Bu sətirlərə oxuyanda gözünüzdən beyninizə saatda 500 km sürətlə elektrik axını hərəkət etməyə başlayır. Bu axın 600 000 sinirdən hər hansı biri ilə beyinə çatdırılır. Axın beyinə çatanda siz də qarşınızdakı sətirləri oxumağa başlayırsınız.
Göz 600 000 sinirlə beyinə bağlanır. Göz eyni anda 1.5 milyon mesaj alıb bunları nizamlayır və saatda 500 km-lik sürətlə beyinə göndərir. Tək bir nöqtəyə baxdıqda, əslində, bir-birindən fərqli yüzlərlə detal görürsünüz. Göz bunların hamısından gələn mesajları ayırd edir, onları şərh edir və hər birini beyinə çatdırır. Əlinizdəki qəzet sizə yaxın, arxa fonda gördüyünüz mənzərə uzaq ola bilər. Amma hər birini eyni dəqiqliklə görürsünüz. Baxdığınız yerdəki tək bir nöqtə belə bulanıq deyil. Qarşınızdakı mənzərənin nə qədər çox təfərrüat olsa da, orada hərəkət edən kiçik bir qarışqanın belə görüntüsü beyninizə mütləq çatır.
Heç bir kamera və ya televiziya indiyənə qədər bu dəqiqliyi təmin etməyib. Heç bir texnologiya ilə gözün mükəmməlliyini və görmə sürətini əldə etmək mümkün deyil. İnsan özünə doğuşdan verilmiş olan bu nemətdən məhrum qalsa, ətrafını təkrar görmək üçün yenə bu qüsursuz sistemə ehtiyac duyacaq. Bu cür üstün texnologiya sahib olduğumuz nemətlərin bizə Allahın lütfü olduğunu göstərir.
Hələ ana bətnində kiçik bir embrion olarkən insan üçün yaradılmış bu xüsusi nemət Müstəan, yəni Özünə hər an ehtiyac duyulan və Özündən hər an kömək gözlənilən Allahın bir nemətidir.
De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” (Mülk surəsi, 23)