yosunların üzərində olan və qidaların içəriyə girməsinə və qazlar mübadiləsinə şərait yaradan məsamələr də üzərində daşıdıqları bu arxitektura quruluşunuincəldir. Nəticə etibarilə, bu canlılar çox bucaqlı mükəmməl riyazi və dizayn möcüzəsi olaraq qarşımıza çıxır. Bu canlının yalnız 25 mikron diametrində olduğunu xatırlatmaq lazımdır. 25 mikron isə təxminən bir iynənin ucu qədərdir. Bir insanın 25 mikronluq bir sahədə belə qüsursuz estetik möcüzə meydana gətirə bilməsi qeyri-mümkündür.

Yosunlarla bağlı diqqət çəkən ikinci planlama xüsusiyyəti isə çoxalma dövründə ortaya çıxır. Yosunlar inanılmaz sürətlərdə, bəziləri səkkiz, hətta dörd saatda bir bölünərək çoxalırlar. Bu səbəbdən, 10 gün içərisində bir yosun 1 milyard ayrı yosun halına gələ bilir. Bu canlıların çoxalma sürətləri də xüsusilə oksigen yaratdıqları üçün çox əhəmiyyətlidir. Çoxalma sürətlərindəki ən kiçik bir durğunluq, bu əhəmiyyətli oksigen qaynağının böyük ölçüdə azalmasına səbəb olar. Bu da canlılar üçün təhlükəlibir vəziyyətdir. Ancaq Allah'ın yaratdığı canlılar üzərindəki rəhmətinin və mərhəmətinin bir təcəllisi olaraq bu canlılar mütləq ehtiyac olan zamanlarda ehtiyac olan miqdarlarda çoxalır və yer üzündəki həssas ekoloji tarazlığı sabit saxlayırlar.

Yosunların öz qidaları da insanlar üçün əhəmiyyət daşıyır. Bu canlılar fotosintez sayəsində istehsal etdikləri kiçik yağ hissəcikləri formasındakı qidalarını hüceyrələrinin içərisində saxlayırlar. Bu kiçik yağ hissəcikləri zaman keçdikcə bir yerə yığılır, geoloji və bioloji qüvvələrin də təsiri ilə neft yataqlarının meydana gəlməsinə səbəb olur. Bu gün istifadə etdiyimiz neftin çox böyük bir hissəsini eradan əvvəl dənizlərdə ölən yosunlar meydana gətirmişdir.

BAKTERİYA DNT-SİNDƏKİ DƏLİLLƏR

Bakteriya sahib olduğu yüzlərlə müxtəlif xüsusiyyətlə yanaşı, üstün yaradılışı sübut edən DNT-yə sahibdir. Bilinən ən kiçik bakteriya olan theta-x-174-ün DNT-də 5.375 nukleotid var. Normal ölçülərdəki bir bakteriyada isə nukleotid sayı 3 milyona qədərdir. Kodlaşdırılmış bu məlumatlar bakteriyanın yaşaması üçün vacibdir və bunlarda meydana gələ biləcək ən kiçik bir dəyişiklik belə bakteriyanın ölməsinə səbəb olacaq.

Yüz milyon səhifəlik bu məlumat 2-3 mikron böyüklüyündəki bakteriyanın içində olan DNT-də mövcuddur. 2-3 mikron böyüklüyündəki bu hüceyrənin içində məlumat daşıyan bu spiralın uzunluğu isə 1400 mikrondur. Burada 1 mikronun 0,001 mm kimi çox kiçik bir vahid olduğunu unutmamaq lazımdır. Xüsusi bir dizaynla bu möhtəşəm məlumat zənciri özündən min dəfə kiçik orqanizmin içinə sığdırılmışdır. Bu yaradılış möcüzəsinin içində reallaşan proseslər isə mükəmməl və şüurlu bir müdaxiləni göstərir. Mövzuyla bağlı olaraqantropoloq Loren Eiseley bunları bildirmişdir: "Ən sadə olaraq qəbul etdiyimiz hüceyrənin içindəki fizio-kimyəvi orqanizminxüsusiyyətləriinsanın qavrayış sərhədlərinə sığmayacaq qədər  mürəkkəbdir." (Loren Eiseley, The Immense Journey, 1957, sf.206 )


Escherichia coli bakteriyasının tək bir xromosomunda 5000 gen var.

