GÖRDÜYÜMÜZ DÜNYADAN FƏRQLİ BİR ALƏM: MİKROORQANİZMLƏR
"Təkəm" dediyiniz zaman, əslində, bir çox canlı ilə bərabərsiniz. Bədəninizdə sizinlə birlikdə yaşayan və sizi daima qoruyan, bəzən də xəstələnməyinizə səbəb olan bakteriyalar hər yerdə mövcuddur: oturduğunuz kresloda, xalçanızda, tənəffüs etdiyiniz havada, mətbəxinizdə və s. Bunlar həyat tərzləri, qidalanma sistemləri və müxtəlif xüsusiyyətləri ilə fərqli aləm meydana gətirirlər.
BAKTERİYALARDAKI DİZAYN
Bakteriyalar gözlə görünmürlər, ancaq xüsusi hüceyrə quruluşu sayəsində hər cür şəraitə dözümlüdürlər. Bakteriyalar bitkilərdən və heyvanlardan fərqli olaraq sürətlə çoxalırlar, həmçinin biokimyəvi təsirləri baxımından canlılar aləminin tarazlığının qorunmasında çox mühüm rol oynayırlar. Demək olar ki, hər yerdə yaşaya bilirlər, bu səbəblə də digər orqanizmlərdən daha çoxdurlar. Dünyanın sayca ən çox olan canlılarıdır. Bütün ekosistem bakteriyaların fəaliyyətlərindən asılıdır və bakteriyalar insan həyatına da mühüm təsir edirlər.
Bakteriyalar bəzən oksigeni bol olan mühitlərə üstünlük verir, bəzən də oksigensiz torpaqaltı mühitdə yaşaya bilirlər. Bir qismi qidasını fotosintez yolu ilə təmin edir, bir qismi də üzvi maddələri tərkib hissələrinə ayıraraq enerji əldə edirlər. Hətta eyni olduğu düşünülən bakteriyaların maddələr mübadilələri araşdırıldıqda bunların, əslində, fərqli növlər olduqları aydın olur.
Bakteriyalar canlılar aləmində "prokariotlar" adlandırılırlar. Sahib olduqları tək hüceyrə içində bir nüvə və sərbəst halda gəzən məlumat bankları – DNT var. Olduqca kompleks quruluşlu hüceyrə qılafı və ribosoma sahibdirlər. Yer üzündəki bütün canlıların həyati funksiyalarının bir çoxu bu prokariotik hüceyrələrin fəaliyyətlərindən asılıdır.
Bakteriyalar olduqca yüksək və ya aşağı temperatura uyğunlaşa, torpaq altına girə, havada uça, okeanın dibində yaşaya, hətta radiasiyaya tab gətirə bilirlər.
Mikroorqanizmlərin quruluşunu hələ izah edə bilməyən təkamülçülər bu canlıların strukturlarında olan estetik görünüşə heç bir məna verə bilmirlər. Bakteriyalar uyğun şəraitlərdə hər 10-30 dəqiqə ərzində saylarını iki dəfə artırırlar. Tək bir bakteriya sayını əvvəl ikiyə, sonra dördə, daha sonra səkkizə çatdıra bilir, beləliklə, çoxalma proses davam edir. Bakteriyaların bəzi növləri -271℃ soyuqda yaşaya bilirlər, hətta -190℃ dərəcə soyuqdan müsbət 25 ℃ keçəndə belə temperatur dəyişikliyindən təsirlənmirlər. Bəzi növlər isə insan üçün öldürücü olan atom radiasiyasının 2000 dəfədən artıq dozasına dözə bilirlər. Bəziləri insan və bitkilərdəki maddələr mübadiləsinin faydalı üzvü olduğu halda, bəziləri də müxtəlif xəstəliklərə səbəb olur. (Büyük Larousse Sözlük ve Ansiklopedisi, 3. Cilt, sf. 1237-1238 – 2000 KAT RADYASYON)
ŞƏRAİTƏ GÖRƏ ÖZLƏRİNİ NİZAMLAYA BİLƏN MİKROORQANİZMLƏR
Bakteriyaların öz nəsillərini davam etdirmək üçün fədakarlıq etmələri, lazım olduqda həyatlarını təhlükəyə atmaları və bütün çətin şəraitə baxmayaraq, həyatda qalmaq üçün kompleks sistemlərə sahib olmaları yaradıldıqlarının dəlillərindəndir.
