Qeyri-adi xüsusiyyətləri ilə pinqvinlər

Pinqvinlər təxminən -40oC - lik bir mühitdə yaşamaq üçün xüsusi təchizatlara sahibdirlər. Buzun üzərində yaşayır, qidalanır, ovlayır və balalarını böyüdürlər. Bu, şübhəsiz çox böyük əmək tələb edən işdir. Ancaq pinqvinlər bir insanın əsla yaşaya bilməyəcəyi belə bir mühitdə varlıqlarını problemsiz davam etdirə bilirlər. Əlbəttə bu canlıları da, onların yaşadıqları şəraiti də yaradan uca Allah’ın böyük möcüzəsidir.

Pinqvinlərin sərt hava şəraitindən mənfi təsirlənən balalarının xüsusi qayğıya ehtiyacı var. Dişi pinqvin adətən bir yumurta çıxarır və bu yumurtanın bütün məsuliyyəti kişi pinqvinə aiddir. Kürtə kişi pinqvin yatır və təxminən -40oC - də 65 gün boyunca yerindən heç tərpənmədən bu vəzifəni yerinə yetirməyə çalışır. Bu 65 gün onlar üçün həqiqətən də çətin mərhələdir. Bu müddət boyu kişi pinqvin dondurucu soyuqda hərəkətsiz və heç yemək yemədən olduğu yerdə qalır. Şübhəsiz ki, bir insan üçün belə bir vəziyyətin nəticəsi ölümdür. Lakin kişi pinqvin heç tərəddüd etmədən, şikayət etmədən öhdəsinə götürdüyü bu vəzifəni sona qədər davam etdirir. Allah ona etməli olduqlarını ilham etmişdir. O da Allaha boyun əymişdir. Allah bir ayəsində bu gerçəyi insanlara belə xəbər verir:

"Mən, Rəbbim və Rəbbiniz olan Allah’a təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir." (Hud surəsi, 56)

Kürtdən çıxan bala ilk iki ayı ana və atasının ayaqlarının arasında keçirir. Bu qoruma bala üçün çox əhəmiyyətlidir. Çünki səhvən 2 dəqiqəlik belə buradan çıxması donaraq ölümünə səbəb olacaq. Ancaq belə bir vəziyyət mümkün deyil, çünki kiçik pinqvin digər bütün canlılar kimi Allah’ın qoruması altındadır. Ana və atasına onu qorumaları lazım olduğunu ilham edən, onu qışın çətin iqlim şəraitində isidib yaşadan bütün aləmlərin Rəbbi olan Allah’dır.

Dişi pinqvinlər kürt dövründə və sonra da balalarına baxa bilmək üçün uzun səfərlərə çıxırlar. Pinqvinlər böyük gövdəli olmalarına baxmayaraq, yerişlərini çətinləşdirəcək qədər kiçik qıçlara sahibdirlər. Normal şəraitdə bu yeriməyi çətinləşdirəcək və canlının daha çox enerji xərcləməsinə səbəb ola biləcək çatışmazlıq kimi görünür. Məhdud miqdarda qida ilə uzun səfərlərə çıxan bu canlılar üçün bu vəziyyət olduqca böyük çətinlik deməkdir.

Ancaq vəziyyət heç də belə deyil. Pinqvinlər sağa və sola yellənərək yeriyirlər. Bu rəqqasa bənzər maraqlı yerişin olduqca böyük əhəmiyyəti var. Bu yeriş sayəsində pinqvinlər böyük ölçüdə enerji qənaəti edirlər. Pinqvinlər yana doğru addımlar ataraq qıçlarının qısalığının onlara verəcək zərərini aradan qaldırır və əzələlərinin daha az yorulmasını təmin edirlər. Hətta hər addımın sonunda bir sonrakı addım üçün enerji yığmış olurlar.

Pinqvinlər əgər düz yerimiş olsaydılar, öz ölçülərindəki bir heyvandan iki qat daha çox enerji sərf etməli olacaqdılar. Ancaq bu xüsusi yeriş forması sayəsində pinqvin yalnız yeriməyə başlayarkən və dayanarkən enerji sərf edir. Məhdud olan qidasının dənizə çatmağa öyrəşən pinqvinə kifayət etməsi üçün ən məqsədəuyğun üsul budur.

Dişi pinqvin özünə verilmiş üstün xüsusiyyət sayəsində kilometrlərlə yol yeriyə bilir və qida toplayır. Kişi pinqvin yenə özünə verilmiş üstün xüsusiyyət sayəsində günlərlə dondurucu soyuğun altında hərəkətsiz və yeməksiz qala bilir. Bala pinqvin atasının ayaqlarının arasında dondurucu soyuğa tab gətirə bilir və böyüyənə qədər qorunur. Bunlar Allah’ın varlığının, üstün yaratma sənətinin, gücünün, şəfqətinin və rəhmətinin təcəlliləridir. Onları belə yaşadan, nələrə ehtiyacları olacağını bilən, onları qoruyan, onlara ruzi və nemət verən göylərin və yerin hakimi olan Allah’dır.