Bunu təkrar ifadə etmək yerinə düşər: Bu dərəcə geniş məlumat yalnız "tək bir" hüceyrənin yaşaması üçün lazımdır. Bakteriyaların dünyanın hər yanına yayılmış orqanizmlər olduğu düşünüldükdə, belə bir məlumatın hər bir bakteriya hüceyrəsində eyni diqqət və sıralama ilə mövcud olduğunu bilmək çox heyrətamizdir.

Bakteriyalar çoxalmaq üçün müxtəlif mexanizmlər istifadə edirlər. Bu müddətdə ikiyə bölünərək, spor halına gələrək və ya cinsiyolla çoxala bilirlər. Bu çoxalma prosesi də bakteriyanın nə qədər kompleks bir quruluşa sahib olduğunun digər bir dəlilidir. Bakteriya hüceyrəsi bölünməzdən əvvəl xromatinlər bölünür və bala hüceyrələr 30 dəqiqə ərzində tam həcmə və böyüklüyə çataraq yenidən bölünmək üçün hazır olurlar. Bakterial hüceyrə bölünməsi əsnasında şüurlu hazırlanmış sistem fəaliyyətdədir. Bu dizayn əsnasında meydana gələn DNT kopyalanması və hüceyrə bölünməsi çevrilə bilməyən kompleksliyə bir nümunədir. Yəni sistemin işləyə bilməsi üçün sistemi meydana gətirən bütün hissələrin eyni anda və əksiksiz olaraq bir yerdə olması lazımdır. Bu isətəkamül nəzəriyyəsinin təməl iddiası olan pilləli və təsadüfi inkişaf düşüncəsini etibarsız hala gətirir və kökündən sarsıdır. Son illərdə aparılan tədqiqatlar bu kompleks sistemin təxmin ediləndən daha kompleks olduğunu ortaya qoyur.

KİFLƏR, MAYALAR VƏ ŞİBYƏLƏRDƏKİ DƏLİLLƏR
Göbələk növü: kif göbələyi

Kif göbələyi bir nüvəyə sahib tək hüceyrəli göbələk növüdür. Bölünərək çoxalan bu canlılarda bölünən hər hissə yenə göbələyin öz içində inkişaf edir və qruplaşaraq bir kütləyə çevrilir. Ümumiyyətlə kif hüceyrələri bakteriyalardan böyükdür və yumurta formasındadırlar. Bir heyvan hüceyrəsindəki üzvi maddələrin çoxuna sahibdirlər.

Kif göbələyi eynilə bakteriyalar kimi əlverişli şəraitlərdə sürətlə inkişaf edərək insan sağlamlığını təhlükə altında qoyan bir vəziyyətə gəlirlər. Bu orqanizmlərin bəziləri də qidalarda toksin- insan və heyvanlarda zəhərlənmələrə gətirib çıxaran zəhərli maddələr buraxırlar. Hətta bu maddələrin bəziləri xərçəng yaradıcı təsirə malikdir. Kif göbələkləri bakteriyalarla müqayisədə daha az qidaya ehtiyac duyan və inkişaf edə bildikləri şərtlər baxımından da düşünüldükdə daha pis şərtlərdə inkişaf edə bilən mikroorqanizmlər olduqları üçün çoxalma imkanları bakteriyalarla müqayisədə daha çoxdur.

Kif göbələkləri ətrafda tapdıqları üzvi maddələrin artıqları ilə qidalandıqları kimi, canlı mikroorqanizmləri də qida olaraq istifadə edə bilirlər. Məsələn, ağ kif göbələyi olan entomophtorales torpağın altındakı sularda yaşayan amöblərlə qidalanır. Ətrafında gəzən bir amöb gördüyü zaman buynuzlarıyla onu yaxalayaraq bütün hüceyrə içini əmir, geriyə yalnız pərdəsini buraxır. Kif göbələkləri bu cəhətdənətyeyən xüsusiyyəti də daşıyırlar.