Bakteriyalar formaca çox müxtəlifdirlər və yaşadıqları mühitə uyğun olurlar. Bakteriyaların bəziləri əlverişsiz şəraitdə – qida çatmadıqda, temperatur kəskin dəyişdikdə, quru havada qalın örtüklə örtülərək spor (yun. “spora” – toxum) əmələ gətirirlər. Sporlar külək vasitəsilə asan yayılır. Şərait əlverişli olduqda sporun qabığı dağılır və bakteriya hüceyrəsi yenidən fəaliyyətə başlayır. Bəzi bakteriyaları yox etməyin çətinliyi bundan qaynaqlanır. Bəs sporlanma nə deməkdir?
3400 il əvvəl tikilən Misirdəki Luksor Məbədinin çöl divarlarında və 720 milyon illik qaya duzu bloklarında spor halında canlı bakteriyalara rast gəlinmişdir.
Növlərinə görə fərqli şəraitlərdə yaşayan bakteriyalar şərtlər əlverişsiz olduqda bölünməyə başlayırlar. Normal şərtlərdə bu bölünmə nəticəsində ana hüceyrədən irsi xüsusiyyətləri tamamilə eyni olan iki bala hüceyrə meydana gəlir. Ancaq vəziyyət dəyişdikdə, məsələn, qida azaldıqda dəyişən ilk şey bu "eynilik" olur. Bakteriya şərtlərin əlverişsiz olduğunu anlayıb qərar verir və soyunu davam etdirmək üçün tədbir alırlar. İkiyə bölünmə yenə reallaşır, amma bu dəfə bir-birinə bənzəməyən iki hüceyrə meydana gəlir. Bu fərqliliyin səbəbi hüceyrələrdən yalnız birinin yaşaya bilməsidir. Bunlardan böyük olan ana hüceyrədir, qorumaq üçün kiçik "qardaşını" içinə alır. 10 saat müddətində bütün enerjisini istifadə edərək onu qidalandırır və kiçik hüceyrənin qorunmasına kömək edən xüsusi zülal örtüyünün meydana gəlməsini təmin edir. Beləliklə, ikiyə bölünən hissələrdən birinin içində inkişaf edən bakteriya dayanıqlı və özünü qoruya bilən xüsusiyyətdəki fərdləri meydana gətirir. Digəri isə qoruyucu xüsusiyyətlərini digər qardaşına verərək ölür və qoruyucu örtüyə çevrilir. Orata çıxan bu dayanıqlı quruluşa "spor" adı verilir. Başqa sözlə, bakteriyalar normal bölünmə ilə yanaşı, sporlar vasitəsilə də dünyanın hər yerinə asanlıqla yayılırlar.
Milyonlarla il yaşaya bilən bakteriyalar
3400 il əvvəl tikilən Misirdəki Luksor Məbədinin çöl divarlarında və 720 milyon illik qaya duzu bloklarında spor halında canlı bakteriyalara rast gəlinmişdir.
Sporlanma prosesini yerinə yetirdikdə bakteriyalar çox müxtəlif mühitlərə rahatlıqla daxil olur və geniş sahələrə yayılırlar. Belə ki, radioaktiv uran mədənlərində belə canlı bakteriyalar mövcuddur. 3400 il əvvəl inşa edilmiş Misirdəki Luksor məbədinin xarici divarında canlı bakteriyalara rast gəlindiyi kimi, 200 milyon və 320 milyon illik, hətta 720 milyon illik qaya duzu bloklarında canlı bakteriyalar tapılmışdır. 20.000 metr yüksəklikdə belə bakteriyalara rast gəlinmişdir. Ən heyrətamiz nümunə isə şam ağacı qatranı içində tapılmış və bu günə qədər qorunmuş 25 milyon illik arı fosilinin içindən çıxan bakteriya sporlarıdır. Laboratoriyada steril şərtlər altında yaradılan bu sporlar təcrübədən keçirilmişdir, beləliklə, bakteriyalar çox uzun zamandan sonra yenidən inkişafa və törəməyə başlamışlar.
Demək olar ki, bütün mikroorqanizmlər sporlanma prosesini qorunma vasitəsi kimi həyata keçirir. Bu canlıların bəziləri şərtlər əlverişsiz olduqda sporlanma üsulundan istifadə edir, beləliklə, buxarlanaraq havaya qarışır və buludların arasında qorunmağa üstünlük verirlər. Atmosferdə yayılmaq və ya qorunmaq istəyən çoxlu kiçik canlı sporlar yaşayır. Quru və soyuq havalarda səmada qalan bu orqanizmlər buludların arasında yaşadıqları bu müddət ərzində sanki yuxudadırlar. Buludların meydana gətirdiyi yağışlarla yer üzünə enirlər. Yerə qayıtdıqda artıq əvvəlkindən fərqli bölgələrə çatıb yeni bir koloniya yarada bilirlər. Buludlar yaşayan, qidalanan, nəfəs alan, həyatda qalmaq üçün müxtəlif şəraitə uyğunlaşan canlı kiçik mikroorqanizmlərlə doludur. Bakteriyalar bu canlıların ən tədbirli olanlarıdır. Buxarlanan hava ilə yuxarı doğru qalxarkən kristallaşmış bu canlılar metan, fosfat, karbon, sulfur dioksit və digər qidalandırıcı qarışıq anbarlarını, yəni qidalarını da özləri ilə aparırlar.
