Qütb ayılarının xüsusiyyətləri

Qütb ayıları buzlaqlarla örtülü soyuq mühitdə yaşamaq üçün yaradılıblar. Ayaq barmaqlarının arasındakı oyuqlar sayəsində buzun səthində vakuum yaradır. Beləliklə, buz üzərində uzun məsafələri sürüşmədən rahatca yeriyə bilir. Barmaqlarının arasındakı ağımtıl sahə sayəsində isə saatda 10 km sürətlə üzə və 100 km məsafəni istirahət etmədən qət edə bilirlər. Onların 5 sm qalınlığındakı xüsusi kürkünün ağ görünən tükləri əslində şəffafdır. Fiberoptik xüsusiyyətdəki bu tüklər istilik itkisinin qarşısını aldığı halda, günəş şüalarının istisini altdakı qara rəngli tükə qədər çatdırır. Kürkünün dərhal altında isə 10 sm qalınlığında soyuqdan qoruyucu yağ təbəqəsi var. Bundan başqa, qütb ayısının kürkü üzmək üçün də əlverişlidir. Suyun içində tüklər bir-birinə yapışaraq qoruyucu qalxan yaradır və su keçirməz dalğıc paltarı funksiyası yerinə yetirir. Bütün bu xüsusiyyətlər sayəsində qütb ayısı 37 dərəcəlik bədən temperaturunu suyun içində və ya buzun üzərində də qoruyur. Saydığımız bütün bu xüsusiyyətlər Yer üzündəki bir canlının həyatını davam etdirməsi üçün çox böyük əhəmiyyətə sahibdirlər. Yer üzündəki varlıqların qüsursuz strukturları bunların təsadüfən meydana gəlməyəcəyini, hətta insanın belə bunları bacarmayacağını açıq-aşkar sübut edir. Hər şeyi qüsursuz xüsusiyyətlərlə yaradan Allahdır. Qütb ayısının soyuqdan qorunma sistemində də bu gerçək aydın görünür. Bu canlını buzlaqların içində yerləşdirən də, onu bu şərtlərə görə qoruyucu sistemlərlə yaradan da Allahdır. Bu gerçək insana bütün varlıqların xüsusiyyətlərini və davranışlarını mütləq iradəsi ilə təqdir edən, Müqəddir olan uca Allahın böyüklüyünü xatırladır...