Pinqvinlərin qeyri-adi xüsusiyyətləri

Pinqvinlər təxminən -400C-lik soyuq mühitdə yaşamaq üçün xüsusi təchizatlara sahibdirlər. Buzun üzərində yaşayır, qidalanır, ovlayır və balalarını böyüdürlər. Bu, şübhəsiz, böyük əmək tələb edən işdir. Ancaq pinqvinlər insanın əsla yaşaya bilməyəcəyi belə mühitdə varlıqlarını problemsiz davam etdirirlər. Əlbəttə, bu canlıları və onların yaşadıqları şəraiti yaradan uca Allahdır.

Pinqvinlərin sərt hava şəraitindən mənfi təsirlənən balalarının xüsusi qayğıya ehtiyacı var. Dişi pinqvin, adətən, bir yumurta çıxarır və bu yumurtanın bütün məsuliyyəti erkək pinqvinə aid olur. Kürtə erkək pinqvin yatır və təxminən -40oC-də 65 gün boyunca yerindən heç tərpənmədən bu vəzifəni yerinə yetirməyə çalışır. Bu 65 gün onlar üçün, həqiqətən də, çətin mərhələdir. Bu müddət boyu erkək pinqvin dondurucu soyuqda hərəkətsiz və heç yemək yemədən qalır. Şübhəsiz ki, bir insan üçün belə bir vəziyyətin nəticəsi ölümdür. Lakin erkək pinqvin heç tərəddüd etmədən, şikayət etmədən öhdəsinə götürdüyü bu vəzifəni sona qədər davam etdirir. Allah ona nə edəcəyini ilham etmişdir, o da Allaha boyun əymişdir. Allah bir ayəsində bu həqiqəti insanlara belə xəbər verir:

Mən Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

Kürtdən çıxan bala ilk iki ayı ata-anasının ayaqlarının arasında keçirir. Bu qoruma bala üçün çox əhəmiyyətlidir. Çünki səhvən 2 dəqiqəlik belə buradan çıxması donaraq ölümünə səbəb olar. Ancaq belə bir vəziyyət mümkün deyil, çünki kiçik pinqvin digər bütün canlılar kimi Allahın qoruması altındadır. Ata-atasına onu qorumaq lazım olduğunu ilham edən, onu qışın çətin iqlim şəraitində isidib yaşadan bütün aləmlərin Rəbbi olan Allahdır.

Dişi pinqvinlər kürt dövründə və sonra da balalarına baxmaq üçün uzun səfərlərə çıxırlar. Pinqvinlər böyük gövdəli olmalarına baxmayaraq, yerişlərini çətinləşdirəcək qədər kiçik qıçlara sahibdirlər. Normal şəraitdə bu hal pinqvinin yerişini çətinləşdirər və canlının daha çox enerji sərf etməsinə səbəb olardı. Məhdud miqdarda qida ilə uzun səfərlərə çıxan canlılar üçün bu vəziyyət olduqca böyük çətinlik deməkdir.

Ancaq vəziyyət heç də belə deyil. Pinqvinlər sağa və sola yellənərək yeriyirlər. Bu rəqqasa bənzər maraqlı yerişin olduqca böyük əhəmiyyəti var. Bu yeriş sayəsində pinqvinlər xeyli enerji qənaəti edirlər. Pinqvinlər yana doğru addımlar ataraq qıçlarının qısalığının onlara verəcək zərərini aradan qaldırır və əzələlərinin daha az yorulmasını təmin edirlər. Hətta hər addımın sonunda bir sonrakı addım üçün enerji yığırlar.

Pinqvinlər əgər düz yerisə idilər, öz ölçülərindəki bir heyvandan iki qat daha çox enerji sərf etməli olacaqdılar. Ancaq bu xüsusi yeriş forması sayəsində pinqvin yalnız yeriməyə başlayarkən və dayanarkən enerji sərf edir. Məhdud olan qidasının dənizə çatmağa öyrəşən pinqvinə kifayət etməsi üçün ən məqsədəuyğun üsul budur.

Dişi pinqvin özünə verilmiş üstün xüsusiyyət sayəsində kilometrlərlə yol yeriyir və qida toplayır. Erkək pinqvin də özünə verilmiş üstün xüsusiyyət sayəsində günlərlə dondurucu soyuğun altında hərəkətsiz və yeməksiz qala bilir. Bala pinqvin atasının ayaqlarının arasında dondurucu soyuğa tab gətirir və böyüyənə qədər qorunur. Bunlar Allahın varlığının, üstün yaratma sənətinin, gücünün, şəfqətinin və rəhmətinin təcəlliləridir. Onları belə yaşadan, nələrə ehtiyacları olacağını bilən, onları qoruyan, onlara ruzi və nemət verən göylərin və yerin hakimi olan Allahdır.