OKSİGEN TƏMİN EDƏN MÖCÜZƏVİ TƏKHÜCEYRƏLİLƏR: DƏNİZ YOSUNLARI
Bəzi canlılar porfirinli halqalardan ibarət piqmentlərə sahibdirlər. Bu halqanın xüsusiyyəti ətrafındakı elektronların sərbəst hərəkət edə bilməsidir. Buna görə də həmin halqa asanlıqla elektron qazanır və ya itirir. Başqa sözlə, bu halqa ətrafındakı işığı və enerjini dərhal tuta bilir. Yerə gələn günəş işığı da bu piqmentin özünə çəkdiyi enerjilərdən biridir. Günəş enerjisini özünə çəkən bu piqmentə "xlorofil" deyirik. Əgər bir canlı "xlorofilə" sahibdirsə, bu canlı "fotosintez" edə bilər.
Xlorofilə sahib olan dəniz yosunlarının rəngi yaşıl və mavi-yaşıl, ya da qəhvəyi və qırmızı olur.
Fotosintezi nə insanlar, nə də heyvanlar reallaşdıra bilirlər. Bu canlılar xlorofildən məhrumdurlar. Bu prosesi laboratoriyalarda süni olaraq da reallaşdırmaq mümkün deyil. Xlorofildə meydana gələn proseslər və bu piqmentin mexanizmi hələ tam olaraq məlum deyil.
Bu mikroskopik canlılar fotosintez prosesi ilə özləri üçün enerji əldə edir, eyni zamanda da yer üzündə həyatın mövcud olmasında mühüm rol oynayırlar. 30% nisbətində karbon dioksit qazını mənimsəyir və planetin 70% oksigen ehtiyacını təmin edirlər. Bundan başqa, canlı növlərinin 70%-inin qida ehtiyacını ödəyirlər. Bu canlılar yalnız fotosintez etmək xüsusiyyətinə sahib deyillər, qəbul etdikləri günəş işığını bədənlərinin işıq görməyən hissələrinə daşıya bilən mexanizmlərə də sahibdirlər.
Bu mikro canlılar mikroskopik fabriklə ekoloji sistemin ən vacib ehtiyaclarını qarşılayırlar; oksigen və qida. İndi mikrodünyanın bu geniş funksiyalara sahib işçilərindən ən əhəmiyyətlisini, yəni dəniz yosunlarını daha yaxından araşdıraq. Dəniz yosunları dayaz sularda geniş yayılan orqanizmlərdir və günəş işığı görən hər su səthində yaşaya bilirlər. Dəniz yosununun hüceyrəsi rəngli və rəngsiz olaraq iki hissədən ibarətdir. Rəngsiz hissədə DNT və bəzi dəniz yosunlarında nüvə olduğu halda, bu hissəni əhatə edən rəngli hissədə RNT və rəng verən müxtəlif piqmentlər var.
Dəniz yosunları suyun tərkibindəki üzvi maddələri artırırlar, bu yolla suda yaşayan orqanizmlərin qidalarını təmin edirlər. Başqa sözlə, dəniz yosunlarının yaşadığı yerlərdə sular çox məhsuldar və digər canlıların yaşaması üçün olduqca əlverişlidir. Dəniz yosunları eyni zamanda suların yenilənməsi baxımından da təmizləyici funksiya daşıyırlar. Suda yaşayan heyvanlara yem olur, onlar üçün qida istehsal edirlər.
VİRUSLAR
Əgər kainatın başlanğıcından bəri saniyədə bir virus stolüstü tenis topunun içinə girsə idi, bugünə kimi ancaq topun yarısı dolmuş olardı.
Mikroskopik canlılar olan viruslar insan bədəninin ən böyük düşmənləridir. Virus insan bədənindəki hər hansı bir hüceyrəni seçir və onu sığınacaq kimi istifadə edir, burada çoxalır və bəzən ölümcül təhlükələr yaradır. Virus xaricdən örtən zülal örtüyü və örtüyün içində özünə aid məlumatları ehtiva edən genetik şifrələrdən (DNT və ya RNT) ibarətdir. Təkbaşına həyat əlaməti göstərən bir funksiyası yoxdur. Enerji istehsal edən və ya zülal sintez edən sistemə sahib deyil. Başqa sözlə, bu əhəmiyyətli funksiyaları yerinə yetirən canlı hüceyrənin varlığına möhtacdır. Buna görə də bir virus milyonlarla il heç dəyişmədən olduğu yerdə qala bilər. Uzun müddət gözlədikdən sonra bir orqanizmlə qarşılaşdıqda dərhal canlanır və hərəkətə keçir.
