Rüşeym ananın immun sistemindən necə gizlənir?

Bətnin içi ananın bədəninə aid olsa da, hələ doğulmamış körpə ananın bədəni üçün yad maddədir.  Necə ki orqan nəqli edilmiş xəstələr üçün kənar toxuma böyük təhlükədirsə, rüşeym də ananın immun sistemi tərəfindən "yad" kimi tanınmalı və təhlükəli qəbul edilməlidir. Çünki inkişaf edən rüşeym genlərinin yarısını anadan, yarısını atadan alır. Deməli, atadan gələn hər cür komponent ananın bədənində "antigen" kimi qarşılanmalıdır və immun sistemi bu vəziyyəti aradan qaldırmaq üçün hərəkətə keçməlidir. Ancaq ananın immun sistemi orqanizmə yad toxumanı – rüşeymi inkar etmir, bədən ona savaş açmır. Çünki ananın qanındakı immun sistemi işçilərinin körpənin qanına keçməsinə izn vermir. Bu səbəbdən həmin işçilər körpəni yad toxuma kimi görüb onu yox edə bilmirlər.

Ananın immun sisteminin körpəyə hücum edib onu məhv etməməsi çox heyrətamizdir. İnkişaf edən rüşeym, həqiqətən də, ananın bədənində yad maddə kimidir. Bədəni müdafiə edən immun hüceyrələri yad maddələrə hücum etməmişdən əvvəl bunlarla "tanış olurlar". Hüceyrələr yad maddələri tanımaq üçün MHC (major histocompatibility complex) adlı molekulları hüceyrə qılafında yoxlayırlar. Rüşeym hüceyrələrində MHC molekullarına rast gəlinmədiyi üçün ananın immun hüceyrələri tərəfindən tanınmırlar. Lakin bu hüceyrələrdə MHC molekullarının heç olmaması təbii öldürücü hüceyrələrin anormallığı fərq etməsinə və bu hüceyrələri yox etməsinə yol aça bilər. Bunun üçün də rüşeym hüceyrələri "klassik olmayan" bir növ molekulu hüceyrə qılaflarında daşıyırlar: HLA G (insan leykosit antigeni G)

Başqa sözlə, ananın immun sistemi rüşeymin HLA G molekulunu bədən üçün yad hesab etmir və təbii öldürücülər də ona əhəmiyyət vermirlər. Lakin bu da təkbaşına kifayət deyil. Bu üsullardan başqa kimyəvi siqnallar da istifadə edilir. Cift kimyəvi siqnal verərək ananın immun sisteminə təsir edir. Məhz bu səbəbdən ana hamiləlik dövründə infeksiyalara qarşı daha müdafiəsiz olur.

Şübhəsiz ki, rüşeymin ananın immun hüceyrələri tərəfindən düşmən kimi tanınmaması çox böyük möcüzədir. Əgər bu istisna hal bədənə girən başqa maddəyə də tətbiq edilsə idi, bədənimiz təhlükələrlə qarşı-qarşıya qalardı. Digər tərəfdən, əgər rüşeym üçün bu istisna hal olmasa idi, canlı aləmin davamı mümkün olmazdı. "O Allah ki, yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir..." (Həşr surəsi, 24) ayəsi ilə bildirildiyi kimi, hər incəlik Rəbbimizin yaratma sənətindəki qüsursuzluğu ortaya qoyur ...