Ancaq kif göbələkləri, əlbəttə, yalnız zərər verici orqanizmlər deyil. Bu canlılar çox geniş sahələrdə istifadə edilir və qidaların istehsalından dərmanların istehsalına qədər çox yönlü olaraq insanlara xidmət edirlər. Kif göbələkləri bəzi üzvi turşuların immunitet sisteminə qarşı dərmanlar da daxil olmaqla, bəzi dərmanların və pensilin kimi müxtəlif antibiotiklərin istehsalında istifadə edilirlər. Kif göbələklərinin bu sahədəki faydaları böyük əhəmiyyət daşıyır. Tək hüceyrəli göbələklər olan kif göbələkləri sahib olduqları xüsusiyyətləriylə birlikdə əlbəttə ki, təsadüfən ortaya çıxmamış, Allah’ın yaratmasıyla var olmuşlar.

Fermentasiya ilə qida istehsal edən maya göbələkləri

Maya göbələyi kürə, oval və silindr formasında olan tək hüceyrəli göbələk növüdür. Böyüklüyü 7-17 mikrondur. Başqa sözlə, bir qram mayada təxminən 15 milyon müstəqil hüceyrə var. Təxminən 600 növdə maya göbələyi var.

Göbələk və yosunların ortaq həyat məhsulları: şibyələr

Bəzi göbələklər yosunlarla ortaq yaşayırlar. Bu birləşmədən meydana gələn yeni canlı isə "şibyə" adlanır. Şibyəni meydana gətirən iki canlı da qarşılıqlı olaraq bir-birlərindən faydalanırlar. Göbələk şibyənin reallaşdırdığı fotosintez prosesi nəticəsində qida əldə edərkən, yosun da göbələyin özünə təmin etdiyi su və mineral sayəsində qurumaqdan qorunur,rahat və təhlükəsiz şəraitdə həyatını davam etdirir.


Göbələk və dəniz yosunlarının ortaq həyat məhsulu olan şibyə.

İki mikroorqanizmin birləşərək meydana gətirdiyi bu yeni canlı mineralları ümumiyyətlə havadan və yağış sularından əldə edir. Canlı havanın toksik təsirinə qarşı güclü deyil, ona görə yalnız hava çirkliliyinin olmadığı yerlərdə yaşaya bilir. Ancaq bir şibyənin yaşaması üçün istilik çox böyük bir fərq yaratmır. Şibyələr tropik bölgələrdə yaşaya bildikləri kimi, soyuq qütb bölgələrində də yaşaya bilirlər.

Ağac gövdələri, dağ təpələri və çılpaq qayalıqlar şibyələrin ümumiyyətlə yaşadıqları yerlərdir. Bu canlılar qayalıqları zəbt edən çox əhəmiyyətli orqanizmlərdir. Şibyələr torpağın yaranmasında olduqca əhəmiyyətli rol oynayırlar. Burada göbələklərə xas ayırıcı xüsusiyyət çox əhəmiyyətlidir. Şibyə göbələyin bu xüsusiyyətini istifadə edərək qayanın üzərini yavaş-yavaş parçalayır və qayanın külək və yağışla parçalara ayrılmasına səbəb olur. Şibyələrin bəziləri olduqca sərt qayaları belə hissələrə ayıra bilən bir gücə malikdir. Bu güc sayəsində parçalara ayrılan qaya torpağın yaranmasını təmin edir. Bu qeyri-adi prosesi təbiətdə reallaşdıra biləcək başqa bir canlı isə yoxdur.

DƏMİR QAYNAĞI OLAN BAKTERİYALAR

Fotosintez edib canlı həyatına əhəmiyyətli təsir göstərən, bədənimizi qoruyan, amma bütün bu fəaliyyətlərinə baxmayaraq, gözlə görülə bilməyən bu varlıqların qüsursuz yaradılışlarındakı üstün ağıl və sənəti göstərən başqa əhəmiyyətli xüsusiyyətləri də var. Məsələn, Yerdəki dəmir yataqlarının, hətta bədənimizdəki dəmirin mənbəyi də bakteriyalardır.

Bəzi bakteriyalar suyun içində ərimiş halda olan dəmiri sudan ayırma qabiliyyətinə sahibdirlər. Bu canlılar okeanlarda əriyə bilən dəmir molekullarını bu şəkildə istehlak edir və bunları öz bədənlərində sıxlaşdırırlar. Bakteriyaların bədənində sıxlaşan dəmir daha sonra okean dibində dəmir yataqları halına gəlir. Bunlar yüz milyonlarla il ərzində dağlara doğru hərəkət edir və böyük dəmir yataqlarını meydana gətirirlər. Bu dəmir yataqlarının qazılması ilə böyük miqdarda dəmir molekulu havaya qarışır. Biz isə fərqində olmadan görünməyən bu dəmir tozlarını tənəffüs edirik. Bədənimizə girən bu molekullar bədənimiz üçün çoxvacibdir. Bədənimizə kiçik dəmir molekulları girdiyi üçün qırmızı qan hüceyrələrimizin dəmir daşıyan hemoqlobin nüvəsi iliyimizi, yəni bədənimizdə gəzən qanın qaynağını meydana gətirir.