Virusu hərəkətə keçirmək üçün içinə girib yoluxacağı müdafiəsiz hüceyrənin istiliyi və rütubəti lazımdır. Bu hüceyrənin içinə yerləşdikdə bəzən bir saat içində özünü 100 dəfə çoxalda bilir. Bəzən bir il içində 20 milyon insanı öldürə biləcək yeni bir formaya bürünür.
Gənələr
Evlərdə, xüsusilə də xalçalarda yaşayan gənələr.
Evlərdə, xüsusilə də xalçalarda yaşayan gənəlar. Gənə adlandırdığımız canlı hər hansı böcəkdən daha fərqli xüsusiyyətlər daşımayan, son dərəcə nizamlı və kompleks quruluşa sahib olan, amma buna baxmayaraq, ancaq mikroskopla çətinliklə görünən canlıdır. Yaşadığımız evin hər tərəfində, yatdığımız yataqda, yerdəki xalçada, tənəffüs etdiyimiz havada, qısası, həyatımızı keçirdiyimiz hər yerdə var. 5 ilə 50 mikron arası ölçülərində olan bu canlıları adi gözlə görə bilmərik. Bu canlılar ölü dəri hüceyrələri və qabıqları ilə qidalanırlar. Bu səbəbdən insanların yaşadığı mühitlərdə olur, insan fəaliyyətləri nəticəsində ətrafa yayılır və hərəkət edirlər. Qidalarının toplandığı yerlər isə ümumiyyətlə çarpayılar, döşəklər, mebellər və xalçalardır. Normal şərtlərdə bu maraqlı görünüşlü varlıqları görməyi istəməzsiniz. Ətrafınızda o qədər çox saydadırlar ki, nə qədər təmiz olsa belə, yatdığınız yataqda təxminən 10000 gənə vardır. Bu canlılar istehsal etdikləri zülala qarşı allergiyanız olmadığı müddətcə sizə zərər vermirlər; dişləməz, sancmaz, xəstəlik yoluxdurmurlar.
Ancaq bəzi canlılar üçün zərərlidirlər. Belə ki, parazitlik etdiyi arı şanında, arıların üstdəki ölü dərilərini deşərək və bədən sularını əmərək öldürə bilirlər. Bunun kimi bir çox böcək, heyvan və bitkiyə zərər verə bilirlər. Böcək gənələri böcəyin ölümünə və ya xəstələnməsinə səbəb olur, amma eyni zamanda meydana gətirdikləri tullantılarla torpağın səmərəsini xeyli artırırlar. Bir qismi isə bəzi canlıların parazitləridir. Bəzi heyvanların qulaq kanallarında, ağciyərlərində və bağırsaqlarında yaşayırlar. Başqa sözlə, gənələr fərqli mühitlərdə və insandan başqa fərqli canlılarla da yaşaya bilirlər.
Everest Zirvəsinin 5000 metr yüksəklikdəki yamaclarında yaşaya bildikləri kimi, Sakit okeanın şimalının 5.200 metr dərinliklərində də yaşaya bilirlər. Bundan başqa, gənələr rütubətli zonalar, mağaralar, çöllər və tundralar da daxil olmaqla, bir çox yerdə yaşaya bilirlər. 10 metr dərinlikdəki mədənlərdə, soyuq və termik qaynaqlarda, 5000℃ qədər yüksək temperaturda olan yeraltı sularda, hovuz və göllərdə yaşaya bilirlər. Fərqli mühitlərdə yaşaya bilən bu fərqli növlərinin sayının 500.000-dən çox olduğu hesablanmışdır.
Gənələr su içmirlər, amma havadan və mühitdən aldıqları rütubəti əmirlər. Buna görə də olduqları mühitdəki rütubət onlar üçün əhəmiyyətlidir. 70-80%-ə kimi olduqca yüksək nisbətdəki rütubətdən təxminən 270℃ temperatura qədər onlar üçün ən uyğun hava şəraitidir.
Belə uyğun bir mühitdə olduqda saylarını artıra bilirlər. Məsələn, yarım hektarlık bir otlaq torpağında 6000000-a qədər üzvləri ola bilir.
