Qütb ayılarının xüsusiyyətləri

Qütb ayıları buzlaqlarla örtülü soyuq mühitdə yaşamaq üçün yaradılıblar. Bir qütb ayısı ayaq barmaqlarının arasındakı oyuqlar sayəsində buz səthini vakuum təsiri ilə asanlıqla qavrayır. Beləliklə, buz üzərində uzun məsafələri sürüşmədən rahatca yeriyə bilir. Barmaqlarının arasındakı ağımtıl sahə sayəsində isə saatda 10 km sürətlə üzə bilir və 100 km kimi bir məsafəni heç istirahət etmədən qət edə bilirlər. Sahib olduğu 5 sm qalınlığındakı xüsusi kürkünün ağ görünən tükləri əslində şəffafdır. Fiberoptik xüsusiyyətdəki bu tüklər istilik itkisinin qarşısını aldığı halda, günəş şüalarının istisini altdakı qara rəngli tükə qədər çatdırır. Kürkünün dərhal altında isə yenə soyuqdan qoruyucu xüsusiyyətdə 10 sm qalınlığında bir yağ təbəqəsi var. Qütb ayısının kürkü üzmək üçün də əlverişlidir. Suyun içində tüklər bir-birinə yapışaraq qoruyucu bir qalxan yaradır və su keçirməz bir dalğıc paltarı funksiyası yerinə yetirir. Bütün bu xüsusiyyətlər sayəsində qütb ayısı 37 dərəcəlik bədən temperaturunu suyun içində və ya buzun üzərində mütləq qoruyur.

Saydığımız bütün bu xüsusiyyətlər yer üzündəki bir canlının həyatını davam etdirə bilməsi üçün çox böyük əhəmiyyətə sahibdirlər. Yer üzündəki varlıqların qüsursuz strukturları bunların təsadüfən meydana gələ bilməyəcəkləri, hətta bütün bunlara insanın belə güc çatdıra bilməyəcəyi gerçəyini açıq-aşkar sübut edir. Hər şeyi qüsursuz xüsusiyyətlərlə yaradan Allah’dır. Qütb ayısının soyuqdan qorunma sistemində də bu gerçək aydın görünür. Bu canlını buzlaqların içində yerləşdirən də onu bu şərtlərə görə qoruyucu sistemlərlə yaradan da Allahdır. Bu gerçək insana davamlı olaraq bütün varlıqların vəziyyətlərini və davranışlarını mütləq iradəsi ilə təqdir edən, Müqəddir olan uca Allah’ın böyüklüyünü xatırladır...