Dəniz məməliləri tamamilə suda yaşamağa uyğun xüsusi bədən quruluşuna sahibdirlər, buna görə də yorulmadan kilometrlərlə məsafəni üzə bilir, suda və quruda olan hər şeyi eyni dəqiqliklə görə bilirlər.
Balinalar və delfinlər "dəniz məməliləri" kimi tanınan canlılardır. Bu canlılar məməli sinfinə daxildir, çünki qurudakı məməlilər kimi balalayır, balalarını əmizdirir, ağciyərlə nəfəs alır və bədənlərini isidirlər.
Həyatlarını suda keçirən dəniz məməliləri boğulmadan necə yatırlar?
Amerikadakı Cənubi Karolina Akvariumunun administratoru Brus Haker (Bruce Hacker) və əməkdaşlarının apardığı tədqiqatlar nəticəsində bu sualın cavabını tapmış və iki əsas yatma üsulunu ortaya çıxarmışlar.
Dəniz məməliləri suda üfüqi və ya şaquli formada, səssizcə istirahət edir, yaxud da başqa bir canlının yanında yavaşca üzərkən yatırlar. Təkbaşına yaşayan delfinlər daha çox gecələr dərin yuxuya gedirlər və onlar bu halda suyun səthində üzən kötüyə bənzəyirlər. Dəniz məməliləri eyni anda həm yatıb, həm də üzürlər, bu halda onlar kənardan mürgüləyirmiş kimi görünürlər. Gənc balina və delfinlər analarının izi ilə üzərkən eyni anda istirahət edir, yeyir və yatırlar. Bu zaman ana da hərəkət zamanı rahatlıqla yata bilir. Yetkin erkək delfinlər isə, adətən, cüt-cüt gəzir və yatdıqda yanaşı üzürlər. Dişilər və gənclər daha böyük sürülər halında gəzir, eyni məkanda istirahət edir, bir-birilərinə yoldaşlıq edərək üzərkən yatırlar.
Bu canlılar yatarkən beyinlərinin yarısına və digər tərəfdəki gözlərinə vaxt istirahət verirlər. Beyinin digər yarısı isə azca oyaq qalır. Bu hissə ovçulara, heyvanlara və digər əngəllərə qarşı ayıq olmasını təmin edir, eyni zamanda hava almaq üçün suyun səthinə nə zaman çıxılmasının da siqnalını verir. Təxminən iki saatdan sonra canlı beyinin aktiv hissəsini istirahət etdirir, qalan hissəsini isə oyandırır. Bu modelə “pişik yuxusu” deyilir. Delfinlər gün ərzində yalnız bir dəfə və bir neçə saatlıq yatırlar, bunu, adətən, gecələr həyata keçirirlər. Gecənin gec saatlarında aktivləşirlər, çox güman ki, bu oyaq vaxtları da dərin sularda yaşayan balıqları və osminoqları ovlamaqla keçirirlər.
Şübhəsiz ki, dəniz məməlilərinə bu xüsusiyyətləri verən uca Allahdır. Allah bu canlıları da həyatlarını davam etdirmələri üçün ən uyğun formada yaratmışdır. Bizim üzərimizə düşən isə Rəbbimizə qəti iman gətirmək, yer üzündə Onun varlığının aşkar dəlillərini görmək və bunlar üçün Allaha şükür etməkdir. Bir ayədə Rəbbimiz belə buyurur: "Sizin yaradılışınızda və törədib-yaydığı canlılarda qəti inanan bir qövm üçün ayələr var..." (Casiyə surəsi, 4).