Allah dünyanın nizamını çox incə və həssas tarazlıqlarla qurmuş, həyatın davamını kiçik mikroorqanizmdən aslı etmişdir. Bunun tək səbəbi insanın qarşısında açıq-aşkar dayanan bu yaradılış möcüzəsini görə bilməsi, acizliyini və Allaha möhtaclığını anlaması və Allahı təqdir etməsidir. Allah Quranda belə buyurmuşdur:
"Rəbbinizolan Allah budur. Ondan başqa İlah yoxdur. Hər şeyin Yaradıcısıdır, elə isə ONA qulluq edin. O, hər şeyin üstündə bir vəkildir." (Ənam surəsi, 102)
Diatomlar
Yalnız bir hüceyrə membranı və xloroplastdan ibarət olan təkhüceyrəli canlının sanki bir kimya laboratoriyası kimi çalışması və böyük sənətkarlıq nümayiş etdirməsi inananları heyran edən, təkamülçüləri isə çarəsiz buraxan çox əhəmiyyətli gerçəkdir.
Diatomlar bitki mənşəli mikroskopik canlılardır. Ən böyükləri 1 millimetr diametrində olur, 1 cm3 dəniz suyunda təxminən 10 min diatom yaşayır. Okeanlardakı canlı orqanizmlərin 90%-ni təşkil etməsinə baxmayaraq, diatomların hamısı suda yaşamır. Bəziləri torpaq üstündə, yosunlara yapışaraq ağaclarda, hətta kifayət qədər rütubət olduqda kərpic divarlarda belə yaşaya bilirlər. Bu canlılar üçün işıq, su, karbondioksit və lazımi qidaların olduğu hər yer çoxalmaq üçün əlverişlidir.
Demək olar ki, yer üzündəki bütün canlılar həyatlarını diatomlara borcludurlar. Çünki fotosintez sayəsində tənəffüs etdiyimiz oksigenin bir qismini onlar təmin edir. Bu möcüzəvi mikroskopik canlılar olduqca maraqlı mexanizmə malikdir. Üzərində çoxlu məsamələr var, bu məsamələr qidaların içəriyə girməsinə və qazlar mübadiləsinə imkan yaradır. Diatomlar oksigen istehsal edən mikrofabriklər kimi çalışır. Trilyonlarla diatom bu qazlar mübadiləsi nəticəsində ehtiyaclarından artıq oksigen istehsal edərək atmosferdəki oksigen nisbətinə ciddi təsir göstərir.
Bununla yanaşı, dənizlərdəki qida zəncirində də çox əhəmiyyətli rol oynayırlar. Yosunlar heyvan mənşəli planktonlar kimi kiçik canlıların əsas qida mənbələridir. Planktonlar da daha böyük canlılar olan siyənək kimi balıqların qida mənbəyidir. Məsələn, olduqca donqar balina kimi böyük canlılar diatomlarla qidalanır. Bir balinanın bir neçə saat tox qala bilməsi üçün bir neçə yüz milyard diatom lazımdır.
Diatomlar mükəmməl memarlardır. Diatomların ən diqqətçəkən xüsusiyyətləri isə inşa etdikləri qabıqlarıdır. Silisium tərkibli qabıqları sərtdir və çox simmetrik formaları var. Diatomların özləri üçün inşa etdikləri bu evlər bəzən parıldayan bir qozanı, bəzən bir spiralı, bəzən də işıldayan kristal çilçırağı xatırladır. İyirmi beş mindən çox diatom növü olmasına baxmayaraq, heç birinin qabığı digərinə bənzəmir. Eynilə qar dənəsinin digərinə bənzəməməsi kimi diatomlar da bir-birindən fərqlidir.
Diatomların çoxalma xüsusiyyəti də çox maraqlıdır. Diatomlar inanılmaz sürətlə, bəziləri səkkiz, hətta dörd saatda bir bölünərək çoxalırlar. Bu səbəbdən 10 gün içərisində bir diatomdan 1 milyard fərqli diatom meydana gələ bilər. Bu canlıların çoxalma sürətləri oksigen yaratdıqları üçün çox əhəmiyyətlidir. Çoxalma sürətlərindəki ən kiçik durğunluq bu mühüm oksigen qaynağının ciddi azalmasına səbəb olar. Bu da canlılar üçün təhlükəli vəziyyətdir. Ancaq Allahın rəhmətinin və mərhəmətinin təcəllisi olaraq bu canlılar mütləq ehtiyac olan zamanlarda lazımi miqdarlarda çoxalır və yer üzündəki həssas ekoloji tarazlığı sabit saxlayırlar.