Bakteriyaların bu kimyəvi təsirlərlə yaranan yeraltı qaynağı yalnız dəmirlə məhdud deyil. Yer üzünün ən zəruri ehtiyaclarından biri olan neft də böyük ölçüdə bakteriyaların məhsuludur. Fermantasiya prosesindən xatırladığımız kimi, oksigensiz tənəffüs edən bakteriyalar enerjilərini ətrafdakı üzvi mürəkkəb maddələri parçalayaraq əldə edirlər. Həmin bakteriyaların bu xüsusiyyətləri torpaqaltında milyonlarla il əvvəl neftin yaranmasına gətirib çıxarmışdır. Bu canlıların neft istehsal edə bilmələri üçün olduqları mühitdə oksigenin tükənməsi, istiliyin 150 dərəcədən aşağıya düşməsi və təzyiqin bir neçə milyon il davam etməsi lazımdır. "Bakteriyanın neft istehsal etməsi" təəccüblü səslənə bilər. Həqiqətən də təəccüblüdür. Çünki bu ağıllı mikrocanlıların uzun illər boyu heç dayanmadan belə bir fəaliyyət göstərmələri, əslində yalnız insanlar üçün yaradıldıqlarının bir dəlilidir. Mikroorqanizmlərin təmin etdikləri faydalar həyati ehtiyaclarımızı ödəyir.

Son günlərdə okeanların dibində aparılan tədqiqatlar bakteriyalar haqqındabilinməyən bir gerçəyi də ortaya çıxardı. Məlum olduğu kimi, bakteriyalar fotosintez, nitrogen imbolizasiyası və fermantasiyavasitəsilə qida zəncirinin təməl halqasını meydana gətirirlər. Okeanın 300 metr altında aparılan tədqiqatlar bakteriyaların vəzifələrinin bu proseslərlə məhdud olmadığını göstərən dəlilləri gün işığına çıxardı. Yeni kəşf edilən və okeanın yüzlərlə metr dərinliyində yaşayan və buradakı qayaları yeyən bakteriyaların buradakı canlıların qorunması üçün təməl qida funksiyası daşıdığı aydın oldu...

Bakteriyalar eyni zamanda yay boyu göllərin içindəki canlıların ehtiyacı olan mineral və qidaları hazırlamaqla da məsuldurlar. Göllərdə qış boyu demək olar ki, ölü olan bitki və heyvanların yayda təkrar canlanarkən ehtiyac duyacaqları bütün qida və minerallar qışda bakteriyaların gördükləri fəaliyyətlərlə təmin edilir. Qış boyu bakteriyalar suyun dibinə çökən üzvi maddələrin tullantılarını, yəni ölmüş heyvan və bitki qalıqlarını parçalayaraq minerallara çevirirlər. Beləliklə, içində bakteriyalar olangöllər təmizlənir. Bu parçalama prosesində eyni zamanda gölün dibində müxtəlif minerallar da yığılmışdır. Beləliklə, canlılar baharda oyandıqda qidalarını da hazır olaraq əldə etmiş olurlar. Bakteriyalar sayəsində həm olduqları mühitdə "təmizlik" edilmiş, həm də yayda yenidən canlanan təbiət üçün kifayət qədər qida hazırlanmışdır. Yaratdığı bütün canlılara hesabsız ruzi verən Allah göldə yaşayan bir-birindən fərqli xüsusiyyətlərə sahib olan bir-birlərindən fərqli növdəki saysız canlı üçün də bakteriyaları səbəb etmişdir. Nə bakteriyaların başqa canlılara təmin etdikləri bu faydadan xəbərləri var, nə də su canlıları qidaların onlara haradan gəldiyini araşdırırlar. Onlar yalnız özlərini yaradan Allah’a təslim olmuşlar.