Diatomların qidaları da insanlar üçün əhəmiyyət daşıyır. Bu canlılar fotosintez sayəsində istehsal etdikləri kiçik yağ hissəcikləri formasındakı qidalarını hüceyrələrinin içərisində saxlayırlar. Bu kiçik yağ hissəcikləri zaman keçdikcə bir yerə yığılır, geoloji və bioloji proseslərin də təsiri ilə neft yataqlarının yaranmasına səbəb olur. Bu gün istifadə etdiyimiz neftin çox böyük hissəsini eradan əvvəl dənizlərdə ölən yosunlar meydana gətirmişdir.
BAKTERİYA DNT-SİNDƏKİ DƏLİLLƏR
Bakteriya yüzlərlə müxtəlif xüsusiyyətlə yanaşı, üstün yaradılışı sübut edən DNT-yə sahibdir. Bilinən ən kiçik bakteriya theta-x-174-dir, onun DNT-sində 5.375 nukleotid var. Normal ölçülərdəki bir bakteriyada isə nukleotid sayı 3 milyona qədərdir. Kodlaşdırılmış bu məlumatlar bakteriyanın yaşaması üçün vacibdir və bunlarda baş verən ən kiçik dəyişiklik belə bakteriyanın ölməsinə səbəb olacaq.
Yüz milyon səhifəlik bu məlumat 2-3 mikron böyüklüyündəki bakteriyanın DNT-sində mövcuddur. 2-3 mikron böyüklüyündəki hüceyrənin içindəki məlumat daşıyan bu spiralın uzunluğu isə 1400 mikrondur. 1 mikronun 0,001 mm kimi çox kiçik vahid olduğunu unutmamaq lazımdır. Bu möhtəşəm məlumat zənciri özündən min dəfə kiçik orqanizmin içinə sığdırılmışdır. Bu proseslər isə mükəmməl və şüurlu yaradılışı göstərir. Mövzu ilə bağlı olaraq antropoloq Loren Ayzli (Loren Eiseley) bunları bildirmişdir: "Ən sadə qəbul etdiyimiz hüceyrənin içindəki fizio-kimyəvi orqanizmin xüsusiyyətləri insanın qavrayış sərhədlərinə sığmayacaq qədər mürəkkəbdir." (Loren Eiseley, The Immense Journey, 1957, sf.206)
Escherichia coli bakteriyasının tək bir xromosomunda 5000 gen var.
Bunu təkrar ifadə etmək yerinə düşər: Bu dərəcə geniş məlumat yalnız "təkcə" bir hüceyrənin yaşaması üçün lazımdır. Bakteriyaların dünyanın hər yanına yayılmış orqanizmlər olduğu düşünsək, belə məlumatın hər bakteriya hüceyrəsində eyni diqqət və sıralama ilə mövcud olması çox heyrətamizdir.
Bakteriyalar çoxalmaq üçün müxtəlif mexanizmlər istifadə edirlər. İkiyə bölünərək, spor halına gələrək və ya cinsi yolla çoxala bilirlər. Bu çoxalma prosesi də bakteriyanın nə qədər kompleks quruluşa sahib olduğunun başqa dəlilidir. Bakteriya hüceyrəsi bölünməmişdən əvvəl xromatinlər bölünür, bala hüceyrələr 30 dəqiqə ərzində tam həcmə və böyüklüyə çataraq yenidən bölünmək üçün hazır olurlar. Bakterioloji hüceyrə bölünməsi üçün mükəmməl sistem mövcud olmalıdır. Bu dizayn əsnasında meydana gələn DNT kopyalanması və hüceyrə bölünməsi sadələşdirilə bilməz kompleksliyə nümunədir. Yəni bu sistemin fəaliyyət göstərməsi üçün bütün hissələr eyni anda və əksiksiz olaraq mövcud olmalıdır. Bu isə təkamül nəzəriyyəsinin təməl iddiası olan pilləli və təsadüfi inkişaf düşüncəsini təkzib edir və təməlindən məhv edir. Son illərdə aparılan tədqiqatlar bu sistemin təxmin ediləndən daha kompleks olduğunu ortaya qoyur.
KİFLƏR, MAYALAR VƏ ŞİBYƏLƏRDƏKİ DƏLİLLƏR
Göbələk növü: kif
Kif bir nüvəyə sahib təkhüceyrəli göbələk növüdür. Bölünərək çoxalan bu canlılarda bölünən hər hissə yenə göbələyin içində inkişaf edir və qruplaşaraq koloniya meydana gətirirlər. Ümumiyyətlə, kif hüceyrələri bakteriyalardan böyükdür və yumurta formasındadırlar. Heyvan hüceyrəsindəki üzvi maddələrin çoxuna sahibdirlər.
Kif eynilə bakteriyalar kimi əlverişli şəraitlərdə sürətlə inkişaf edərək insan sağlamlığını təhlükə altında qoya bilirlər. Bu orqanizmlərin bəziləri də qidalarda “toksin” zəhərli maddələr buraxırlar, bu da insan və heyvanlarda zəhərlənmələrə səbəb olur. Hətta bu maddələrin bəziləri xərçəng yaradıcı təsirə malikdir. Kif bakteriyalarla müqayisədə daha az qidaya ehtiyac duyur və daha pis şərtlərdə inkişaf edə bilir, bu baxımdan onların çoxalma imkanları bakteriyalarla müqayisədə daha çoxdur.
Kif ətrafda tapdıqları üzvi maddələrin artıqları ilə qidalandıqları kimi, canlı mikroorqanizmləri də qida kimi istifadə edə bilir. Məsələn, ağ kif göbələyi olan entomophtorales torpağın altındakı sularda yaşayan amöblərlə qidalanır. Ətrafında gəzən bir amöb gördüyü zaman buynuzları ilə onu tutaraq bütün hüceyrəbi içini əmir, geriyə yalnız pərdəsini buraxır. Kiflər bu cəhətdən ətyeyən xüsusiyyəti də daşıyırlar.
Kiflər, əlbəttə, yalnız zərərverici orqanizmlər deyil. Bu canlılar çox geniş sahələrdə istifadə edilir və qidalardan dərmanların istehsalına qədər fərqli sahələrdə insanlara xidmət edirlər. Kif bəzi dərmanların və pensilin kimi müxtəlif antibiotiklərin istehsalında istifadə edilirlər. Kif göbələklərinin bu sahədəki faydaları böyük əhəmiyyət daşıyır. Təkhüceyrəli göbələklər olan kif göbələkləri bütün xüsusiyyətləri ilə birlikdə, əlbəttə ki, təsadüfən ortaya çıxmamış, Allahın yaratması ilə var olmuşlar.
Fermentasiya ilə qida istehsal edən mayalar
Mayalar kürə, oval və silindr formasında təkhüceyrəli göbələk növüdür. Böyüklüyü 7-17 mikrondur. Başqa sözlə, bir qram mayada təxminən 15 milyon müstəqil hüceyrə var. Təxminən 600 növdə mayalar mövcuddur.
Göbələk və yosunların ortaq həyat məhsulları: şibyələr
Bəzi göbələklər yosunlarla ortaq yaşayırlar. Bu birləşmədən yaranan yeni canlı isə "şibyə" adlanır. Şibyəni meydana gətirən iki canlı da qarşılıqlı olaraq bir-birlərindən faydalanırlar. Göbələk şibyənin reallaşdırdığı fotosintez prosesi nəticəsində qida əldə edir, yosun da göbələyin özünə təmin etdiyi su və mineral sayəsində qurumur, rahat və təhlükəsiz şəraitdə həyatını davam etdirir.
Göbələk və yosunlarının ortaq həyat məhsulu - şibyə.
İki mikroorqanizmin birləşərək meydana gətirdiyi bu yeni canlı mineralları, ümumiyyətlə, havadan və yağış sularından əldə edir. Canlı havanın toksik təsirinə qarşı güclü deyil, ona görə yalnız hava çirkliliyinin olmadığı yerlərdə yaşaya bilir. Şibyənin həyatında istilik çox böyük əhəmiyyət daşımır. Şibyələr tropik bölgələrdə yaşaya bildikləri kimi, soyuq qütb bölgələrində də yaşaya bilirlər.
Əsasən, ağac gövdələri, dağ təpələri və çılpaq qayalıqlar şibyələrin yaşadıqları yerlərdir. Bu canlılar qayalıqları zəbt edən çox əhəmiyyətli orqanizmlərdir. Şibyələr torpağın yaranmasında olduqca mühüm rol oynayırlar. Bu məqdamda göbələklərə xas aşındırıcı xüsusiyyət çox əhəmiyyətlidir. Şibyə göbələyin bu xüsusiyyətini istifadə edərək qayanın üzərini yavaş-yavaş parçalayır, qayanın külək və yağışla parçalara ayrılmasına səbəb olur. Şibyələrin bəziləri olduqca sərt qayaları belə hissələrə ayıra bilən gücə malikdir. Bu güc sayəsində parçalara ayrılan qaya torpağın yaranmasını təmin edir. Bu qeyri-adi prosesi təbiətdə reallaşdıran başqa canlı yoxdur.
DƏMİR QAYNAĞI OLAN BAKTERİYALAR
Fotosintez edərək canlıların həyatına mühüm təsir göstərən, bədənimizi qoruyan, amma gözlə görülməyən bu varlıqların qüsursuz yaradılışlarındakı üstün ağıl və sənəti göstərən başqa xüsusiyyətləri də var. Məsələn, Yerdəki dəmir yataqlarının, hətta bədənimizdəki dəmirin mənbəyi də bakteriyalardır.
Bəzi bakteriyalar sudakı ərimiş halda olan dəmiri sudan ayırma qabiliyyətinə sahibdirlər. Bu canlılar okeanlarda əriyə bilən dəmir molekullarını bu şəkildə istehlak edir və bunları öz bədənlərində sıxlaşdırırlar. Bakteriyaların bədənində sıxlaşan dəmir daha sonra okean dibində dəmir yataqları halına gəlir. Bunlar yüz milyonlarla il ərzində dağlara doğru hərəkət edir və böyük dəmir yataqlarını meydana gətirirlər. Bu dəmir yataqlarının qazılması ilə böyük miqdarda dəmir molekulu havaya qarışır. Biz isə fərqində olmadan görünməyən bu dəmir tozlarını tənəffüs edirik. Bədənimizə girən bu molekullar bədənimiz üçün çox vacibdir. Bədənimizə kiçik dəmir molekulları girdiyi üçün qırmızı qan hüceyrələrimizin dəmir daşıyan hemoqlobin nüvəsi iliyimizi, yəni bədənimizdə gəzən qanın qaynağını meydana gətirir.
Bakteriyaların bu kimyəvi təsirlərlə yaranan yeraltı qaynağı yalnız dəmirlə məhdud deyil. Yer üzünün ən zəruri ehtiyaclarından biri olan neftin də böyük qismi bakteriyaların məhsuludur. Fermantasiya prosesindən xatırladığımız kimi, oksigensiz tənəffüs edən bakteriyalar enerjilərini ətrafdakı üzvi mürəkkəb maddələri parçalayaraq əldə edirlər. Həmin bakteriyaların bu xüsusiyyətləri torpaqaltında milyonlarla il əvvəl neftin yaranmasına gətirib çıxarmışdır. Bu canlıların neft istehsal etmələri üçün olduqları mühitdə oksigenin tükənməsi, istiliyin 150 dərəcədən aşağıya düşməsi və təzyiqin bir neçə milyon il davam etməsi lazımdır. "Bakteriyanın neft istehsal etməsi" təəccüblü səslənə bilər. Həqiqətən də, təəccüblüdür. Çünki bu ağıllı mikrocanlıların uzun illər boyu heç dayanmadan belə fəaliyyət göstərmələri yalnız insanlar üçün yaradıldıqlarının bir dəlilidir. Mikroorqanizmlərin təmin etdikləri faydalar həyati ehtiyaclarımızı ödəyir.
Son günlərdə okeanların dibində aparılan tədqiqatlar bakteriyalar haqqında bilinməyən bir gerçəyi də ortaya çıxardı. Məlum olduğu kimi, bakteriyalar fotosintez, nitrogen imbolizasiyası və fermantasiya vasitəsilə qida zəncirinin təməl halqasını təşkil edirlər. Okeanın 300 metr altında aparılan tədqiqatlar bakteriyaların vəzifələrinin bu proseslərlə məhdud olmadığını göstərdi. Okeanın yüzlərlə metr dərinliyində yaşayan və buradakı qayaları yeyən bakteriyaların buradakı canlıların qorunması üçün təməl qida funksiyasını yerinə yetirir...
Bakteriyalar yay boyunca göllərdəki canlıların ehtiyacı olan mineral və qidaları hazırlamaqla da məsuldurlar. Göllərdə qış aylarında, demək olar ki, ölü olan bitki və heyvanlar yayda yenidən canlanarkən onlara lazım olan bütün qida və minerallar bakteriyaların qışdakı fəaliyyətləri nəticəsində təmin edilir. Qış boyunca bakteriyalar suyun dibinə çökən üzvi maddələrin tullantılarını, yəni ölmüş heyvan və bitki qalıqlarını parçalayaraq minerallara çevirirlər. Beləliklə, içində bakteriyalar olan göllər təmizlənir. Bu parçalama prosesində gölün dibində müxtəlif minerallar da yığılır vı canlılar baharda oyandıqda qidalarını da hazır əldə edirlər. Bakteriyalar sayəsində həm olduqları mühitdə "təmizlik" edilir, həm də yayda yenidən canlanan təbiət üçün kifayət qədər qida hazırlanır. Yaratdığı bütün canlılara hesabsız ruzi verən Allah göldə yaşayan bir-birindən fərqli canlıların qidası üçün bakteriyaları vəsilə etmişdir. Nə bakteriyaların başqa canlılara təmin etdikləri bu faydadan xəbərləri var, nə də su canlıları qidaların onlara haradan gəldiyini araşdırırlar. Onlar yalnız özlərini yaradan Allaha təslim olmuşlar.